Qəlbimin səsi
Nəsibim olmayıb ata sözünü,
Ömrümdə dilimə gətirməmişəm.
Gördükcə saldığı gözəl izini,
Sanıram atamı itirməmişəm.
Öz əqlim əlim olubdu çıraq,
Həm pisdən, yaxşıdan tutmuşam soraq.
Aqil insanlardan mən dərs alaraq,
Nadandan nəsihət götürməmişəm.
Zatına layiqdi hər kəsin adı,
Seçmədim qohumu, tanışı, yadı.
Niyə arzularım mənim olmadı?
Mən ki, qanqal əkib bitirməmişəm.
Adım Zülfüqardı, bəllidi könlüm,
İnanma büdrəyim, əyilim, çöküm.
Halaldı bazarım, gövhərdi yüküm,
Əl atıb haramı götürməmişəm.
Yaşanmış ömür
Ömrün yarpaqları yaman saralıb,
Külək əsməsə də, töküləcəkdir.
Qocalıq əbası nə günə qalıb?
Bircə sapın çəksən, söküləcəkdi.
Başa qaxınc olduq, ömürə yamaq,
Mümkünmü günahı günahla yumaq?
Yağı qurtarıbsa, neyləsin çıraq,
Get-gedə şöləsi çəkiləcəkdir.
O ki, geri alır verdiyi canı,
Nəyimı gərəkdi şöhrəti, şanı.
İnsan dərk edin sirli cahanı,
Zəmisi biçilib əkiləcəkdi.
Zülfüqar, arzu, kam yetməyir sona,
Hər addım dəyişir, baş qoşma ona.
Ömür dedikləri möhtəşəm bina
Vaxt tamam olanda söküləcəkdir.
Olur
Yaxşı, yaman üzbəüzə gələndə,
Pis işlərin səbəbkarı xar olur.
Tutduğu işləri hamı biləndə
Dil topuq çalsa da, qulaq kar olur.
Tərlan könül zirvələrə ucalar,
Aqil olan müdrikləşər, qocalar.
Qurum basar, çəkməz əyri bacalar,
Xarabalar bayquşlara yar olur.
İnsan var, ölsə də, xəyala gəlir,
Onları yad edən ürək dincəlir.
Nadan öləndə də nadantək ölür,
Gedən gedir, qalanlara ar olur.
Öyüd götür, etdiyini ara sən,
Xeyir, şərdən uzaq qaçma yara sən.
Yaxşı ol ki, yaxşılıq da görəsən,
Bar verən ağacda meyvə bar olur.
Zülfüqar, ayıq ol, düşmə kəməndə,
Dərd var ki, zərbinə dözməyir bəndə.
Qurdlar ova çıxır dumanda, çəndə,
Gizli iş tutanlar canavar olur.
Müəllif: Zülfüqarov Zülfüqar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ən bahalı yataq dəsti
Qadın.Net-li qızların sevgi yolu (2)
"Miss Uruqvay-2006" müəmmalı şəkildə öldü-FOTO
Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul etdi
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Erkən menstruasiyanın səbəbləri
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Peyvənd edilməyən uşaqları nə gözləyir?
Bunlar kişilər üçün zərərlidir
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Cəfəri suyunun faydaları
Ruhumuzun qidası
HAVA necə olacaq?-13 Sentyabr
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Göz oxşayan gəlinliklər
Bank islahatı bizə nə vəd edir?
Dəbli qalstuklar
Gəlinlər qədər gözəl olan tortlar
Yenə boşluq, yenə problem
Məşhur aktyora 17 illik həbs cəzası
Nigeriyada məscid partladıldı: 64 ölü, 126 yaralı
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Qədim İspan şəhərində gəzinti
Uşağın cinsiyyəti kimdən asılıdır?
Harri Meqan Markılın ad gününə nə hədiyyə etdi?
Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO
Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi
İkinci nəsil Citroen
Obama Ərdoğana başsağlığı verdi
Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır
Noutbuk alanlar artır
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
4 400 il yaşı olan qadın skeleti tapılıb
İtalyan keksi (foto resept)
Ən isti ili yola salırıq
Saç tökülməsinin qarşısını alan qidalar
Qiyməli qarabaşaq (foto resept)
İtkin qardaşlar 7 ildən sonra Həcdə görüşdü-VİDEO
İranın Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi cəzalandırıldı
Louise Ebel
Uşaqların zövqləri
"Yadplanetlilər" peyda oldu - NASA aydınlıq gətirdi
Vanna otaqları
Uşaqlarda vitamin çatışmazlığı əlamətləri
Ərik dolması (foto resept)
Orduya dəstək mitinqi yoluxma sayını artırıb? - RƏSMİ AÇIQLAMA
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Bakıya yağış, rayonlara qar yağacaq
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
Bu da yeni Subaru
- ŞƏRHLƏR