Günəş batır,
axşam olur
kədər doğur gecəmizə;
Səmada ulduz yerinə dərd görünür,
qəribədir;
qəmmi yağır gecəmizə..?!
Gecə üçün böyük dərddi;
başqasını isitməyə gedir günəş
Bu nə cılız məhəbbətdi,
gecəni tərk edir günəş...?!
Gecə eynən mənim kimi
qəmli, sakit, aram, səssiz
tənha, yalqız,
qəribsəmiş
kövrək, hüzünlü, kimsəsiz.
Bəlkə bu üzdən sevirəm gecəni mən;
o da dərdli, mən də dərdli -
o da kefsiz, mən də kefsiz...
Zaman sabahı qovduqca
gecə zülmətə bürünür,
nə sirdirsə,
qaranlıqda Ulu varlıq
daha da aydın görünür.
Şamım yanır həzin-həzin
gecəm bitmir neçə gündür;
belə tez ərimə,
ey şam!
Gecəm hələ çox uzundur...
İnsan sadəcə inanmaq istəyir bəzən
başını anasının dizinə yaslayıb məsələn,
xəfifcə gözünü yummaq və inanmaq;
başqa heçnə!
Pambıq tıxayır qulaqlarına
eşitmək istəmir acı həqiqətləri, yox,
lazım deyil,
canına qorxu dolmasın;
inanmaq istəyir bildiklərinin doğruluğuna,
gecə gündüz yalvarır: nə olar, ya Rəbb,
heç nə yalan olmasın!
Məsələn,
doğrudan da yiyəsi olsun dünyanın deyillənlər kimi;
sahibsiz olmasın kainat.
Axirət dünyası, növbəti həyat...
demsinlər ki bir gün:
indiyəcən bildikləriniz hamısı - şayiə, illüziya, mövhümat!
Qurd düşməsin bildiklərinə, istəyir insan
yeməsin içindən onu suallar, şübhələr
və daha nələr nələr...
İnanmaq istəyir insan, inanmaq:
nə olar,
yalan olmasın zülmət gecələrin işıqlı səhər vədləri
indi işıqlanmasa da eybi yox, eybi yox
əsas, işıqlanacaq olsun haçansa
şirin vədlər verilsin yenə
dönə-dönə
artıq vaxtı yetməsin yalanların ifşasının;
deməsinlər ki, hər şey yalan idi,
deməsinlər ki, aldadırdıq sizi,
deməsinlər...
biz belə daha hüzurluyuq, bəlkə də heç yalan deyillər
qoy ümidlər ölməsin!
İlqar Kamil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
Günün qoroskopu: gözəl imkanlarınız ola bilər
Bakı avtovağzalının qarşısındakı sürüşmə sahəsi aktivləşdi
2017 gəlinlik modelləri
Bakı ətrafında torpaq neçəyədir?
Dəbli ayaqqabılar
Paraşütçülər Bakı səmasında
Gəlin makiyajı necə olmalıdır?
Xurma alarkən bunlara diqqət edin!
Azərbaycanda milli axtarış sisteminin əsası yaradıldı
İsti su torbalarının zərərləri
"Misket" və "Üzüm poğaça" (foto resept)
Jenifer Lopes və Rihanna Yeni il gecəsi...
Azərbaycanda övladlığa götürülən uşaqların sayı azalıb
10 min hektar ərazi quraqlıqdan qurtulacaq
Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu
Rus dili - Ыы, Ьь, Ъъ
Xəyanətin nə fərqi var?
Türkiyə prezidentinin Qarabağ arzusu
Hamilələr üçün geyimlər
Ən ucuz noutbuk təqdim edildi
“Facebook” pullu olacaq?
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi - RƏSMİ
Orucu düzgün tutmağın qaydaları
Bakıda daha belə ət ala bilməyəcəksiniz
Nazir orta məktəblərdəki kompüterlərin internetə qoşulmamasından danışdı.
Facebook bu il rekord vuracaq
İrəvanın qara sabahı
Taylandın ağ məbədi
Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı - RƏSMİ
Yarımçıq işlərlə necə başa çıxmalı?
Qar adam (özün düzəlt)
Türk Şurası Xocalı soyqırımı ilə bağlı bəyanat verdi
İnsan burnu 1 trilyon qoxunu ayırd edə bilir
Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı
Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!
Möcüzəvi dəqiqələr
"Qığılcım" tortu (foto resept)
Aslı və Murad rəqib oldular-VİDEO
Çox öpüşmənin zərərləri ola bilərmi?
Ərimlə yenidən bir yerdə olmaq istəmirəm (dialoq)
İçi hava ilə dolu konsert
Cüneyt Arkından SON XƏBƏR
"Telekanallar diqqətli olmalıdırlar"
Toxunma uşaq geyimləri
Mayami ABŞ-ın ən bədbəxt şəhəri hesab edilib
Məhkəmə aparatı işçilərinə etik davranış qaydaları ilə bağlı təlimlər keçirilir
Saçlara qulluq
Aqressiv idman maşını
Münasibətdə güclü qadınların xüsusiyyətləri
- ŞƏRHLƏR