E.ə. 18-12-ci əsrlərdə Kiçik Asiyada Hett adlı qədim dövlət mövcud olmuşdur. Bu e.ə. 20-19-cu əsrlərdə hettlər, hattilər və etnik qrupların təmsil olunduğu şəhər dövlətlərinin (Kanes, Hattuşinaş və s.) birləşməsi nəticəsində yaranmışdır. E.ə. təqribən XVIII əsrdə Kussar padşahı Anittas Anadolunun bəzi vilayətlərini birləşdirmiş, e.ə. 17-ci əsrin əvvəllərində isə digər Hett sülaləsinin əsasını qoyan Labarna Hett dövlətinin ərazisini daha da genişləndirmişdir. E.ə. 17-ci əsrin ortalarında I Hattuşilis Kiçik Asiyanın cənub-şərq vilayətlərinin işğalını sona çatdıraraq, paytaxtı Hatuşaş şəhərinə köçürmüşdü. I Mursilis dövründə (e.ə. 17-ci əsrin sonunda) Hett dövlətinin hərbi qüdrəti ən yüksək səviyyəyə çatmışdı. Arxeoloji qazıntılar zamanı əldə edilmiş bəzi maddi mədəniyyət nümunələri, Boğazgöydə (Hattuşa) tapılmış Hett hökmdarlarına məxsus yazılı sənədlər Hett mədəniyyətinə dair fikir söyləməyə imkan yaradır. Bu mədəniyyətin təşəkkülündə bəzi etnik qrupların təsirinin izləri də hiss olunur. Lakin Hett mədəniyyətində əsasən Hatt ənənələri üstünlük təşkil edir. Şumer-Akkad mədəniyyətinin bəzi cəhətləri də Hett mədəniyyətində öz əksini tapmışdır. Bir vaxtlar Hett aləmində prototürk etnik tayfalarının iştirakı haqqında fikirlər səslənsə də, çox təəssüf ki, Hett etnik və dil dünyası ciddi tədqiq olunmamışdır. Bildiyimiz kimi, Sarqon (2316-2261) və Naram-Suen (2236- 2200) Akkad sülaləsinin ən görkəmli nümayəndələri olmuşlar.
Onlarla bağlı rəvayətlər Hett ədəbiyyatında da öz əksini tapmışdır. Onu da qeyd edək ki, Şumer-Akkad ədəbiyyatının təsiri Hett ədəbiyyatının digər sahələrində də özünü göstərir. Eyni zamanda onların mixi yazı sistemindən hetlər də istifadə etmiş, hətta “Gilqamış haqqında dastan” Hett dilinə tərcümə olunmuşdur. Hetlər Şumer-Akkad yazılı nümunələrindən asan istifadə etmək üçün üçdilli lüğət Şumer-Akkad-Hett lüğəti də tərtib etmişdilər.
İlkin ədəbiyyat nümunələrindən sayılan III Hattuşilinin həyat və fəaliyyəti haqqında mətn dövrümüzə qədər gəlib çatmışdır. Mətnin sonunda III Hattuşilinin belə bir müraciəti verilmişdir: “Gələcəkdə kim olursa olsun-oğlum, nəvəm yaxud da nəticəm hakimiyyətə irsən yiyələnərsə, qoy allahlar içərisində Samuxi şəhərinin ilahəsi İştara ehtiram göstərsin”. Buradan aydın olur ki, dini dünyagörüşü baxımından akkadlar da hetlər kimi İştar ilahəsinə sitayiş etmişlər.
Hett hökmdarlarının kitabələri və salnamələri də ilkin ədəbiyyat nümunələrindən hesab olunur. Buraya “Anitanın kitabəsi”, I Hattuşilin, I Suppiluliumun “Salnamələri” və s. daxildir.
Bütün qədim xalqların ictimai həyatında olduğu kimi, hetlərin də məişətində və ideologiyasında din və dini təsəvvürlər mühüm əhəmiyyət daşımışdır. Təbii ki, hetlərdə də çoxallahlılıq mövcud olmuş və allahların da əksər hissəsi Hatt mənşəli hesab edilmişlər. Arinna şəhərinin Günəş ilahəsi Vurusem, Səma tufan allahı və onun qadını Hett panteonunda baş allahlardan hesab olunur. Eyni zamanda, Hett panteonunda Hatt, Hurri, Akkad, Hind-Avropa (luvi, nesi, pala, Hind İran), prototürk və hələ də mənşəyi məlum olmayan etnos və xalqların dini baxışları da öz ifadəsini tapmışdır.
