Elə ki, vuruldum gül camalına,
Eşqini ömrümün mayağı sandım,
Yaxşı ki, yetirdim gözəl halına,
Onu bu sevdanın boyağı sandım.
Həyat coşğun dəniz, biz kiçik ada,
Tufan qərq eyləsə, kim yetər dada?
Dünya başdan-başa cənnət olsa da,
Sənsiz keçən ömrü bayağı sandım.
Tapdama sənsiz saf eşqi, saf məhəbbəti,
Bəlkə də beləymiş tale qisməti.
Şair Zülfüqarın eşqi, qisməti,
Səni yatmış bəxtin oyağı sandım
Ağladım
Gəldim ki, baş çəkim, ay gözəl pəri,
Qıfılı qapıda görüb ağladım.
Bilməm dəli oldum, ya ki, sərsəri,
Çəkib kənarda durub ağladım.
Murdar qonşuların pis nəzərləri,
Yüklədi sinəmə qəmi-kədəri.
Çəkdiyim əzabın yoxdu qədəri
Utanıb lap yerə girib ağladım.
Zülfüqaram ahım ucaldı göyə,
Özümü aldatdım bilmirəm niyə.
Gəldiyim yol ilə dönüb geriyə,
Öz qəm karvanımı sürüb ağladım.
Neyləyim
Bir zaman könlümü ovlayan pəri,
Etmədi dərdimə çarə, neyləyim?
Hər yada saldıqca keçən günləri,
Çəkir sinəm üstə yara, neyləyim?
Görən hara baxır ala gözləri,
Kimlərlə tutuşub söhbət-sözləri?
Ot basıb cığırı, itib izləri,
Yolun salıb uzaqlara neyləyim?
Kövrək ürəyimi döndərib daşa,
Ömür sona yetdi, az qalıb yaşa.
Zülfüqar, huş gedib, cəm olmur başa,
Olmuşam mən günü qara, neyləyim?
Dinlə məni
İnsaf eylə, bir yaxın gəl,
Bax, sinəmin yarasına.
Sən atdığın oxdu, gözəl,
Gör batıbdı harasına?
Huş dağılıb, yığammıram,
Göz yaşımı boğammıram.
İnan, sənsiz sığammıram,
Yerlə göyün arasına.
Nə yatdıq, nə yuxu görək,
Sevməyəydim səni gərək.
Paralanıb sevən ürək,
Tuş gəlirsən parasına.
Zülfüqara düçar oldun,
Qıfılına açar oldun.
Bağlı qoyub, qaçar oldun,
Çatammadı Sarasına.
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İnternetdə də polis olacaq
Möcüzəvi minerallar - 2
Mənim əl işlərim
Cehizlik yataq dəsti və yataq örtükləri
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Onu özünə aşiq et
Dərsliklərin monitorinqində yeniliklər olacaq
Məşhur aktyor 10 illik evliliyini bitirdi-SƏBƏB/FOTO
Ronaldodan anasına bahalı hədiyyə - FOTO
Şirkətimiz reytinqdə birincidir
Yanlış pəhrizlər sağlamlıq üçün təhlükəlidir
Qaraçı şnitzeli (foto resept)
Koronavirusdan qorunmaq üçün bunları edin
Fincanlar
Günün ulduz falı
Böyük çillə başladı
Məhkəmə təxirə salındı
Su yoqasının faydaları
Cəbhədə partlayış: yaralı hərbçilər var
Hava haqqında
Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)
Məzəli portağal
"Facebook"da kim nəyi "bəyən"ir?
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Günün qoroskopu: Səhhətinizə nəzarət edin!
BÜRCLƏR bizə nə vəd edir? - 23 APREL
Mətbəx mebelləri
Hadisenin kürkü QALMAQAL yaratdı-FOTO
Ərəblər İŞİD-ə qarşı ittifaq yaratdılar
Azərbaycanlı şagird dünya çempionu oldu
Bakılıları xəstə edən küy
Mazda-dan yenilik var
Bakının hərbi hissələrində yenilik
Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
Rihannanın geyim brendi “Emmy” mükafatına namizəd olub - FOTO
Bütün dünya bu TOYdan danışır-FOTO
"Bunun qarşısını ala bilməyəcəyik"
Acundan Hadisəni utandıran sual - VİDEO
20 il müstəmləkəçiliyə qarşı mübarizə aparmış Qaçaq Nəbinin kəndi də işğaldan azad edildi
Ən sevdiyim paltarlar və ya paltar növləri
Budurmu sevgi?
Demet Akalın Tuba Ünsal arasında qalmaqal-FOTO
Dünyanın ən cazibədar qadını seçildi
Qadın bezlərinin reklamına razısınızmı?
Nə qədər adam geri zəkalıdır?
Top 10- ən zərif qadın əşyası
Şərbətli badam şirniyyatı (foto-resept)
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
Məşhur aktyor öldü-FOTO
- ŞƏRHLƏR