Sərçələr büzüşüb sırayla budaqda
hələ çox soyuq var, soyuq var qabaqda?...
Havalar buludlu,
gün çıxmır haçandı
bir ay da ötüşsə
bahara nə qaldı?...
Əlimdə bir ovuc, bir ovuc ümid var
uçurur küləklər
isladır yağışlar...
nə qəşəng soyuqdu,
yoxsa bu tanışdı?
ovcunu aç görüm kibritim alışdı?...
İlahi, bu nədir,
bəyaz qar yağır ki,
Yerlə göy barışdı, barışdı axır ki?...
Əllərim üşüsə gələcəm həvəslə
açarsan donunu
bir çəkim nəfəslə...
Süzürsə göyərçin, durursa səmada
qəfil bir mayallaq vurursa səmada
onundur demək ki,
onundur azadlıq
bəlkə bir...
bəlkə bir oyundur azadlıq?!...
Bilirdin?
Ay ancaq gecələr çıxırmış
çay adlı güzgüdə özünə baxırmış...
Bəs sənə...
mən sənə özümçün baxarsam
gələrsən yanıma,
gələrsən çağırsam?...
Gün çıxdı,
dünyanın əhvalı dəyişdi
Bu günəş dünənki o batan günəşdi?...
Gəmilər qayıtdı,
gəl məni qarşıla
çox qala bilmədim mən sənsiz,
bağışla!...
Xilas olmaq üçün
özünü pəncərəyə çırpan sərçə kimi olarsan bəzən;
sınar qol-qanadın
yorulub əldən düşərsən
vücudunda zərrə qədər də tab olmaz;
səsini başına atıb
boğula-boğula qışqırarsan:
Məni sıxma belə, ey həyat
məndən sənə şərab olmaz!
Dönər başın - dönük çıxan dostların kimi,
qaralar gözlərin
Başını qaldırıb baxarsan ki,
daha mavi deyil göy üzü;
dənizə yağan yağmur kimi olarsan bu zaman;
nəyinə lazımsan ki dənizin...
Fələyin çərxi elə təsr dövran edər ki,
əlindən tikəsi alınan itlərsayaq
üstünə cumar dərdlər;
ard-arda
mırıldaya-mırıldaya...
Ürəyinin atəşini söndürmək yenə səmanın ümidinə qalar,
başını qaldırıb gözlərsən:
ya yağa, ya boş-boş guruldaya...
Bütün sözlərdən küsər,
susarsan birdəfəlik
lap yenicə ölmüş adam kimi olarsan
lal-mat
bircə kəlməlik belə sözün olmaz
Ax, başıdaşlım, ax
Rəbbinlə də elə pozmusan ki, aranı
Ona da dönməyə üzün olmaz!
İlqar Kamil
XƏBƏR LENTİ
Bu gün Od çərşənbəsidir
Damalı ətəklər yenidən dəbdədir!
Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)
Toyuq filesindən qızılgül (foto resept)
İşləyən analar üçün məsləhətlər
Metro ticarətçilərinin aqibəti necə olacaq?
İdmançımız finişə hamıdan tez çatdı
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda boşananların sayı açıqlandı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Portağallı toyuq qızarması (foto resept)
Sevimli şüşə qabımıza yeni görünüş verək
Ermənistanın Bərdəyə raket hücumunun nəticələri – VİDEO
Ayfon həvəskarlarına şad xəbər
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Ən varlı yazıçıların SİYAHISI
Heyvanın inanılmaz faydaları
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
40 gün oldu
Hazal Kayanın yeni tərzi-FOTO
Bəzilər üçün müqəddəs əşya, bəziləri üçünsə adi suvenir
Ərdoğanı helikopterdən vurmaq istədilər
Nur Yerlitaş arıqlayıb belə oldu - FOTO
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Fitovannalar
Pis xəbərlərin faydası da var
50 illik cütlük koronavirusdan öldü
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Münasibətdə 3 böyük xəta
Qız uşaqlarına toxunma paltarlar 2
ABŞ bunu etsə, savaş olacaq
Üzüm mürəbbəsi (foto-resept)
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Çağatay Ulusoy YENİ İMİCDƏ-FOTO
Heidi Klum halloween geyimləri
Obama sərt bəyanat verdi
Saçlar sağlamlığınız haqqında nə deyir?
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Xoruz yumurta toplayan qadını öldürdü
Alişan və Buse sevənlərinin rəğbətini qazandı
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
“Fənərbağça”nın futbolçusunda koronavirus aşkarlandı
Zakir Həsənov: "Düşmən vahimə içindədir"
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Azərbaycan üçün qorxulu proqnoz
Şənbə havası
Ozan Güvən xəstəxanalıq oldu-FOTO
- ŞƏRHLƏR