Bakıda hava 10°
USD AZN
EUR AZN
14:48Ayla Ayla qizlar necəsiz Survivora kim baxdı? səhərə kimi ağladım e 09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41423

İyirminci əsrin fevral axşamı

İyirminci əsrin fevral axşamı

İyirminci əsrin fevral axşamı

Göylərdə sönmüşdü, göylərin şamı...

Günəş ağırlaşıb, göyə qalxammır,

Ay donub, ulduzlar yerə baxammır,

Sabit səyyarələr, parlaq ulduzlar,

Çəkilib göylərin yeddi qatına...

O, yelkən qanadlı pəmbə buludlar,

Atlanıb, kükrəyən köhlən atına.

Çəkilib göylərin yeddi qatına.

Göyün də, yerin də səbri daralıb,

Qara bulud kimi rəngi qaralıb...

Əsən qara yellər, qopan küləklər,

Yəhərsiz, yüyənsiz köhlən çapırlar.

Min tufan qoparıb, yoldan sapırlar,

Yalquzaq qurd kimi ulayır rüzgar.

Yollarda, izlərdə buz bağlayıb qar,

Gecənin ilan tək uzanıb dili.

Qar, boran, şaxta buz...hava sazaqdır,

Axı, kim bilirdi Xocalı eli

Bir azdan odlara qalancaqdır.

İyirminci əsrin fevral axşamı

Faşist pusqudadır... topla, tüfənglə

Hücuma başlayır əsən küləklə!..

Qədim Qarabağı daşnaq yandırır!

Külək tüğyan edir, alovlandırır!

Tanqlar uğuldayır, toplar dil açır!..

İnsanlar ölümdən-itimdən qaçır...

Yanır od içində böyük bir bəşər,

Azəri yurduna "qalib gəlir" şər!

Nə göydən kömək var, nə yerdən haray,

Qara buludlardan don geyibdir ay.

Görəsən hardadır dünyanın gözü?!

Silinsin qanundan "ədalət" sözü

Bu böyük dünyanın gözü önündə,

Başlayıb qırğınlar, ucuz ölüm də...

Torpağın köksündə dağ boyda bir dağ

Qəhrəman Xankəndi, qədim Qarabağ.

İyirminci əsrin fevral axşamı

Yanır od içində bu böyük bəşər,

Haqqa qalib gəlir, zəfər çalır şər.

Bu necə fırtına, bu necə səddir,

İnsanlar yer üstə cəsəd- cəsəddir!

Xocalı yurduna bu qiyamətdə!

Yağış tək hər yandan mərmi tökülür,

Milyonlar əzilir, insanlar ölür.

Çeynənir tanqların sepləri altda!

Bilmir ki, neyləsin qəhrəman şəhər,

Açılma ey sabah, doğma ey səhər.

Ağaclar dimdikdir dar ağacı tək,

İnsanlar asılır "dar" ağacından

Qaçanın döşündən basırdı külək,

Xəstələr ölürdü yolda acından

Boranda, şaxtada, qarda, sazaqda

Qaçhaqaç düşübdür bu dar ayaqda. 

İyirminci əsrin fevral axşamı

Dağ-dərə uzunu el ələnirdi..

Rak oğlu erməni durub qabaqda

Böyük də, kiçik də, körpə uşaq da

Hədəfə alınıb güllələnirdi...

Bu böyük dünyanın gözü önündə

Bu fitnə övladı, o şər oğlu şər

Cəlladlar min hiylə, tələ qururdu

Qədim Qarabağı oda vururdu,

Yanır od içində bir böyük bəşər!

Erməni! əzəldən xaindir bu ad,

Basqınçı, işğalçı, talançı, cəllad

O faşist, o daşnaq, o şər oğlunu

Yüz illər xalqımız duymamış heyhat!

Neçə qız- gəlini dağdan atdılar.

Neçə nər oğlunu oda çatdılar

Bu qanlı faciə yaddan çıxarmı?!

Alova atılan oddan çıxarmı?!

Neçə igidləri əsir aldılar.

Qaranlıq zindana tutub saldılar,

Onların üzləri, əlləri də qan,

Baxırlar dar gözlü kor barmaqlıqdan.

Baxırlar Vətənə köks ötürürlər

Nizə kipriyiylə od götürürlər.

Əzaba zindanda dözsə də onlar,

Neçə ixtiyarın, ağ birçəklərin,

Qızılgül nəfəsli al çiçəklərin.

Qoparıb çiynindən başın üzdülər,

O, məğrur, qəhrəman, mərd oğulların.

İyirminci əsrin fevral axşamı

Cərgəylə divara, daşa düzdülər.

Daş kimi binaya, evə hördülər,

Efirdən, ekrandan bunu gördülər,

"Loğman" bıçağıyla, "Cərrah" əliylə

Baş kəsən cəlladlar əsirlərimizin,

Bədən üzvlərini ayırır bir- bir.

