Novruz Bayramı
İştə novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram… Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.
Yalınız hanki evdə yas varsa,
Bir onun borcudur ki, tutsun əza.
Birinin ölsə qardaşı naçar,
Qara bayram tutar… Bir adət var.
Hər kimin yoxsa böylə bir üzri,
Eyşü nuş eyləsin o… yox zərəri.
Gərçi “əlmömünün üxüvvə” demiş
Əmri-peyğəmbəri hekayə imiş.
Cümlə qardaş, — deyir Rəsuli-xuda,
Hanki islamədir bu söz əcəba?
Bəlkə bir başqa xəlqədir bu xitab?
Nəyə lazım, canım, sıxıntı, əzab.
Bütün İranda, cümlə Balkanda,
Çırpınır qardaşın qızıl qanda!
İştə bir qətlgahə dönmüş yer!
Məhv olan yüz deyil ki! Yüz mindir.
Ana! Həmşirə! Ey nişanlı gəlin!
Siz də əsla sıxılmayın, sevinin.
Əzilib məhv olursa ailələr,
Sizə aid deyil bu qəmli xəbər.
Getsə iffət, kəsilsə əmcəklər,
Sevinin!.. İstəməz düşüncə, kədər.
Bütün aləm dağılsa, od tutsa,
Bizə lazımdır imdi zövqü səfa.
Bir müsəlman ki, onda qeyrət var.
Sevinir, kef edər, çalar, oynar.
Sevinin! Zurna, toy çalın, sevinin,
Nə gözəl bayram! Of, gülün, sevinin!
Dinə, namusa küsdünüzsə, gülün!
Sevinin, həp gülün!.. Nə nəşəli gün?!
Hüseyn Cavid
XƏBƏR LENTİ
Günəş yanıqlarından necə xilas olmalı?
Analar və qızları
Sistematik düşüncə tərzi
Azərbaycan çaylarının suyu azalıbmı?
Makiyaj qadın xarakteri barədə nələri deyir?
"Ayntraxt"ın prezidenti: "Oyun Bakıda yox, Qarabağda keçirilməliydi"
Real görünən rəsmlər
İçərişəhər və içərimizdəki şəhər
Qabının formasına vurulacağınız ətirlər
Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR
Möhtəşəm qadınlar
HAVA necə olacaq?
Ağardıcı maskalar
Ərdoğan: “Aİ davranışını dəyişməsə.."
Çox gözəl BMW: əsl bimmer
Dağıstanın Qarabudaqkənd rayonunda “Sibir xorası” yayılıb
Bu ölkədə 98 faiz xəstə koronadan dərmansız sağalır - Açıqlama
İştahı azaldan bitkilər
Azərbaycanda mobil telefonlar üçün sinxron tərcümə sistemi hazırlanıb
Günün ulduz falı
Meyvəli desert (foto resept)
Gözlərə ziyan vuran vərdişlər
150 evi olan aktyor
Erməni zabitin savaş proqnozu
Xolesterinin artması, əlamətləri və müalicəsi
Türkiyə millisi yoldaşlıq oyununda Sloveniyaya qalib gəlib
Hər kəs onun cəsarətindən danışır - VİDEO
İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olublar
Teflon qablar zəhər mənbəyidir?
Kıvanç Tatlıtuğ Həbs oluna bilər - SƏBƏB
Alma ağacları kütləvi şəkildə kəsirlir
Sabundan hazırlanmış incəsənət
Demet Akalının boşanma səbəbi bəlli oldu - FOTO
TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Daha iki aktyor karonavirusa görə karantinə alındı-FOTO
Saç rəngini təbii yolla açan üsul
"Qanlı Ay" tutulması nə vaxtdır?
Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı - RƏSMİ
Mayın 4-dən gömrük rəsmiləşdirilməsi qaydası dəyişir
86 yaşlı alpinist QƏRARINDAN DÖNDÜ-SƏBƏB
Ətlibura (foto resept)
Yağış yarım saata Qubanı bu hala saldı
Burak Özçivit əməliyyat olunacaq
Xalq artisti dünyasını dəyişdi
Sankt-Peterburq görüşü barədə Minsk qrupu məlumatlandırılacaq
Məryəm Uzərli uşaqlıq şəklini paylaşdı - FOTO
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Yuxu yozmaları - E
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO