Kül üstündə gül bitirir istəsə,
Gör nə qədər sirləri var dünyanın?!
Şən səsindən bülbül düşür qəfəsə,
Gör nə qədər sirrləri var dünyanın?!
Su tökməklə quyu dolmur, a qardaş.
Qarın toxdur, gözlər doymur, a qardaş.
Gözlər yatır, ürək uymur, a qardaş.
Gör nə qədər sirləri var dünyanın?!
Laylay çalır körpəsinə analar.
Qürub salır çöhrəsinə analar.
Çata bilmir bəhrəsinə analar.
Gör nə qədər sirləri var dünyanın?!
Qanqal qalxır, çölü, düzü götürür,
Alaq otu bağ-bostanı itirir,
Bənövşəni kol dibində bitirir
Gör nə qədər sirləri var dünyanın?!
Əbəs yerə kankan qazır torpağı.
Hey çalışır, suya dəymir ayağı.
Daş altından peydə edir bulağı.
Gör nə qədər sirləri var dünyanın?!
Düşən dişə quymaq olur günahkar.
Ley yurdunda qarğa qalır sahibkar.
Düzlər yanır, dağlar başı çovğun, qar.
Gör nə qədər sirləri var dünyanın?!
Bir torpağın, bir günəşin nəfəsi.
Bir ağacın, bir budağın bəhrəsi.
Acı, şirin, turş da olur meyvəsi.
Gör nə qədər sirləri var dünyanın?!
İdrisoğlu başa güşmür bir işi,
Çahar-sələr hey ləngidir şeş-beşi.
Turş ayrana dəyişirik kişmişi.
Gör nə qədər sirləri var dünyanın?!
İlham İdrisoğlu
Brest, 2007
XƏBƏR LENTİ
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Vensan Kassel evləndi-FOTO
Hamiləlikdə limonu əksik etməyin
Ətək modelləri
Amerikalılar Facebook-dan narazıdırlar
Zövqlü üzük modelləri
Saakaşvilidən Azərbaycana dəstək
Güllü yastıq
Cəbhədə silahlar susmur
“Məhəmməd” filminin treyleri yayıldı-video
Saxta “Samsung Galaxy S10+” smartfonu buraxıldı - VİDEO
İnsanoğlu bu gün bir addım da irəlilədi
Ulduzlar mərasimə qara geyindilər - FOTO
Dəbli yay donları
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
Sərt qışa hazırsınızmı?
Xloye Serdar Ortaç haqqında AÇIQLAMA verdi
Hava haqqında
"4 uşaqlı ailələrə növbədənkənar torpaq verilsin"
Hansı toyuqlar halaldır?
Android işlədənlərə bəd xəbər
Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı TÖVSİYƏLƏR
Müasir ev dizaynları
Avstriyada “Qarabağ məktəbi” açılacaq
Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri: “Erməni qabağımızdan qaçırdı” - VİDEO
Bu icadlara inana bilməyəcəksiniz
Bakıda binalar yeni materiallarla üzlənir
Yuxu yozmaları - İ
Ermənilərə sillə kimi sözlər
Ukrayna Avropada koronavirusdan gündəlik ölüm sayına görə ikinci yerə çıxdı
Şəkər xəmirinin xeyrindən çox ziyanı var
Mənim seçdiklərim
Alkoqolsuz içkilərlə bağlı həyəcan
Saçınızı düzləşdirmək üçün fenə ehtiyac yoxdur!
Süni zülallardan əzələ hazırladılar
Belinizin incə olmasını istəyirsinizsə...
Sızanaqların qarşısını necə almalı?
Lissabonda Qarabağ münaqişəsi ilə bağlı vacib müzakirə baş tutub
Günün qoroskopu: müxtəlif təkliflər alacaqsınız
Toyuq xəngəli (foto resept)
Avropa çempionatında ilk gün: Millimiz darmadağın oldu
Uşaq pulunun bərpası yenidən gündəmdə - Təkliflər hökumətə göndərildi
Xiyarın faydalarını bilirsinizmi?
Gəlin maskaları
Yeni ilə xoşbəxt girmənin ən gözəl 10 yolu
Bal və darçınla arıqlamaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Sellülitə son
- ŞƏRHLƏR