Hər şeydən əvvəl uşaqlara yaşlarına,maraqlarına və əqli inkişafına uyğun hədiyyə verilməlidir. Hədiyyə tərbiyəvi funksiya daşıyır. Balaca uşağa hədiyyə seçmək daha asandır. Oyuncaqlardan başqa şəkillərlə olan kitablar, rəsm üçün ləvazimatlar: karandaşlar, rənglər, plastilin və s. hədiyyə etmək olar, Bir az böyük yaşda olan uşaqlara müxtəlif oyunlar, bəzi qabiliyyətlərinin inkişafına yönəldilmiş kitablar hədiyyə etmək olar. Getdikləri dərnəklərdə və məşğələlərdə məşğuliyyətlər üçün lazım olan əşyalar hədiyyə etmək daha münasib olar.
Biznes-hədiyyələr
İşgüzar hədiyyələr kontakt qurulması və xoş atmosferin yaradılmasi məqsədi ilə edilir. Həmin insana qarşı olan xoş münasibətinizi göstərmək üsullarından biridir.
İş etiketi tələblərinə əsasən, birinci görüş vaxtı əvvəlcə hədiyyələr sahiblər tərəfindən edilir. Əgər sizin firmanıza xarici partnyorlar gəlibsə, onda hörmət əlaməti olaraq onlara sadə suvenirlər təqdim etmək olar. Sonrakı əməkdaşlıq dövründə hər iki tərəfdən hədiyyələr gözlənilir.
Biznes-hədiyyə ucuz olmalıdır. Hətta əgər siz müvəffəqiyyətli firmada işləyirsinizsə, nə qonağa, nə də iş yoldaşına bahalı hədiyyələr vermək olmaz. Əks təqdirdə öz hədiyyənizlə siz onları pis vəziyyətə qoyacaqsınız.
Biznes-hədiyyə üçün münasib əşyalar:
avtomat qələmlər;
kalkulyator;
açarlar üçün brelok;
xırda dəftərxana ləvazimatlarının dəsti (yığımı);
kağız üçün bıçaqlar və s.
Daha əlamətdar günlərdə: ad günü, 8 Mart, təqaüdə çixmaq münasibətilə saat, portfel, qovluq, alışqan və s. hədiyyə etmək olar.
Biznes-hədiyyələrə şlyapalar, köynəklər, corablar və s. aid etmək olmaz. Qalstuklar, şərflər və örpəklər istisna təşkil edir.
Hədiyyə seçiminə ciddi yanaşmaq lazımdır. İnsanın maraqlarını,zövqünü nəzərə almaq lazimdır. Hədiyyə onun məşğuliyyət və işinə uyğun olmalıdır.
Hədiyyənin gözəl qablaşdırması - əhəmiyyətli detaldır, çünki o hədiyyə haqqında birinci təəssüratı yaradır.
Başqa ölkəyə işgüzar səfər vaxtı sizin vətəninizin mədəniyyətini, ənənələrini əks etdirən suvenirlər hədiyyə etmək lazımdır. Bu, kiçik heykəllər, qravüralar, divar boşqabları və s. ola bilər. Uzun müddətli əməkdaşlıq vaxtı spirtli içkilər, şirniyyatlar, dəridən, şüşədən, keramikadan və metaldan əşyalar da vermək olar.
Spirtli içkilərlə diqqətli olmaq lazımdır, hədiyyə etmək istədiyiniz içki onun sevimli içki növlərinin sırasına daxil olmalıdır.
Heç vaxt istifadə edilmiş əşyaları hədiyyə etməyin, antikvar və qiymətli şeylər istisna təşkil edir. Müxtəlif növ dedi-qodulardan qaçmaq üçün işgüzar hədiyyəni etmək üçün kifayət çəkiyə malik olan səbəblər lazimdir. Belə səbəblərə aşağidakilari aid etmək olar :
Ad günü
Uşağın dünyaya gəlməsi
Nikah
Yubiley
Təqaüdə çixmaq
Maaşın və ya vəzifənin artımı
Mükafatın alınması
Qəzetdə və ya jurnalda nəşr
Televiziyada çıxış
Kitabın işıq üzü görməsi
Elmi dərəcənin alınması
Hədiyyəni minnətdarlığın əlaməti kimi də hər hansı işdə sizə kömək edən insana təqdim etmək olar.
XƏBƏR LENTİ
Məşhur aktrisa koronavirusa yoluxdu
Platforma ayaqqabılar
Kolleclərə tələbə qəbulu başladı
Saç tipinə görə istifadə edə biləcəyiniz yağlar
Azərbaycanın ən gözəl qızı seçildi
Müəllimlərin maaşından xəbər var!
Cennifer Lopezdən yeni möhtəşəm klip-VİDEO
Bülent Ersoy xəstəxanaya yerləşdirilib
Azərbaycanda Kürdən tilovla tutulan balıq hamını mat qoyub - FOTO
Meryem Üzerli Maldicdə dincəlir-FOTO
Erməni xüsusi təyinatları heyəti yerli sakinlərlə “gücləndirdi”: Geri çəkilirlər - RƏSMİ
İnsultdan əziyyət çəkənlərə şad xəbər
Miqreni sağaldan bildirçin yumurtası
Babil qülləsi və Afaziya
Mesajları silmək üçün 68 dəqiqə vaxtınız var
Axmaqlığın 5 qanunu
Doğum gününə görə xarekter (dekabr)
Bakı əhalisi qablaşdırılmış sudan istifadə edirmi? - SORДћU
Qadın.Net-lilərin ilk körpə həyəcanı (SON)
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Messi Ronalduya görə Argentinaya getmədi
Aşura qatillərinin aqibəti
5-ci sinif şagirdi istedadı ilə FƏRQLƏNDİ-FOTO
Pomidorun qiyməti kəskin ucuzlaşdı
Azərbaycan Livana bir milyon dollar yardım edəcək
İrem Dericini görənlər tanımadı-FOTO
Günün ulduz falı - 18.03.2014
İpoteka kreditləri sahəsində vacib yeniliklər gözlənilir
Günün qoroskopu: münasibətlər səbr tələb edir
Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır
YouTube böyük miqdarda cərimə ödəyə bilər
"Nusr-Et"in dəyəri 1 milyard dollara çata bilər
Tələbələr üçün nəqliyyatda güzəşt olacaq - Yenilik
Türkiyədə söz cinayəti
İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Dünyanın ən bahalı meyvələri - 13 min dollar
Qalstuk kişinin yaraşığıdır?
"İstirahət edən balaca" - QALİB SEÇİLDİ!
Sümükləri bərkidən və arıqlamağa yardım edən bitki
Tovuzun Ermənistanla sərhədində mühafizə divarları tikilir
Hava haqqında
Beren Saat uzun müddətdən sonra ilk dəfə
Tuniklər
Müxtəlif vaxtarda itkin düşmüş 23 uşaq bir evdə tapıldı - FOTO
Niderland Türkiyədən üzr istədi
Hərəkət et, yaşa!
Meryem Üzerli anasını belə təbrik etdi-FOTO
Cəbhədə gərgin gecə
Hikmətli sözlər
- ŞƏRHLƏR