Bakıda hava 12°
USD AZN
EUR AZN
15:07Nermin_Guler Vessalam koronaviurus geldi bura da catdi 14:37Nermin_Guler Hər kəsə salammm 08:47Xəyalə Murad Sabahını xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41467

"Ölmək" Ramiz Rövşən

 

"Ölmək" Ramiz Rövşən

 

Bulud kimi ölmək

bir yaz yağışında.

Ümid kimi ölmək,

bir qız baxışında.

 

Bir yel qanadında

yarpaq kimi ölmək

Bir qəbir altında,

torpaq kimi ölmək.

 

Bir gül kimi ölmək,

bir güldan içində.

Bülbül kimi ölmək

bir hicran içində.

 

Bir səs kimi ölmək

bir kar qulağında.

Bir söz kimi ölmək,

bir lal dodağında.

 

Gündən günə ölmək,

Dönə-dönə ölmək.

Öldükcə dirilmək,

Sonra yenə ölmək...

 

Ramiz Rövşən

Səslərin sayı: 0
0
549
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!