Nə yazım
Məhəbbətdən, kədər-qəmdən
Heç bilmirəm nədən yazım.
Dünya daha bezdi məndən
İndi kimə quyu qazım.
İki üzlüdən yoldaş olmaz
Salmamışam ona meyil.
Yalan yazsam düzgün çıxmaz
Yaltaqlıq da mənlik deyil.
Qaranı ağ, ağı qara
Yazsam aləm gülər mənə.
Doğru söz də vurur yara
Salır ürəyi qəmə.
Nədən yazım bəs onda mən
Beynimə bir fikir gəlmir.
Mavi dəniz yaşıl çəmən
Gözüm görür, əlim dərmir.
İndi bildim, bir bel alım
Toxum səpim, ağac əkim.
Bir işgüzar bağban olum
Şairlikdən ta əl çəkim.
23 avqust 2009
Ömrümə payız gəlir
Solur əlvan güllərim
Quruyur xoş günlərim
Xəzan olub çöllərim-
Ömrümə payız gəlir.
Bahar idim gümanca
Çox aldandım yamanca.
Bilməz idim zamanca
Ömrümə payız gəlir.
Sevincimdən uçuram
Dünyaya nur saçıram.
Dərd əlindən qaçıram
Ömrümə payız gəlir.
Hey üşüyür ürəyim
Buz bağlayır kürəyim.
Bumu mənim gərəyim?
Ömrümə payız gəlir.
Bahar məndən dönüb getdi
Bəlkə də bax, qəsdən etdi.
Elə getdi, gözdən itdi
Ömrümə payız gəlir.
27 avqust 2009
Acıqlıyam, dünya, sənə
Qatı ömrü durultmusan,
Çiçək kimi qurutmusan,
Hansı qəlbi ovutmusan,
Acıqlıyam, dünya, sənə.
Məni saldın tələyə
Bir bax bunda kələyə.
Gün qarışdı küləyə
Acıqlıyam, dünya, sənə.
Süfrə açdım qonaq oldun
Balı tamam yedin doydun,
Mənə isə zəhər qoydun
Acıqlıyam, dünya, sənə.
Eşqə baxan üzüm yoxdu
Daha sənə sözüm yoxdu,
İnan görən gözüm yoxdu
Acıqlıyam, dünya, sənə.
Məni məndən alıb getdin
Qəhər içrə salıb getdin,
Özün eşqə dalıb getdin
Acıqlıyam, dünya, sənə.
14 iyun 2009
Elvin Mütaliboğlu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ərdoğandan ermənilərə sillə
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Azərbaycan neftinin qiyməti dəyişdi
Azərbaycan və İraq İKT sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar
Aişvariya Rai və qızı da koronavirusa yoluxdu-FOTO
Orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şagirdlərin nəzərinə!
Cennifer Eniston İtaliyada dincəlir-FOTO
HAVA necə olacaq?- 11 MART
"Qırmızı Şeytanlar" tarixində ilk dəfə "üçlüy"ə düşə bilmədilər
LG yeni smartfonunu göstərəcək
Bananlı bulka(foto resept)
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Eliksirlə 10 yaş cavanlaş!
HAVA necə olacaq?-5 dekabr
Çatlaq izlərinin çarəsi kartof
Sabahın HAVASI
Palazzo şalvar modelləri
Bədənin siqnal verdiyini göstərən hallar
Kələm salatı (foto resept)
Lotereyada 156 milyon dollar uddu
Təzə il geyimləri
Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
Onlar çoxalmaq üçün insan qanını içirlər
Visente Del Boske qələbələrini xəstə oğluna həsr edir
Naomi koronavirusdan qorunmaq üçün bu yola əl atdı - FOTO
Şaftalı pirojnası (foto-resept)
NATO-dan “Qarabağı Azərbaycana qaytar” tələbi
DYP rayona getmək istəyənlərə MÜRACİƏT ETDİ
Tibb işçiləri hansı xəstəxanalarda koronavirusa yoluxublar? - AÇIQLAMA
Fahriye Evcen Şərtlərini Açıqladı
Aslılıq yaradan qidalar
Saakaşvilinin pasportu əlindən alındı
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Con Kerri: "Bu mənim son dayanacağımdır"
HAVA necə olacaq?
Stounhenc
Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ
Super ərzaq
HAVA necə olacaq? 18 İyun
"Qalatasaray"da nə baş verir?
Azərbaycanda 4 kənddə işləyənlərin maaşları artırıldı
Pomidor şorbası (foto resept)
Türkiyə parlamenti Minsk qrupunu tənqid etdi
Kartoflu, balıqlı toplar (foto resept)
Şəhriyarın məqbərəsi qəzalı vəziyyətdədir
İremin makiyajsız halı hər kəsi təəccübləndirdi-VİDEO
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Obamadan bəd xəbər
Jurnalistlərə şad xəbər
Yemək seçən uşağınızı yola gətirin
- ŞƏRHLƏR