Hett dövlətinin hər bir vilayət və icmasında yerli ibadətgahlar olmuşdur. Allah və ilahələrə isə xüsusi ibadətgahlarda sitayiş edilmişdir. Dini təsəvvürlər kimi ibtidai insan cəmiyyətində ovsun (maqiya) da mövcud idi. Bildiyimiz kimi, ovsun ömürlük insan həyatına daxil olaraq ən qədim təfəkkür tərzini özündə hələ də saxlayır. Hetlərin ictimai-iqtisadi həyatına dərin nüfuz etmiş ovsun Hett ədəbiyyatında da müəyyən iz qoymuşdur. Hetlər həyatın müxtəlif sahələrində-ailə münasibətlərində, dolanışıq arzusunda, düşmənə nifrət, dosta uğur arzulamaqda ovsuna müraciət etmişlər.
Hetlərə qədərki memarlıq saxsı-gil qablar və əşyalar istehsalından ibarət olmuşdur. Yeni Hett padşahlığı dövründə isə artıq əzəmətli daş heykəllər yaradılmışdır. Belə maddi-mədəniyyət nümunələrini hökmdar saraylarında və yaxud qayalıqlarda hazırlayırdılar. Heykəllərin çoxu Hett hökmdarlarını təsvir edirdi. Hetlər maraqlı möhürlər də hazırlayırdılar. Dairəvi və yaxud dördbucaq şəklində olan bu möhürlərin üzərində hökmdar təsvirləri, kənarlarında isə heroqlif işarələri həkk olunurdu. Hett möhürləri həm forma, həm də məzmun baxımından şumer-akkad möhürlərindən fərqlənirdi.
Hetlərin spesifik və bənzərsiz mədəniyyəti digər Şərq xalqlarının da mədəniyyətinə öz təsirini göstərmişdir.
Sədaqət Məmmədova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
8 May-Şuşanın işğalı günüdür!
Ərdoğan ona yazılan şeirlərə əsəbiləşdi - Kitabı satışdan çıxardı
Sılaya görə Ahmet Kuralın filminə baxmadılar-FOTO
Azərbaycanlı gəncin portreti
Cem Yılmaz 30 kq arıqladı-FOTO
Koronavirusa qarşı dərman istifadə edərkən nəyə diqqət etməliyik?
“Arka Sokaklar” serialına yeni aktrisa gəlir - FOTO
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Günün ulduz falı - 09.09.2013
Hikmət Hacıyev pandemiyanın geniş yayılmasının əsas səbəbini açıqladı
Günün qoroskopu: iş və gərginlik artır
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
İt internet ulduzuna çevrildi - FOTO
"Terrorun dini yoxdur"
Şokoladlı desert
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Məşhurların kolleksiyaları -SİYAHI
Avropanı buxar vulkanı bürüdü
Bakıda yaşıllıqlar düzgün salınırmı?
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Tanış olun: Kişi!
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir-VİDEO
Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO
HAVA necə olacaq?
Qəbizliyi necə aradan qaldırmalı?
Bu insanlar FEYXOA yeməməlidir!
Dünyanın ən əlvan yerləri
Hülya Avşar GÖZLƏNİLMƏZ TƏKLİF
“Eurovision 2015”in qalibi kimdir?
"Hercai"nin Miranı sevgilisi ilə-VİDEO
İŞİD kürdləri bombalayır
Saç dərisini dəyişdirmək istəyən qıza həkimlər "YOX" dedilər-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-24 yanvar
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Azərbaycanda elçi gedənlər...
Hovuzlu, 8 təkərli Eldorado
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna dəyişikliklər edildi
7620 metrdən paraşütsüz tullandı
Ronaldo 5-ci dəfə ata olacaq - FOTO
Faydalı saç maskaları
Işıldayan dəri üçün 10 qızıl qayda
Çaylarımızda su aşıb-daşdı
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
Hitlerin rəsm əsəri 161 min dollara satıldı
Azadlıq heykəli (Nyu-York)
Model küçə satıcısını necə varlandırdı? - Foto
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
Od çərşənbəniz mübarək!
Portağallı dondurma (foto resept)
- ŞƏRHLƏR