Gedirsən...
Elə gedirsən ,
Barmaqlarımın ucundan axa-axa
Gözümün içinə baxa-baxa.,
Yavaş-yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra gedirsən.
Lövbərini sahilə atıb gedən gəmi kimisən,
Dönməyəcəyini bilirəm,
gözləmirəm yolunu.
Amma baxacam arxanca,
Gözlərimin qarası ağında əriyənə qədər.
Saçlarımı vida yerinə yelləyib,
Əllərimi üzümə sıxıb yola salıram səni.
Heç getməsəydin keşkə...
Gedişin Günəşli günlərimə
qara bulud kimi çökəcək.
Ayları, illəri bölüşürdük
Göy qurşağım idin mənim,
Gözlərim yağandan sonra görüşürdük.
Sən gedirsən,
Gedirsən...
Hər gün biraz uzaqlığınla boyanıram,
Yaşıl yatıb, sarı oyanıram.
Həyatımı baxış- baxış süstləyənim,
İllərimi naxış – naxış işləyənim,
Sənə demək istədiklərimi ürəyimdə qoyursan.
Tətiyi çəkilmiş tüfəng kimisən artıq.
Gözlərimdən , baxışlarımdan,
əllərimdən, saçlarımdan gedirsən.
Gedirsən...
Barmaqlarımın ucundan axa-axa ,
Gözümün içinə baxa-baxa .
Yavaş -yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra gedirsən.
Alacağın olsun həyat,
Onsuz da bütün sevdiklərimi alacaqsan.
Qoy onu sevə-sevə yola salım.
Özünə yaxşı bax deyə bilməyəcəm,
Əlvida deməyə də dilim gəlmir.
Məni unutma ... GƏNCLİYİM.
***
Yaşanmış ömür,
işlənmış bir əşyanın qutusu kimi.
Gedilmiş yol,
izləri süpürülmüş küçələr .
Adiləşir ,bütün qəribələr ...
İlk dəfə məni görəndə,
roman oxuyarkən , qəflətən,
diqqətini aparan xəyal kimi ,
maraqlandırmışdım səni.
İtirmişdin özünü,
Belə deyirdin ,sonralar...
Bir elan da vermişdin -
“Məni tapana mükafatım var.”
Nə? ...bilmirdim.
Bilə bilməzdim.
Mən ola bilməzdim ,
tutduğu balığı
dənizə bağışlayacaq ...
Nuhun gəmisində də yer yox idi bizə.
Sonralar...
heç bir romanda ,
rast gəlmədim özümüzə.
Unutduğum qədər xatırladım səni sonralar...
Nuranə Nur
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
HAVA necə olacaq?-14 Sentyabr
Paltar ütüləməyə ehtiyac yoxdur
Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət - VİDEO
Pandemiya mövzusunda ilk dərslər keçirilib
Gündəlik geyim kombinasiyaları (1)
Çində yaşayan türk müğənnisi Virus haqqında danışdı
Qaz Olmayacaq
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb - FOTO
HAVA necə olacaq?-26 Avqust
Daha 42 vətəndaşımız gəmi ilə ölkəmizə göndərildi
Azərbaycanda koronavirusa yoluxmuş daha 41 nəfər sağalıb, 1 nəfər vəfat edib - RƏSMİ
Rianna tənha xanımlara: Sevgililər günündə bunları edin
Kosmosa danışan robot göndərildi
Okeanı çəllək içində üzüb keçdi_FOTO
İnəyinin hərəkətinə görə cərimə ödədi
HAVA necə olacaq?
Hərbçilərimizin geyim qaydalarında dəyişikliklər edilir
Şahzadə ölkəni şoka saldı
Əzilmiş maşınları sənət nümunəsinə çevirənlər
Günün qoroskopu: qəfil dönüşdə xeyir var
Çuğundur haqqında bilmədiklərimiz
Android Pay işə salınacaq
Qeyri-sağlam münasibətdə olduğunuzu göstərən işarələr
İlham Əliyevdən uşaqlara dair VACİB SƏRƏNCAM
Körpələrdə qızdırmaya diqqət edin!
Sevgi alimin ağlını aldı
В«2030-cu ilədək ərəb monarxiyaları məhv olacaqВ»
Bakıda mənzil bazarında QİYMƏTLƏR
Bakıda yağış, dağlarda qar yağacaq
Azərbaycanın dühalarından biri: Altov
Bu ölkədə insanları elektron bilərzik vasitəsilə izləyəcəklər
Adamlar adlarına bənzəyirlərmi?
Azərbaycanda ərzaq mağazaları və apteklər bağlana bilər - RƏSMİ
İnternetin qiyməti artacaqmı?
Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR
Çimərliklərdə süni qiymət artımı var
Ay bölgüsü necə yaranıb?
Bir vücudda iki insan
Bu günün hava proqnozu
Bakıda misilsiz mirvari parlayacaq- FOTO
2011-ci il sizin üçün necə keçdi?
Bu yollarda ehtiyatlı olun!
I Avropa Oyunları Azərbaycanı dünyanın idman arenasına çevirəcək
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Amanda 300 yaşlı ruhdan ayrıldı, həyatı alt-üst oldu-FOTO
3 günə 5 kilo arıqla
Rəngləri ilə yazı gətirən mətbəx mebelləri
Kişilər yataqda nə istəməz?