Son görüş
Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz ya tez ya da gec.
Hərə öz dərdini apardı getdi
Bəs niyə dərdimiz azalmadı heç... ?
Dünya dağılmadı biz ayrılanda,
Göylər biraz yağış çilədi ancaq...
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq...
Rahatlıq dilədin ev eşiyimə,
körpəmin beşiyinə,
Nəvəsi diziüstə çıxan
atama - anama da.
Bir vaxt səndən öncə rastıma çıxan,
Səni məndən alan qadınıma da...
İstədim son dəfə basım bağrıma
Dedin - "nəyə lazım, yox yaxşı deyil..."
Ağladın dedim ki, "kiri ağlama"
Dedin ki, "yağışdı göz yaşım deyil..."
Bu görüş sonuncu görüşdü daha
"Bu gün ayrılırıq" deyib gəlmişdin
Bəs niyə mənimlə son ayrılığa
Ən gözəl donunu geyib gəlmişdin..?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun, bilmirəm...
Bir sevgi yarımçıq qırıldı o gün
Yağış da kəsildi bulud da getdi
Bir qızla bir kişi ayrıldı o gün
Hərəsi bir yana üz tutub getdi .
O qızdan gözəl qız tapılmaz daha
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdur...
Ramiz Rövşən
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Soğan suyunun faydaları
Biskivit tortu
Körpə dünyaya gəldikdən sonra hansı əməlləri yerinə yetirməli?
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Günün qoroskopu: yeni, böyük işə başlamayın
Ən sürətli saç uzadan maska
Rihannadan 2 milyonluq yardım
Depressiyadasınız?
Bu gün Xəyalə Muradın ad günüdür!
Ölkələr həyəcan təbili çalır
Tarkan prezidentin valyuta çağırışına cavab verib
“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov
Hava haqqında
“Dostluq” ordeni aldı
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
"Sovetski"də yaşayanlara ev verildi
Bakıda pozulmuş xətlər insan həyatını silə bilər
Saçları tez-tez yumaq zərərlidirmi?
Saat dəyişikliyi problemi ilə bağlı AÇIQLAMA
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Ermənilər Azərbaycan ərazilərində yanğın törədiblər
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Qarabaşaq pəhrizi
Kartof haqqında bilmədiklərimiz
Nişasta şirniyyatı (foto resept)
Bərbərlərin saç qırxma metodları hər kəsi güldürdü-VİDEO
Sabahın HAVAsı
Məsləhətinizə ehtiyacım var
Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq
Azərbaycanda koronavirusa görə məktəblərdə tədbirlər məhdudlaşdırıldı - FOTO
Milli Şura dağılacaq?
Köhnəlmiş əşyaları dəyərləndirin
O da "Sefirin kızı"nda olacaq
Xilas olmaq üçün ayının dilini kəsdi məhkəməlik oldu-FOTO
Düymə və kibrit çöpü peçenyesi (foto resept)
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Uğurlu piroq (foto resept)
Türkiyədə 45 tonluq tank dənizdə batırıldı
Bu gün görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Bu gecə ƏN UZUN Gecə olacaq
"Sovetski", "Xutor" və "Papanin"də nə olacaq?
Mayli Sayrus bal ayını Mayamidə keçirir-FOTO
Sadə tərəvəz salatı (foto resept)
Gerçək eşqin 50 göstəricisi
Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası
Sosial şəbəkələrdə onlardan qorxurlar
Körpələrin boy və çəki cədvəli
Sabahın HAVAsı
Qan analizinin daha bir sirri
Nar suyundakı möcüzələr
- ŞƏRHLƏR