Bakıda hava
USD AZN
EUR AZN
27 fevral 23:20AnaR Mehdizade Salam Aleykum Menj Xatirlayanlardan Kimse Varsa Yazsin
41464

Silər (şeir)

 

Silər (şeir)

Susaraq silər qadın

Xəbərin belə olmaz.

Əvvəl adını silər,

Birdəfəlik unudar.

Sonra baxışlarını

Siləcək yaddaşından,

Düşünər ki, qorxulu

Yuxuymuşsan məsələn.

Əslində həyatına 

Nə gələn var, nə gedən.

Susaraq silər qadın,

Dediyin hər kəlməni

Heca-heca unudar.

Əlinin yaddaşından

Əlinin istisini,

Yatağından ətrini,

Və....

qiymətli xətrini...

Silər, ruhun duymadan..

Paramparça olarsan,

Heç yanın qırılmadan.

Susaraq silər qadın...

Silər...

günəş doğmadan..

 

Fərqanə Yusifqızı

Səslərin sayı: 0
0
2239
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )