Kimsəsiz insan
Ay kimsəsiz insan, soyuq məzarda,
Od-ocaq da yoxdu, necə yatırsan?
Beş arşın kəfənə boranda, qarda,
Bürünüb, hey gündüz-gecə yatırsan.
Hanı ürəyində yuva salanlar?
Qoynunda qıvrılıb yatır ilanlar.
Ayağın altında qurban olanlar
Qoymayıb məzarda baca, yatırsan.
Zülfüqar, vaxt gələr itər məzarın,
Kimsə bilməz nəydi dərdin-azarın.
Gen dünyaya bir də düşməz güzarın,
Özünü salmayıb gücə yatırsan.
1993
Nəyə gərək?
İnsan nədir? Təbiətin bəzəyi,
Ömür nədir? Kələflərin çözəyi.
Məhəbbətdi bu dünyanın özəyi,
Şənlik olan yerdə vay nəyə gərək?
Tale nədir? Ömürlərin dəstəyi.
Arzu nədir? Ürəklərin istəyi.
Nə borc aldıq, borc veririk bəs nəyi?
Dəllal bazarından pay nəyə gərək?
Dövran nədi? Əvvəli yox, sonu yox,
Dərd əhlinin gecəsi yox, günü yox.
Fikir nədi? Bəzəyi çox, donu yox,
Alınıb-satılsa, say nəyə gərək?
Zaman nədi? Bilən varmı, görəsən?
Yazılanı silən varmı, görəsən?
O dünyadan gələn varmı, görəsən?
Ömür qışsa, bahar, yay nəyə gərək?
Fələk neylər yol-ərkanı azana,
Şah deməzlər qapı-qapı gəzənə.
Sobalara sığışmayan qazana
Zülfüqar, özün de, tay nəyə gərək?
Bəs niyə?
Dünyada eyni cür yaranan insan,
Köçəndə cürbəcür köçür, bəs niyə?
Vaxt tamam olanda alim, ya nadan
Ölüm şərbətini içir bəs niyə?
İnsan var, dilucu rəhmət deyərlər,
İnsan var, önündə hey baş əyərlər.
İnsan var, qəbrinə baxıb söyərlər,
Əcəl yaxşıları seçir bəs niyə?
Fələyin fırlanan çarxı dayanmaz,
Əcəl kürsüsündə yatan oyanmaz.
Zülfüqar, qanmazlar onsuz da qanmaz,
Ağac suyu kökdən içir, bəs niyə?
1987
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpəniz də musiqi dinləsin
Hovuzdakı mikroblardan qorunmağın yolları
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
E vitamini hansı qidalarda var?
Müəllimlərin nəzərinə: Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı
O, yeni fenomendir
McDonaldsa şok! Filiallar bağlanır
Sinoptiklərdən xəbərdarlıq: hava çönəcək
İran "soyqırımı" inkar etdi
Psixoloqların NƏZƏRİNƏ: Dekabr ayında...
Hələ bu cür ad olmamışdı-FOTO
Moda şousu dağlarda, körpü üzərində oldu
Sabah hava necə olacaq?
Daxilimizdəki dünyalar
Suyun sirləri
Mavi almaz rekord qiymətə satışda
Uşaq otaqları üçün saatlar
Rusiyanın məşhur verilişi Bakıda çəkildi
Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR
Siqaret və spirtli içkinin arıqlamaq istəyənlərə ziyanı.
Corabla yatmağın ziyanları
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 500 gün qalıb
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb - FOTO
Vintage stildə geyimlər
COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açıqlanacaq - TƏBİB
Lavaş içi salat (foto resept)
Qaz olmayacaq - SİYAHI
Bakıda güclü partlayış
Mart ayının qalibləri!
Ərdoğan ağlatdı
Hər kəs bu cütlükdən danışır-FOTO
Şokoladlı albalı(foto resept)
ANAMA-nın əməkdaşı işğaldan azad edilmiş rayonda minaya düşdü - RƏSMİ
Yuxusuzluq da stresə səbəb olur
Yeni texnologiyalar dövrü gəlir
Culia Robertsdən yay fotosessiyası
Cavan olmam bir də mən?
Ölkədaxili Qatar Biletləri ilə bağlı YENİLİK- Bu gündən...
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Küveytdə silsilə tədbirlər keçirilir
Məşhur modelin görüntüsü izləyiciləri heyran qoydu - FOTO
Baş ağrıları ilə həkimə gəldi: Beynindən Qurd Çıxdı-FOTO
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
Bananlı tort (foto resept)
Beyni necə sakitləşdirmək olar?
Model 1,5 milyon dollarlıq hədiyyəsini paylaşdı-FOTO
Saç kəpəyinin yaranma səbəbi (2)
Koronavirus insanı belə öldürür: ABŞ alimlərinin əldə etdiyi - Şok video
Yeni sosial şəbəkə yaradıldı
Qeyri-adi qab-qacaqlar
- ŞƏRHLƏR