Kölgələr
Arxamca sürünüb solğun inadla
Titrədir ruhumun kökünü kölgəm.
Süzülür cismimdən kirli təzadlar,
Çəkir səhvlərimin yükünü kölgəm.
Kiçik kölgələrdən cəm oldu bəşər,
Birlik üzərinə şəfqət ələndi.
Amma zaman-zaman azad könüllər
Sirli kölgələrlə əhatələndi.
Bu, heç tükənməyən mübarizədir,
Həzin dalğalanır qürurun səsi.
Bəlkə təəccüblə məyus olur Yer
Üstünə düşəndə Ayın kölgəsi.
Zülmət başlanğıcdan səbəbsiz istək
Şəffaf arzulara çevrilib gedir.
Rənglər oyununun son qərarı tək
Qara kölgələrdir bitdiyimiz yer.
İzsiz düşüncənin yoxdur hacəti,
Ömür bir əsldir, kölgəsi məzar.
Bəzən doğma olur bir həqiqəti:
Kölgəsiz gerçəyin nə mənası var?!
Səbuhi Şahmursoy
Gecən Xeyrə
Küləylərin içində, kim bilir neçə itkin pıçıltı var...
Necə də məhkum edib uzaqlar bizi tənhalığa...
Elə unutmusan ki məni...
Nəfəs almağıma da utanıram...
Elə xatırlayıram ki səni...
Hələ də, göz yaşımsan...
Darıxmayan hardan bilsin axı ?
İçki nə, sigaret nə...
Gecə yarısı...
Bağırmaq, içində...
Saatın tıkkıltıları ürək döyüntülərimi gücləndirir...
Elə bil gecikirəm nəyəsə...
Nəsə etməliyəm elə bil...
Baxçaya qaçmalıyam...
Qışqırmalıyam ki, çıxarmayın məni ordan...
Ya da məktəbə qayıtmalı...
Kəsilib imtahandan, heç, tələbə də olmamalıyam...
Sənə çatmamalıyam...
Səninlə rastlaşmamalı...
Salamlaşmamalı...
Yaxınlaşmamalıyam...
İşimi gücümü atıb arxanca qaçmamalı...
Səhərə qədər telefonda, yuxuma haram qatmamalıyam...
Saatın daşı zəifləyir ? Yoxsa ürək döyüntülərim azalır ?
Başımda da küt ağrı...
Sigaretimi söndürüb, Gecən xeyrə deyirəm...
Sənə...
Gecən xeyrə...
Mən də xeyrə qarışıb gözlərimi yumuram...
Deyəsən, sonu olmayan yuxulardan birinə gedirəm...
RoyaL Qabarov
XƏBƏR LENTİ
Putin İlham Əliyevə məktub yazdı
Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB
Hamiləliyin yadda qalan nöqtələri
Öpüş xəstəliyi - mononükleoz
Viktoriya Bekhem uşaqlarını xaç suyuna saldı-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Stiven Siqal Bakıdadır
Asan rulet börek (foto resept)
Balerina (rəqqasə) pəhrizi
Ölü Dənizdə 1200 illik tapıntı
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
“Bütün günahlar Rusiyadadır”
Gülşənin doğuşdan sonra necə arıqlamasının sirri
Dadlı halva (foto resept)
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Yeni instagram trendi: makiyaj yoxsa təbii gözəllik
Beyza Şekerci oğlunun FOTOsunu paylaşdı
Mübariz İbrahimovu bundan sonra belə görəcəksiniz
Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
DİQQƏT: Bu, siqaret qədər zərərlidir
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Rəsmi Bakıdan Yahoo-ya etiraz
BASDIRMA (foto resept)
HAVA necə olacaq?
2012-nin gəlinlik tac və aksessuarları
Günün qoroskopu:Hisslərinizə uymayın!
Uşaqlarınızı hovuzda qorumağın yolları
Xəyallarımızdakı evlər
"Mourinyo futbol üçün böyük təhlükədir"
Bir binanın üzərində Parisin 750 illik tarixi
Hər kəs bu qızdan danışır-SƏBƏB/FOTO
Xallı geyim nümunələri
HAVA necə olacaq?
Çempionlar Liqasında rekordlar mövsümü...
Pomidorun qiyməti kəskin ucuzlaşdı
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Maraqlı ixtiralar
FİFA Messini seçdi
Leydi Qaqanın tərzi
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Hava haqqında - 21.09.2013
Hadise bacısı ilə barışdı-FOTO
Ağcaqanad yarası üçün məlhəm
Xarab lampaları necə istifadə etməli?
Bu günün hava proqnozu
Soyuq havalarda izləyə biləcəyiniz 5 film
Uşaq ayaqqabıları
3 nəfər bir uşaq dünyaya gətirəcək
Azərbaycan tarixindən yüz şəxsiyyət-5
- ŞƏRHLƏR