ARZUDAN O YANA
Əllərin əlimə dəyməyəydi kaş,
Saçların üzümə toxunmayaydı.
Gərək, əvvəlki tək sən, ürəyi daş,
Elə əvvəlki tək saymaz olaydın...
Bu istilik hardan, san ki, buz idin,
Qəlbimdən sən niyə ovcuma düşdün...
Sən, mənə əlçatmaz bir ulduz idin,
Göylərdən qolumun üstünə düşdün.
Bu da vüsal günü... Yox sevinmirəm,
İndi darıxıram, bəs nələr üçün?
Mənmi bu zirvəyə çıxdım, bilmirəm,
Yoxsa sən darıxdın dərələr üçün...
Dünənə yol yoxdur zaman apardı,
Təəssüf zamana çatarmı görən?
Daha sənə gələn yollar qurtardı,
Arzudan o yana yol varmı deyə.
Ötən günlərimə bir ümman dedim,
Boşalıb ürəyim, dolmur ki, dolmur.
Sahilə çatmışam, haraya gedim?
Dənizə məqsədsiz qayıtmaq olmur...
MƏNƏ İNANMIRSAN
Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, ehyamlar
oyaq.
Yox, mən istəmirəm
bir çoxu kimi
Yaşayaq bu sayaq,
Ölək bu sayaq...
Niyə baxışların üşüdür məni;
Qəlbin ki qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir,
Nə nifrət yeni;
Elə tərəddüd də köhnədir,
yetər!...
Bəlkə də adıma çox söz deyirlər,
İstəsən inanma,
İstəsən inan...
Ayıq ol...
Adama çox söz deyərlər
Gör hansı doğrudur,
Gör hansı yalan.
Yaxın gəl,
Oduna gir bu ürəyin,
Sevənlər payıza, qışa bürünməz.
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi
bilinməz...
Hərdən zəng edirsən,...
Susursan niyə ?
Sənin sükutun da tanışdır mənə.
Bir də zəng edirsən hirslənim
deyə,
Dəstəyi çırpıram əsəblərmə...
Bir dəstək gülüşlü,
Biri əsəbi.
Başlayır telefon oynu sonra.
Bilirəm susmağın nədir səbəbi;
Ox atıb gizlətmə yayını sonra...
Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, ehyamlar
oyaq,
Yox, mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq,
Ölək bu sayaq.
Nüsrət Kəsəmənli
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dell biznesdən uzaqlaşmayacaq
Bu qidaları soyuducuya qoymayın!
Hicablı xanımlar üçün
Bakıya yeni qəzet köşkləri gəlir?
Katsudzo Nişinin 6 qaydası - 2
Donmuş mayaklar
Düşüncə dərsi (4)
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO
Ərişdə şorbası (foto-resept)
Sentyabrın 30-dək qüvvədə olan qadağalar - Siyahı
Nazirlikdən XƏBƏRDARLIQ: Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə cavab verməyin!
Yerin forması və ölçüləri
Görməniz lazım olan yerlər (3)
Ev işlərindəki problemlərin həlli
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
Türkiyədə yeni zəlzələlər qeydə alınıb
Gündəlik geyimlər
Pandemiya barədə 2007-ci ildən xəbərdarlıq edilibmiş: “Saatlı bomba”… - FOTO
Hava haqqında
Rihanna geyimi ilə diqqət çəkdi-FOTO
Günün ulduz falı
Ordumuz Laçında Qarabağa gələn erməni hərbçilərinin qarşısını kəsdi və...
Yeni toxunuş növü
Qadin.Netlə birlikdə ARIQLA!-LAYİHƏSİ (3)
İnstaqramda trendə çevrilən geyimlər
Bu qadın "Barbie" kimi yaşayır-FOTO
İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Ömrü uzatmağın ən pozitiv yolu: sevin
Seriala görə dünyanı gəzən bloger REKORD QIRIR - FOTO
Aslı Muradı instagramdan sildi
Bütün Yerdə pulsuz internet olacaq?
Donald və Melani Tramp Yeni il partisi verdi-FOTO
Həyat eşqini artıran hallar
Udma pozğunluğu
Küçələrdə reklam yerləşdirmək istəyənlər üçün ödəniş qaydaları dəyişdirilir
Ancaq qadınların bildiyi hallar
“ASAN xidmət”dən təqdimat
Evlər söküləcək, yerində yol salınacaq
İvana Sert sevgilisi ilə tətildə
Kəsmikli "konvertlər"(foto resept)
Angela Merkel: "Müsəlmanları əsassız ittiham etmək olmaz"
Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir
Kimdir fəqir?
İranda 8 narkotacir asıldı
Qubadlı rayonundan görüntülər - VİDEO
Çin şirniyyatı
BÜRCLƏR bizə nə vəd edir?-30 Oktyabr
İŞİD döyüşçülərinin sayı açıqlandı
Qızına oxuduğu mahnı "TikTok"da rekord qırdı