Nuşirəvan qoşunla çıxmışdır bir gün ova,
Ayrıldı dəstəsindən atla ov qova‐qova.
Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi,
Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi.
Çatdı düşmən qəlbitək viranə bir yurda şah.
Tapardı axtardığı hər şikarı burda şah.
İki bayquş səs‐səsə verərək ulayırdı,
Qəlbləri şah qəlbitək nəsə КєarzulayırdıКє.
Şah soruşdu vəzirdən: КєNə danışır bu quşlar?
Bir‐birinə nə deyir, nə söyləyir bayquşlar?Кє
Vəzir cavab verdi ki: КєZamana şahsan özün.
Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün.
Səsləri nə müsibət, fəlakət salmır yada?
Nigah‐kəbin, cer‐cehiz söhbəti var arada.
Bu quş onun oğluna ərə verir qızını,
İndi başlıq istəyir işə salıb ağzını:
КєBu xaraba kənd nədir, bir qıza azdır,Кє deyir,
КєKəbin haqqıКє bir neçə xaraba yazdırКє, deyir.
Elçi gələn quş deyir: КєŞərikəm hər sözünə,
Şahın zülmkarlığı bəllidir yer üzünə.
Qanlar tökən görürəm şahı gündə yenə mən.
Yüz min belə xaraba kənd verərəm sənə mən.Кє
Bu sözlər atəş kimi yandırdı, yaxdı şahı,
Elə fəğan qopardı göylərə qalxdı ahı.
Ağladı, ikiəlli qapaz saldı başına,
Nahaq qanlar zalımı qərq edər göz yaşına.
Zülmünü yada salıb, dişlədi barmağını:
Quşlar da eşidibdir zülmünün sorağını.
Var üçün insan nəsli bu obadan silindi.
Toyuq qaqqıldayırdı, bayquş ulayır indi.
Dünyaya uymuşam ki, qəflətdəyəm hələ mən.
Peşman‐peşman başıma gərək döyəm hələ mən.
El varını soymuşam, xalqa divan tutmuşam,
Ölməyi, son mənzili büsbütün unutmuşam.
Talan, qarət dalınca haçanacan qaçım mən,
Əməlimlə, başıma‐olmaz oyun açım mən?
Şahlığı, məmləkəti tanrı verib baxtıma.
El nifrət yağdırmasın qoy tacıma, taxtıma.
Mis deyil, qızıl sikkə nəsib olub adıma.
Bu qədər haqsızlıqla haq çatarmı dadıma?!
Zülmkartək tanınım eldə, obada niyə?
Ömrü zülmkarlıqla verim mən bada, niyə?
İndən‐belə qəlbimdə mərhəmət olsun gərək,
Tanrıya, ya özümə bir hörmət olsun gərək.
Haqsızlığın həddini lap aşmışam daha mən,
El gözündə dönəcəm ən, yaramaz şaha mən.
Yanmalıyam, yanmalı, gör kimə yanır qəlbim?!
Qiyamətdə yanacaq qəlbimə yanır qəlbim.
Qılıncımla elləri biçməyim bəsdir daha,
Alçalıb, insan qanı içməyim bəsdir daha.
Talançıyam, fəxr edib öyəcəyəm özümü?
Qiyamətdə sorsalar, döyəcəyəm gözümü.
Xəcalətəm, mümkünmü daha şadlana qəlbim?
Daşqəlbliyəm, mümkünmü dönməsin qana qəlbim?
Qaxıncam, nalə, fəryad qopardığım budur, bu!
Qiyamətə özümlə apardığım budur, bu!
Öz köhlənim özümü tapdayacaq orada.
Can zülmün cəzasına tablayacaq orada?
Saysız xəznə yığmışdı qılıncının zoruna.
Ondan Samla Firidun nə apardı goruna?
Dünyaca var‐dövlətim sayılarmı dünyada?
Dünyadan apardığım bir şey varmı dünyada?Кє
Şah bir odlu məşəldi, yandı yalı köhlənin,
Nəfəsindən əridi polad nalı köhlənin.
Şahanə dəbdəbəylə sarayına yetişdi,
Şəfqətilə hamının harayına yetişdi.
Bir yolluq qələm çəkdi bac‐xəracın üstündən,
Son qoydu haqsızlığa, ellər çıxdı pis gündən.
Ədalət göstərərək atdı sitəmkarlığı,
Ömürlük arzusuydu elin bəxtiyarlığı.
Taleyin imtahanı canını alan oldu,
Ədaləti dünyada əbədi qalan oldu.
