Bu gecə yuxuma gəlmişdi anam
gözlərimdən öpürdü
saçımı tumarlayırdı
dedim ki, anacan
o dünyadan bizə bir çimdik ədalət göndər
bir tumar da xoşbəxtlik
güldü xəfifcə
dedi ki, oğlum...
mən xoşbəxt oldum o güləndə...
getmə,
sənə bir sualım var:
görəsən Allah da mı ağlayır uşaqlar öləndə?!
budur, sevgilim, eşidirsən güllə səslərini?
qorxuram
qucaqla məni
axx, yenə savaşlar başladı
başladı
biz hardayıq?
bura Allahın yaratdığı dünya deyil
başqadı
burda gülmək də
gülmək də yasaq!
dərdlərini sevgili kimi bağrına basıb
için-için ağlamaq da yasaq!
sən də, heey!
Sən də - ay əlindən topu alınan uşaq,
ağlama!
Qalanlar gedənləri bir ömürlük sükutla andıqca
gecələr zülmət-zülmət, gecə-gecə uzandıqca
eşidərsən ki, Tanrı söylər, Tanrı söylər:
səmanın çatılan qaşlarına - qaraqabaq buludlara and olsun
ki, yerdən narazıdır göylər.
heç olmasa, sevgilim, heç olmasa cocuqların göz yaşları
susuz sərçələri doyursa
heç olmasa
cəmi bir dəfə həqiqi bahar təşrif buyursa
kəpənəklər dadı ayaqlarıyla duyursa...
axx, əzizim,
kaş səsinə toxuna bilsəm...
Mənə qalsa doğru deyil bu sükut;
nə vergülü, nə nöqtəsi yerində.
Mənə qalsa...
sən mənə də inanma
mənə qalsa həqiqət əllərində.
Niyə aya toxunmusan, qarbəyaz?
Axı sənə demişdim ki, yasaqdı.
Sən elə bilirdin, asandı getmək?
Niyə susub dayanmısan
nə vaxtdı?!...
Bəlkə min il keçib bu lallığından
bəlkə də ki, dünən olub,
nə bilim...
bəlkə də ki, o kövrək ürəyində
bəlkə nəsə sınan olub, nə bilim?!
Sən susalı, dövran keçib, gün keçib
artıq yoxdu sükutuna xridar;
Mənə qalsa bu sükutlar köhnəlib
İndi yeni əlifbada susurlar.
Dərsliklərdən "sükut dili" ləğv olub
indi hamı necə gəldi susursa...
sənin dilin dəqiq susur,
düz susur
inciməzsən sükutuna toxunsam?!
İndi susmaq dəbə düşüb, əzizim
susmaq dönüb qızıl olub, pul olub.
Sözün varsa pulunu al,
danışma
indi sükut qazanc üçün yol olub.
Sən özün də yorulmusan, bilirəm
səssizlikdən vücudun əldən düşüb
Mənə qalsa...
aman Allah, bu nədir?!
Axx, gözəlim, "sükutuna" dən düşüb?!
Daha bəsdir, sükutunla vidalaş
qoy dilinə çiçək düzək,
gül düzək
gecə düşüb
darıxıram yenə mən
tez bir ovuc cümlə götür, gəl bizə.
Get, qoy yolun açıq olsun
ey hər zülmümə dözənim!
Tərk etmək üçün çırpınan,
bircə bəhanə gəzənim!
Get, qoy yolun açıq olsun
onsuz bir gün getməliydin;
çoxdan qurduğun planı
axır icra etməliydin.
Get, qoy yolun açıq olsun
zorla gözəllik olmaz ki...
...əkdiyin gülü neynəyim?
sən getdin deyə solmaz ki..?
Yadındamı hey deyirdin:
“getsən, boş yerin dolmaz ki”
Ehh, mən də gör nə umuram
bunlar yadında qalmaz ki.
De, necə haqq qazandırdın
hansı kinlə “kəsdin” məni?
hansı səhvimlə unutdun,
hansı suçdan “asdın” məni..?!
Get, bilirəm yük olmuşdum
bu qədər vaxtı mən sənə.
Ömründən üzr istəyirəm
təkrar-təkrar, dönə-dönə.
Get, qoy yolun açıq olsun
ey hər zülmümə dözənim!
