Nə yazım
Məhəbbətdən, kədər-qəmdən
Heç bilmirəm nədən yazım.
Dünya daha bezdi məndən
İndi kimə quyu qazım.
İki üzlüdən yoldaş olmaz
Salmamışam ona meyil.
Yalan yazsam düzgün çıxmaz
Yaltaqlıq da mənlik deyil.
Qaranı ağ, ağı qara
Yazsam aləm gülər mənə.
Doğru söz də vurur yara
Salır ürəyi qəmə.
Nədən yazım bəs onda mən
Beynimə bir fikir gəlmir.
Mavi dəniz yaşıl çəmən
Gözüm görür, əlim dərmir.
İndi bildim, bir bel alım
Toxum səpim, ağac əkim.
Bir işgüzar bağban olum
Şairlikdən ta əl çəkim.
23 avqust 2009
Ömrümə payız gəlir
Solur əlvan güllərim
Quruyur xoş günlərim
Xəzan olub çöllərim-
Ömrümə payız gəlir.
Bahar idim gümanca
Çox aldandım yamanca.
Bilməz idim zamanca
Ömrümə payız gəlir.
Sevincimdən uçuram
Dünyaya nur saçıram.
Dərd əlindən qaçıram
Ömrümə payız gəlir.
Hey üşüyür ürəyim
Buz bağlayır kürəyim.
Bumu mənim gərəyim?
Ömrümə payız gəlir.
Bahar məndən dönüb getdi
Bəlkə də bax, qəsdən etdi.
Elə getdi, gözdən itdi
Ömrümə payız gəlir.
27 avqust 2009
Acıqlıyam, dünya, sənə
Qatı ömrü durultmusan,
Çiçək kimi qurutmusan,
Hansı qəlbi ovutmusan,
Acıqlıyam, dünya, sənə.
Məni saldın tələyə
Bir bax bunda kələyə.
Gün qarışdı küləyə
Acıqlıyam, dünya, sənə.
Süfrə açdım qonaq oldun
Balı tamam yedin doydun,
Mənə isə zəhər qoydun
Acıqlıyam, dünya, sənə.
Eşqə baxan üzüm yoxdu
Daha sənə sözüm yoxdu,
İnan görən gözüm yoxdu
Acıqlıyam, dünya, sənə.
Məni məndən alıb getdin
Qəhər içrə salıb getdin,
Özün eşqə dalıb getdin
Acıqlıyam, dünya, sənə.
14 iyun 2009
Elvin Mütaliboğlu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İntiharların 15 ümumi səbəbləri (2)
Sabahın HAVASI
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Can Yamanla Demet AYRILDI
Səmada uçan NAMƏLUM OBYEKT insanları vahimələndirdi - FOTO
Gürcüstandakı həmvətənlərimiz prezident seçkilərində səs verə biləcəklər
HAVA necə olacaq? 21 İyun
Ən çox sevdiyim hobbi
Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb
Bakıda yeni böyük ajiotaj
Hamilə olduğunu doğuşdan 4 saat əvvəl bildi - FOTO
Qəribə və nadir heyvanlar (4)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Paytaxtda güclü külək olacaq
Bakıda yeni metro stansiyası
305 kq arıqladı və ...
Hande və Murad bir-birini sildi
Hamilə qadınlardan gözlənilməz hərəkət
Yas mərasimində qovurma bişirsək, yaxşı olar, yoxsa aş?
Gecə geyimləri
Günün ulduz falı - 08.10.2013
Şəkil çərçivəsi düzəldək
Havalar soyuyur, yağış yağacaq
Məşhurın FOTOsu müzakirəyə səbəb oldu
Payız dekorasiyası
Avqustda ilan sancmaları artıb
Şahzadə Beatrisin arzusu ürəyində qaldı-SƏBƏB
Günün Ramazan təqvimi (3 iyul)
Üz dərisinə qulluq
Qısa qol köynəklər
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Günün ulduz falı
Murad Bozdan TOY AÇIQLAMASI-FOTO
Azərbaycanda sərt karantin günlərində kimlərin işləyəcəyi məlum oldu
Pensiyalar artacaq
Ağ dəriyə qovuşmaq artıq asandır
YAP-dan manat açıqlaması
Avtobuslarla bağlı yeni qadağa
Prezidentin köməkçisi erməni lobbisinin işğalçılığa “töhfələrini” ifşa etdi
"Şirin fantaziya" tortu (foto-resept)
Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
Birotaqlı mənzildə 130 pişik saxlayırmış
Uşaq ensiklopediyası(16)
Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular
Messi: "Əvvəlki səhvləri etməyəcəm"
İlham Əliyev “Milan Expo 2015” sərgisində
Günün qoroskopu: Pozitiv gündür!
Xanımlarımızın kompleksləri
Azərbaycanda internet: niyə ehtiyat variant yoxdur?
- ŞƏRHLƏR