Sevməzdim
Sevgi boş şeymiş bilmirdim bunu,
Sevərək anladım illər uzunu.
Bilsəydim, yalandır sevgi oyunu
Heç zaman sevməzdim, sevməzdim, gülüm.
Həyat qəribədir, udan da olur,
Hər zaman uduzub qalan da olur,
Bilsəydim, sevgidə yalan da olur,
Heç zaman sevməzdim, sevməzdim, gülüm.
İlk sevgim dəyibdir daşlardan daşa,
Sanki səhnədəyəm, bu bir tamaşa.
Bilsəydim, bu sevgi çatacaq başa
Heç zaman sevməzdim, sevməzdim, gülüm.
Ayrılıq həsrəti
Köçüb getdin,
Neçə ildir görüşmürük biz.
Köküb getdin,
Neçə ildir dərdimizi bölüşmürük.
Elə getdin, heç bilmədim həyatımda nələr oldu,
Sən gedəndən sevinc getdi,
Mənə dərd-sər gələr oldu.
Elə getdin, heç bilmədim, bu həyatda yoxam, varam,
Sən gedəndən ürək deyil, ağrımayır daha haram,
Aramızdan elə bil ki, külək əsdi,
Sən gedəndən yollarımda boran oldu.
Gələmmədim, gəlişimi tufan kəsdi.
Sən gedəndən yollarımı dağıtdılar, uçurdular.
Onsuz da mən gələcəkdim,
Bunu yəqin duyurdular.
Çox istədim sənə gəlim,
Hər gün məni gözlədiyin o yerlərə yenə gəlim.
Səndən ötrü ürəyimin alovlanıb içi yandı,
Hər günüm də. saatım da, saniyəm də səni andı.
Otağımda tək qalarkən hər əşyada sən göründün,
Elə getdin, bir dərd olub saçımda dən-dən göründün.
Sən heç məni düşündünmü mənsiz qalan gecələrdə?
Sən gedəndən bir il kimi uzun olur gecələr də.
Heç bilmədim nələr oldu.
Səndən xəbər gətirən yox,
Mənim sənsiz nə hallara düşdüyümü bircə sənə ötürən yox.
Kaş biləydin, mənim indi sənsiz nələr çəkdiyimi,
Kaş biləydin, neçə ildir səni sənsiz sevdiyimi.
Düşünürəm, hər an belə fikirimdən atammıram,
Yenə yaram təzələndi, gecə keçir yatammıram.
Yəqin sən də yatmamısan.
Sevgilinlə bir yataqda
Belə gözəl mənzərəyə heyran olub lal otaqda
Yəqin sən də yatmamısan .
Coşub daşan ehtiraslar
Unutdurur insanlara hər bir şeyi belə anlar.
Mənim yerimsə çox soyuqdur,
Elə bil ki, otağıma yağıbdı qar.
Sənin yerinsə çox istidi,
Balıncının yarısını isidən var.
Tək, tənhayam yatağımda, yoxam, varam bilən də yox,
Hər yuxudan oyananda birgə salam verən də yox.
Otağımda əşyaları, paltarları toz alıbdı,
Pəncərəmdə o gülləri hey sulardım, indi hamısı saralıbdı.
Arada bir zəng edərdin,
Səhərədək danışardıq.
Küncdə qalıb o telefon, səsi gəlmir, susub artıq.
Telefonum zəng çalanda sevinərdim, deyərdim ki,
Gülüm mənə zəng eləyir.
Sən gedəndən o telefon heç bilmirəm ya işləyir, işləməyir.
Sən gedəndən bu qəlbimin səndən başqa istəyi yox,
Sən gedəndən bu şəhərin elə bil ki, bəzəyi yox.
Hərdən çıxıb tək gəzirəm yavaş-yavaş, aram-aram,
Sənlə gəzən küçələrdən keçən kimi təzələnir yenə yaram.
Sən gedəndən ömrüm tamam viran oldu.
Nə mənası bundan sonra sevilməyin ya sevmənin,
Bu həyatda hər şey mənə yalan oldu.
Nə mənası bundan sonra ağlamağın ya gülməyin,
Onsuz da ki, elə mənə olan oldu.
Nə mənası bundan sonra bilməyin ya bilməməyin,
Atıb getdin.
Nə mənası bundan sonra gəlməyin ya gəlməməyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bir gündə 4,3 milyard dollar itirdi
Həftədə 5 kq arıqlamaq üçün pəhriz
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
Facebook hesabınızı bağlayın
Bu şəxslərə koronavirus peyvəndi vuruldu: “İynə yerində...” - VİDEO
Azərbaycanda daha bir rüsum
Temperatur 40 dərəcəyə çatacaq
"Dünyanın Ən Gözəl Üzü"adının sahibi-FOTO
İlham Əliyev Azərbaycan ictimaiyyətini mübarizəyə çağırır!
Avropaya çatdıq?
Kiyevdə Müstəqillik meydanına 4 min adam aksiya keçirir
Heç indiyə qədər çayın axınına diqqət etmisiniz?
Bütün ölkədə telefon və İnternet kəsildi
"Santa Run" başladı-Hər kəs küçələrdə-FOTO
Nəhəngliyi ilə seçilən 10 gəmi
Bu da Mitsubishi Lancer Evolution X
Bu gün “Son zəng”dir
Yol polisi xəbərdarlıq etdi
Gözəllik üçün maskalar
ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”
Azərbaycanın tanınmış dirijoru vəfat edib
Dünyanın ən güclü parataekvandoçusu at belində Novruzun rəmzi obrazında
Neslihandan Kadirə SURPRİZ
Ekspert rəyi: Pulu haraya yatırmaq sərfəlidir?
Qışda gözlər də üşüyür
Üzdəki məsamələri təmizləyən bal
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Kağız kabab ( foto resept)
Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər
300 illik gəlinlik
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Fotoçərçivələr
Çayla qəhvə içənlər, yetməz!
Ermənistandan antirekord
“Tvitter”dəki bu profillər silinəcək
Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Özünüzü günahlandırmayın!
Çiplərlə bağlı TƏBİB rəsmisindən - Açıqlama
Əlillərə avtomobillər paylandıgh
2018-in trend çantaları
Valideynlərə dəyərli məsləhətlər
İraq İŞİD-ə qarşı ilkə imza atdı
Yer kürəsi üçün TƏHLÜKƏ - Nəhəng asteroid yaxınlaşır
Niyə təkcə Rusiya səfiri döyüş bölgəsinə getdi?
Qorxulu meşədən
Göbələkli-hinduşkalı keks (foto resept)
Şokolad sevənlər bu xəbəri mütləq oxusun
Trend: Toxunma donlar
Canlı yayımda dünyanın ən zəhərli ilanı sancdı - VİDEO
- ŞƏRHLƏR