Ülviyyət aləmində yenə də şahdır özü,
Şan‐şöhrət sikkəsinə yazıldı КєadilКє sözü.
Bəxtiyar hökmdardı, tarixdə qaldı adı,
Kim ki adil şah oldu, belə ucaldı adı.
Hər ürəyi sevindir, xürrəm yaşa dünyada,
Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada.
Günəşi oyadanlar xoşbəxt olsun sayəndə,
Dosta səadət olsun fikrin, zikrin, qayən də,
Dərdlərin təbibi ol, məlhəm qoy hər yaraya,
Yiyələn taxta, taca, həşəmətli saraya.
Eşqinlə atəşə dön, nifrətinlə buza dön,
El yolunda günə dön, aya dön, ulduza dön.
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.
Hər əməlin üstündən sanma keçəndi dövran,
Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.
Ülviyyətə qulluq et, günah dalınca varma,
Günahkar insan kimi boyun büküb yalvarma.
Ömür keçib gedəndi, dünya qalandı sənə?
Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.
Hər üzrün, yalvarışın ‐ hiylə, kələk, aldanış.
Quru sözdən nə çıxar? İşdən, əməldən danış.
İşlər sözlə düzəlsə, hər iş də düz gələrdi,
Nizami hünəriylə göylərə yüksələrdi.
Nizami Gəncəvi ( Sirlər Xəzinəsindən)
XƏBƏR LENTİ
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO
“Qarabağ” klubların reytinq siyahısında geriləyib
Fotoşopsuz sənət
Mehriban Əliyeva konsert izlədi - FOTO
Ordu döyüşə tam hazır olsun!
Çingiz Abdullayev: "Yalnız mən həll etmirəm..."
Məşhur aktyor gizli evləndi
Unikal əməliyyat: 2 yaşlı oğlanı zorla arıqlatdılar
BÜRCLƏR bizə nə vəd edir?-18 Sentyabr
Yeni doğulan körpə ilə belə oynayın
Xarkovda metro partlayışı
“Titanik” filmini təqlid edən cütlüyün sonu faciə ilə bitdi
Makiyaj etmədən gözəl görünməyin yolları
Aylıq bu qədər pul ödə, kirayə qaldığın mənzil SƏNİN OLSUN - UNİKAL ŞƏRTLƏR
Saç boyamadan əvvəl...
Seren Serengil Deniz Akkayadan ŞİKAYƏT etdi-SƏBƏB
Şeron Stounun maraqlı fikirləri
Çiyələkli dondurma (foto resept)
Yuxular və yuxuyozmalar (son)
Maykl Ceksona aid filmin qalmaqlı davam edir
Medvedevin "Twitter" səhifəsi dağıdıldı
Meqan Markl protokolu yenə pozdu-FOTO
Cəbhə xəttində gərginlik
Bakıda marketdə İmam Hüseyn (ə) ehsanı
Suqovuşan qazisi: “Elə bildim, şəhid olmuşam” - VİDEOREPORTAJ
Elm adamlarını heyrətləndirən HADİSƏ - 9 saat səmada qaldı...
Stress uşaqlara xeyirdir?
İnterpol dünyanın 115 ölkəsində əməliyyat keçirdi
Dünya gəlinləri
Tibb işçiləri koronavirus testindən keçirilir? - AÇIQLAMA
Tanınmış müğənninin gitarası 495 minə satıldı
İstirahət etmək vaxtıdır
Sinoptiklər istirahət gününə hansı havanı vəd edirlər?
Yalan danışan uşağa necə davranmalı?
Dietoloqlara ən çox verilən 3 sual
Müdriklərin etmədikləri 10 əməl
Məşhur model canlı yayımda İtə ərə getdi -FOTO
Səudiyyə Ərəbistanında arvadı döymək cinayət sayılacaq
İsmətini itirməyən qızlarımız
Pamela Anderson 5-ci dəfə ərə getdi-FOTO
Sərdar Ortaç bu XƏSTƏLİKDƏN əziyyət çəkir
Google kosmosa 180 peyk yollayacaq
Tərəvəzli pizza (foto resept)
Ronaldo yenə ən yaxşı oldu
Tom və Jerri: Fındıq qıran nağılı
Lerikdə qarın hündürlüyü 20 sm-ə çatdı
BÜRCLƏR bizə nə vəd edir? -20 İyun
Hava haqqında - 04.03.2014
Payız depressiyası
Hava haqqında - 13.09.2013