Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
III
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
Nəbi Xəzri
XƏBƏR LENTİ
Hamı onları əkiz zənn edir, əslində isə..- FOTO
"Bakıya zəlzələ təhlükəsi..."
Məşhur aparıcı ana olacaq-FOTO
Banklar ipoteka kreditlərindən imtina edəcək
Hava haqqında
Bu oğurluğun dəyəri ölçülə bilmir
Hava haqqında
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
İnstaqramdakı adını belinə döydürdü - FOTO
Problemli kreditlərdən çıxış yolu
Ölkəmizdə uşaqlara münasibət nə yerdədir?
Sevgi adası
Çoxobrazlı Aygün Kazımova stili
Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı
Olduğu kimi qəbul et!
Məqamında çəkilmiş şəkillər
Tərəvəzli pizza (foto resept)
Azərbaycanda 2 kq-lıq qeyri-adi meyvə yetişdirildi-FOTO
Lazımsız kəşf
Texnologiyanın səbəb olduğu dəri problemləri
Soğan salatı (foto resept)
İnsanlar daha qocalmayacaqlar?
Nüsret Kann film festivalında-FOTO
Ertələmək problemi ilə üzləşənlər üçün məsləhətlər
Azərbaycanda ödəniş kartlarını qorumağın yolları
Ulduz futbolçu Fransanı təhqir etdi
Bircə Akalay jurnalistləri təəccübləndirdi-FOTO
Bakı metrosunda gediş pulsuz olacaq
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Region qeydiyyatında olanlar Bakıya qayıda biləcəkmi?
Uşağın makrozomik olaraq doğulması
Qadın olmaq heç də asan deyil...
SPA rahatlığı
Özünüzü tanıyırsınızmı?
Kişi müəllimlərin sayı niyə azdır?
Sağlam münasibət üçün tövsiyələr
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Linza taxıb kompüterdə işləmək korluğa gətirib çıxarır
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Boyama - 2
Hindistan qozlu tart (foto resept)
Samsung böhtanın cəzasını istəyir
Hava haqqında
Paytaxt salatı (foto resept)
Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Arpacık nədir?
Millət vəkilləri avtoxuliqanlara qarşı
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Harrison Fordun cəzası məlum oldu
Zoe Kravitzin gözəllik sirləri
- ŞƏRHLƏR