Əziz Qadin.Netlilər.İlk xəbərimi anama yazdığım etirafla başlamışdım. ALLAH bütün valideynlərə can sağlığı versin, haqq dünyasına köçənlərə də rəhmət eləsin. Mənim anam arada şeir yazırdı. Bir gün əlimə onun şeir dəftəri keçdi. O da öz atasını 3 yaşı olanda itirib, anasının da 54 yaşı olanda rəhmətə gedib. Bunu deməkdə məqsədim odur ki, anam da bütün həyatını şeirlərində əks etdirib. Oxuduqca göz yaşlarıma hakim ola bilmirdim. Bu şeirlərdən qardaşıma və anasına yazdığı şeirləri sizlərlə bölüşmək istəyirəm.
Əziz oğlum, can-ciyərim.
Budur sənə vəsiyyətim.
Kimi sevsən hörmət elə,
Odur sənin aqibətin.
Polad kimi möhkəm ol sən.
Bəslə onu sevincinlə.
Heç bir zaman qəmgin olma
Bərkiyəcək o da sənlə.
Sev onu sən lap ürəkdən,
Hər işinə kömək elə.
Olma ona sən biganə.
Bu törədər əngəl sənə.
Çünki sənin canın odur.
Onsuz həyat bir məzardır.
Elə et ki, inciməsin.
Sınan ürək heç düzəlmir.
Sirr saxlama ondan ayrı.
O olacaq sənə kömək.
Məsləhətçin, canın odur,
Ömrün, günün, ruhun odur.
Odur gözəl incin sənin,
Göz oxşayan qönçən sənin.
Heç bir zaman qəlb sındırma.
Açan gülü sən soldurma.
Bu sözləri unutma sən.
Mən deyənə əməl etsən.
Xoşbəxt olub şad yaşarsan.
Ömrün boyu şən olarsan.
Ana
Taleyim olsaydı anam qalardı,
Dərdimə, şərimə yanan qalardı.
Yox imiş əzəldən taleyim mənim,
Görünür bu imiş qismətim mənim.
Ahu zarımdan əsir ürəyim,
Onun zərbindən yanır kürəyim.
Gecəli-gündüzlü hey çırpınıram,
Qəfəsə salınmış bir bülbül kimi.
Əlimdən gedibdir gül üzlü anam,
Sağıma-soluma hey baxıram mən.
Gözümə görünmür o istəkli can,
Odur ki, daima hey ağlayıram.
Göz yaşımdan yerə nohur salıram.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Boşanmaq sağlamlığa ziyandır
Vərəmdən qorunmağın və sağalmanın yolları
Yumurtadan düzgün istifadə etməyən qız məhkəməlik oldu-NƏTİCƏ
Peşə məktəblərinə qəbulla bağlı YENİLİK
Abituriyentlərin nəzərinə!
Manat yenə düşdü
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
İran Prezidenti ölkənin nüvə obyektlərinin məhv edilməsi imkanını istisna edir
I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq
2012-ci ilin mirvari boyunbağı modelləri
İllərə görə ən çox qazanan filmlər (2001-2019)
İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapıldı
Bəs pulu kim ödəyəcək?
7 yaşı var, amma ağır texnikaları sərbəst idarə edir - Azərbaycanda
Nəmli və canlı dərinin təbii sirri
Hind qadınlarının gözəllik sirləri
Sellulit üçün qəhvə masajı
Rəqsi sevənlər üçün 7 film
Ən yaxşı qadın ətirləri
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Zəlzələdə 13 mindən çox adam yaralandı
Məşhur cütlük MÜJDƏLİ xəbəri elan etdi
Dahi yazıçının kədərli sarışını
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Külək kəsib, yağış gələcək
Kreativ duz ve istiot qabları
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Dünyanın tanınmış moda brendləri
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Albalı parfe (foto-resept)
Qısa kurtkalar və montlar
"Buraxılış vərəqəsi" verilir
Yaşamaq üçün dünyanın ən yaxşı şəhərləri seçildi
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
"Son İmperator" Bakıya gəlir
Psixoloq, yoxsa şarlatan?
Nənələrimizin cehizi - sinilər
Beyazıt Öztürk bu xəstəlikdən əziyyət çəkirmiş
Aleyna Tilki 18 yaşını tamam edər-etməz hesab açdı
Ayda nəhəng tunel aşkarlandı - FOTO
Sinoptiklərdən istirahət günü ilə bağlı bəd xəbər
Xamada toyuq filesi (foto resept)
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Sağlam bədəndə sağlam ruh olur
Yaş hamburger (foto resept)
Azərbaycanda yeni zavod tikiləcək
Bir yerdə idman edək (1)
Boşanmaq qadınlar üçün xeyirlidir?
200 gözü olan yeganə canlı-ƏSLİNDƏ
- ŞƏRHLƏR