Bakıda hava
USD AZN
EUR AZN
10:05Sima salam hamiya necesiz 09:06Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41332

"Son Görüş" Ramiz Rövşən

"Son Görüş" Ramiz Rövşən

Bu vaxtsız sevginin əcəli yetdi,

Buydu qismətimiz ya tez, ya da gec.

Hərə öz dərdini apardə getdi,

Bəs niyə dərdimiz azalmadı heç?

 

Dünya dağılmadı biz ayrılanda,

Göylər biraz yağış çilədi ancaq.

Mən sənə xoşbəxtlik dilədim onda,

Sən mənə rahatlıq dilədin ancaq...

 

Rahatlıq dilədin ev eşiyimə,

körpəmin beşiyinə,

Nəvəsi dizi üstə çixan

atama - anama da.

Bir vaxt səndən öncə rastıma çixan,

Səni məndən alan qadınıma da...

 

İstədim son dəfə basım bağrıma,

Dedin "nəyə lazım, yox yaxşı deyil."

Ağladın dedim ki, "kiri, ağlama"

Dedin ki, "yağışdı, göz yaşım deyil."

 

Bu görüş sonuncu görüşdü daha,

"Bu gün ayrılırıq" deyib gəlmişdin.

Bəs niyə mənimlə son ayrılığa,

Ən gözəl donunu geyib gəlmişdin?

 

Bəs niyə o cürə gözəldin onda?

İndi bunu necə yozum, bilmirəm.

Bəlkə də son dəfə mənim yadımda,

Gözəl qalmaq idi arzun, bilmirəm...

 

Bir sevgi yarımçıq qırıldı o gün,

Yağış da kəsildi, bulud da getdi.

Bir qızla, bir kişi ayrıldı o gün,

Hərəsi bir yana üz tutub getdi.

 

O qızdan gözəl qız tapılmaz daha,

Daha o kişidən igidi yoxdur.

Amma bu dünyada xoşbəxt olmağa,

Daha heç birinin ümidi yoxdur...

 

Ramiz Rövşən

Səslərin sayı: 0
0
617
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!