Bənzəyir
Gah dolub, gah da ki, boşalan dünya
Enişli, yoxuşlu yola bənzəyir.
Cəlladtək ürəyi daş olan dünya,
Qayalar uçuran selə bənzəyir.
İnsan var, həyatda xoş günlər görür.
İnsan var, qəm, hicran karvanı sürür.
Kim ölür, kimisi dünyaya gəlir,
Ömür də dövr edən ilə bənzəyir.
Bu fani dünyanın boran, qarı var,
Tərlan oylağında yatan sarı var.
Qəm adlı keçilməz daş hasarı var,
İki quyruqludu, filə bənzəyir.
Zülfüqaram, yandım, sönə bilmədim.
Karvanım köç etdi, dönə bilmədim.
Nə də haray salıb dinə bilmədim,
Kəm bəxtim lal olmuş dilə bənzəyir.
Gözlə sən
Ovun əldən gedər, bərən boş qalar,
Tərlan oylağında sarı gözləsən.
Ərənlər dövrəndə yurd, yuva salar,
Namusu, qeyrəti, arı gözləsən.
Nadanın, nakəsin yurdu dağılar,
Çeşmələri susuzlaşar, soğular.
Üzəmməyən dayazda da boğular,
Qəvvaz olub gur axarı gözlə sən.
Xoş arzu, diləyin axsa qanından,
Çəkdiyibən əzablar çıxar canından.
Bezməzsən ömürün heç bir anından
Bağbantək bağ salıb barı gözləsən.
Zülfüqar, kimlərə sinəni gərdin,
Sel getdi, yerindən qəm, hicran dərdin.
İnan ki, hər işin sonun görərdin
Baxmasan çox şeyə, yarı gözlə sən.
Qorxulu düymələr
"1961-ci ildə N.S.Xruşovla ABŞ-ın prezidenti
Kennedinin mübahisələri az qala ki,
atom silahlara əl atmaqla gətirib
dünya müharibəsinə çıxarmışdı.
O münasibətlə yazılıb."
Dünyanın özütək böyük dərdi var.
Onun dərdlərini düşünən varmı?
Bir deyin, ay müdrik, aqil insanlar,
Gözəl təbiətə qıymaq olarmı?
Deyin, kimə gərək bu ahı-vaylar?
Yoldan azanları yola gətirin.
Hansı bir barmaqsa düyməni basar,
Qorxunc düymələri tamam götürün.
Qırmayın qeybətin sözdə dünyanın,
Ağlayan da bizik, gülən də bizik.
Bu dünya bizimdi, biz də dünyanın
Yaşayıb, ömr edib, ölən də bizik.
Müəllif: Zülfüqarov Zülfüqar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dəyərsiz bildiyiniz köhnə telefonların tərkibində qızıl var
Arılar zamanı geri qaytara bilirlərmi?
Notr-Damın damında bağ salına bilər
II və III ixtisas qruplarına qəbul imtahanının nəticələri elan edilib
Sen Qallen rahibinin əsərindən 1-ci hissə
Heyvansevərlər üçün filmlər
Şahzadə Çarlzın Diana haqqında dedikləri ilə hər kəsi heyrətləndirdi-FOTO
Emmy mükafatı: Qırmızı xalça
Doğum gününə görə xarekter (mart)
HAVA necə olacaq?
MN-dən erməni nazirə cavab
Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri: “Erməni qabağımızdan qaçırdı” - VİDEO
Dəniz suyunun ekosistemə təsiri
Şeyma Subaşı İbizada-FOTO
Azərbaycanlı gənclər "Yetənək Sizsiniz"də gecəyə damğa vurdular - Münsiflər mat qaldılar - VİDEO
Temperatur 45 dərəcəyə çatacaq-Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Çindən koronavirusla bağlı SENSASİON ADDIM-Gizli sənədlər üzə çıxdı
Məktəblilər pulsuz, isti yeməklə təmin ediləcəklər
Günün qoroskopu: Bədxərclik etməyin!
Arda Ankarada törədilən terrorla bağlı dünya liderlərinə səsləndi
Düyü suyunun saçlara inanılmaz faydası
Demet Akalın təhqir olundu-FOTO
Övladımıza cinsi təhsili nə vaxt verməliyik?
Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ
Məşhur aktrisa “Eşkiya dünyaya hükümdar olmaz”da
Kolleclərin ixtisas seçimi başa çatır
Saç broşu düzəldək
Ramazanın 26-cı gününün duası
Qadın.net ulduzlarının tarixi kökləri (I hissə)
Sabahdan 40% bahalaşma
Şahbaz: Qızıma yaxşı baxın
Klip çəkirdi intihar etdi-VİDEO
Koronavirus xəstəxanada ən çox bu otaqdan yayılır
Xaçmazda zəlzələ baş verib
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Uşaqlarda uzun müddət davam edən öskürək
Süni intellekt bazarı böyüyəcək
Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar
Beyin gücünü artıran qidalar
Maraqlı şəkillər...
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Məktəblilərə 17 min ağıllı saat paylandı
Aksesuar seçimi necə olmalıdır?
Biskvitli "Tiramisu"tortu(foto resept)
Bakıda inanılmaz ucuzlaşma
Şəhidlərin məzarları fərqli olacaq
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi ilin sonunadək davam edəcək - AÇIQLAMA
Sadə salat (foto resept)
"Qarabağda müharibə istənilən an başlaya bilər"
- ŞƏRHLƏR