QƏDRİMİ BİLMƏDİ BU ADAM MƏNİM
Bilmirəm, hayandan tapdı ömrümü,
Bir dəli at kimi çapdı ömrümü,
Dağlara, daşlara çırpdı ömrümü,
Qədrimi bilmədi bu adam mənim,-
İlahi, al məni bunun əlindən!
İlahi, kaş məni bu yer üzündə
Bir özgə adama tuş eyləyəydin,
Lap məni adam yox, quş eyləyəydin,
Lap belə bir qara daş eyləyəydin,
Meni bu adama sən necə qıydın,-
İlahi, al məni bunun əlindən!
Al məni, ver məni, özgələrə ver,
Sınıq aynalara, güzgülərə ver,
Bölünüm, yüz tikə, min tikə olum
Bu adam üzümə baxa bilməsin.
Məni aynaların qırıqlarından
Toplaya bilməsin, yığa bilməsin.
Bölünsəm, dərdim də bölündü bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özömdən yekə,
Bütün dərdlərimdən mən yekə oldum.
Bu yerin üstündə, göyün altında
Bölünsəm, hər tikəm bir yana düşsə,
Haçansa, kefinin xoş saatında,
İlahi, təzədən yadına düşsəm,
Təzədən toplasan qırıqlarımı
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı, burnumu, qulaqlarımı,
İlahi, təzədən calasan məni,
dünyanın ən gözəl güzgüsü ollam.
Təzədən dünyaya yollasan məni,
Bu adam olmaram, özgəsi ollam,
İlahi, al məni bunun əlindən!...
Ramiz Rövşən
XƏBƏR LENTİ
Bakıda bir neçə prospekt yenidən qurulacaq
Engin Altan “Diriliş Ərtoğrul”dan gedir
Yeni prezident ölüm hökmünü bərpa etmək istəyir
Prezident : "Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır"
Rusiya Türkiyəyə hücum etdi
Bella Hadid növbəti FOTOsu ilə diqqət çəkdi
Latviya buz festivalı
Monika Belluçidən yeni FOTOlar
Tarkandan bayram təbriki
Ətsiz kələm dolması (foto resept)
Uşaq otağı 2
Ən yaradıcı insanlar - REYTİNQ
2012-nin yaz-yay modası
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - SİYAHI
Ingilis dili-XXII-2 Dərs
Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
Magdanın qəribə əl işləri
Sabahın HAVAsı
Bakı, Sumqayıt və Abşerona giriş dayandırıldı
Həftə sonunun HAVAsı
Rublun düşməsi Azərbaycanlı sahibkarları müflis edib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
2200-cü ildən gəlmiş zaman elçisindən ŞOK AÇIQLAMA
Nazirlikdən hava xəbərdarlığı
Qırmızı kələm salatı (foto-resept)
Günün qoroskopu: təəssüf doğura biləcək addımlar atmamaq üçün...
BDU-nun müasir tələbə şəhərciyi salınacaq
Çəhrayı ürək tortu(foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-30 Mart
Ən güclü şəbəkə yaradılacaq
Təhsil naziri: “Müəllimlərin maaşları artırılmalıdır”.
Dünyanın dahi məşqçisinin adını küçədə əbədiləşdirdilər
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
Onu unuda bilmirəm...
Rusiyadan təyyarə sərnişinlərinə yeni məhdudiyyət
Ömür yolu
Heyvanlar insanlara donor olacaqlar
Hər qadını maraqlandıran sual: ağrısız doğuş mümkündürmü?
"Qisas alınmayana qədər, 0:8-i unutmaq mümkün olmayacaq"
Təkamül nəzəriyyəsi əleyhinə ən axmaq 10 iddia
Makiyaji incəsənətə çevirən Luna
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Aşbaz 5 milyon avroya təyyarə alır
İlanla evləndi-FOTO
Mark Sukerberqdən riyaziyyatçılara 3 milyon dollar
Meyvələrdən portret çəkdi
İnternetdə viruslara kimlər inanmır ?
5 gözəllik trendi
Qadınlar, ah bu qadınlar...