Tərk etmək üçün çırpınan,
bircə bəhanə gəzənim!
Kaş ki, sənsizliyə dözə bileydim
yox olub, qəlbinə od vurardım mən;
ölüm öz əlimdə olsaydı, inan
ölərdim, vəfanı sınayardım mən.
Görüm məndən sonra neyləyəcəkdin,
neçə gün yadında qalacaqdım mən?
Neçə gün mənimçün yas tutacaqdın,
neçə gün gözünə “dolacaqdım” mən?
Gözlərin neçə gün arayacaqdı
hər küçə, hər baca tinində məni?
Neçə vaxt ürəyin çırpınacaqdı
şəkildə, yuxuda görəndə məni?
Neçə vaxt diksinib “O!” –deyəcəkdin
evinin qapısı hər döyüldükdə?
Neçə vaxt özündən utanacaqdın
bir anlıq unudub məni, güldükdə?
Cəmi neçə günün gecə olacaq,
cəmi neçə gecə yatmayacaqdın;
Neçə başsağlığı yetəcəkdi ki,
məni yavaş-yavaş unudacaqdın?
Kaş ki, sənsizliyə dözə bileydim
yox olub qəlbinə od vurardım mən;
ölüm öz əlimdə olsaydı, inan
ölərdim, vəfanı sınayardım mən.
İlqar Kamil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rusiyaya daha bir zərbə
Azərbaycan tarixindən yüz şəxsiyyət-1
İki gündür ölkəni silkələyən xəbərə rəsmi açıqlama
Kompüteriniz üçün maraqlı şəkillər
Leyla Əliyeva: "Yubileyin mübarək, ana!"
İspan dili (sınaq)
YouTube Vine və Instagrama rəqib yaradıb
"Avtovağzal" stansiyasında eskalator və travolatorlar quraşdırılır
“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - TARİXİ FAKTLAR
Qeyri adi qaşları olan it – VİDEO
Mehmet Ali Erbildən xəbər var-FOTO
Bu ölkədə elektrik skuterləri qadağan edildi
Zifaf gecəsi
Su çəkini tənzimləyir
Cak Palanikdən yazmaq haqqında 12 qanun
Yeni okean yaranacaq - Alimlərdən XƏBƏRDARLIQ
Cansunun yeni serialı bu tarixdə başlayır
Günün ulduz falı
Sinoptiklərdən müjdə
Cazəbədar gəlinlik modelləri
Xronologiya
"Banklar insanların intihar etmələrinə səbəb olur" - Millət vəkili
Windows 8.1 populyarlaşır
Azərbaycan neftinin qiymətləri: 5-9 may həftəsinin yekunları
İnsan neçə dəfə sevir?
Qadınlar ən çox nəyə pul xərcləyirlər?
Aprel döyüşlərindən başlayan igidlik yolu: Düşmənin canına qorxu salan hərbçimiz qazi oldu - VİDEOREPORTAJ
HAVA necə olacaq? 10 İyul
O neçə gündür ana olub?
Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində yaşayış binalarının dam örtüyü dəyişdirilir
Hava haqqında - 08.02.2014
Kendal narkotik, Kayli isə spirtli içki aludəçisidir
Hər iş yerində olan qadın tipləri
Çinin qəribə adətləri; ruhla evlənmək
Yaş həddi artırıldı - 68
"Asan yolla arıqla" pəhrizi
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Kortni Koks 56 yaşını belə qeyd etdi
Məşhur aktrisa ilk dəfə polis sevgilisi ilə -FOTO
Qəbələdə mürəbbə festivalı keçirilir
Putin Suriyada ABŞ qırıcılarının uçuşunu məhdudlaşdırdı
Qara donla makiyaj necə olmalıdır?
Qadın.Netlilərin müsbət və mənfi cəhətləri (5-ci hissə)
İmmunitet sistemini gücləndirən qidalar
Toxumaq dərsləri-2
Həmkarını lüt şəkilləri ilə hədələyən Təranə: "Çaşanları aşırdıram"
Alen Delon insult keçirtdi-FOTO
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Anar: "Bu yaş daha uzaqlara aparıla bilər"
Hollivud ulduzu İçərişəhərdə
- ŞƏRHLƏR