Satdığa qoyulur ürəkləri də,

Başı da, beyni də, böyrəkləri də

Qatı ermənidir satıcılar da

Quduzdan törənmiş alıcılar da!..

Xəyaldan ayrılıb deyirəm görən,

Bizim bu dünyanın divanı varmı?!

Bu qəmli tarixi, qəmli tarixi,

Bizim bu nəsillər heç unudarmı?!

İyirminci əsrin fevral axşamı,

Göylərdə sönmüşdü göylərin şamı!..

Dünya dəyişirdi, tarix dönürdü,

Göylərin altında millət sönürdü!

Tarix dəyandımı, durdumu zaman?! 

İyirminci əsrin fevral axşamı

Hanı Qoç Koroğlu, hanı Qazan xan?

Hanı Bamsı Beyrək, o tunc qəhrəman?!

İşğalçı düşmənə verməyə aman,

Rüstəm- zal pəhləvan, Xətai hanı?!

Heyrətə gətirə bütün dünyanı

Dağlar da titrəyə qılınc səsindən,

Yerlər də püskürə od nəfəsindən.

Düşmən tülküləşə hayqıran kimi

Dağıda zəlzələ, sel qıran kimi!

Hanı Babək kimi qılınc çalanlar?!

Hanı qalxan tutub, yay-ox atanlar,

Hanı at belinə quş tək yatanlar?!

Hanı Dəli Domrul, o dəliqanlar?!

Hanı Cavad xanlar, Fətəli xanlar?!

Çəkə qılıncını qeylü- qal sala,

Düşməndən intiqam, qana- qan ala!

O, fateh, qəhrəman, məğrur, oğullar,

Azəri yurdunun torpaqlarından

Yamyaşıl otlar tək göyərəcəklər,

Yerdən də , göydən də doğulacaqlar

Azəri yurdunun mərd əlləriylə

Daşnaqlar yerində boğulacaqlar,

Donuzlar yurdumdan qovulacaqlar.

Tofiq Saleh

Səslərin sayı: 6
27
2848
Şərhlər
Offline
Qəribə
Allah rehmet etsin Xocalı soyqırımında olenlere…
14 yanvar 2015 11:38
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Deniz N-va
Ay olulere baxanda hem yaziqim gelir aglayiram cray hem esebimden aqlayiram request hem de bir az qorxuram angry Allahim ozu belalarini versin xalqimimizin qani yerde qalmiyacak ireful
19 may 2014 18:51
Offline
S
Allah cezalarini verecek gec tez qanlar yerde qalmayacaq insallah iwgal altinda qalan torpaqlarimizda alinacaq allahin komekliyi ile
20 mart 2014 22:27
Offline
Narin...
Allah bütün şəhidlərə rəhmət eləsin. Allah lənət eləsin torpaqlarımızı işğal edib bu qədər günahsız insanları evsiz-eşiksiz yurdsuz-yuvasız böyüksüz qoyanlara, Allah lənət eləsin körpə balaların canına qıyıb qeyrətdən danışanlara, Allah lənət eləsin qocaların, cavanlrın canlarına qıyanlara, Allah lənət eləsin şeytandan seçilməyən ermənilərə. Çox sağ ol Dəniz give_ros
28 fevral 2014 13:44
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
♥Selena♥
Dünən televizorda göstərirdilər, necə də dəhşətli səhnələr idi, baxdıqca ağladım. Bütün bu vəhşilikləri edənlər insan ola bilməz, heç heyvan da belə susamır insan qanına. Bu cür acımasızlığı edənin gərək ürəyi olmasın. recourse Mərhəmət hiss, Allah qorxusu olmayıb onlarda. O qanlı əllər öz boğazlarına dolanacaq bir gün. Lənət olsun onlara.

Allah bütün ölənlərimizə, şəhidlərimizə rəhmət etsin. Amin!
Təşəkkürlər, Dəniz.
27 fevral 2014 17:33
Offline
Seninle Bir Omur
ALLAH həmişə mazlumun və haqlının yanındadir. Bizimsə tək vəzifəmiz QAN YADDAŞIMIZI UNUTMAMAQDIR ALLAH BÜTÜN ŞƏHİDLƏRƏ RƏHMƏT ETSİN
27 fevral 2014 15:48
Offline
Aysel İ.
Allah ermənilərədə onların burdakı havadarlarınada lənət eləsin hamısının kökü kəsilsin

Amin Fatma xanım, içimizdə olan satqınları da yaddan çıxarmayaq.
Dəniz84,-çooooooooooooooooooox sag ol bu şeri bölüşdüyün üçün bacım,əsasən də tək 1 günlə kifayətlənməyib,soyqırımın səhərisi də yaddaşlarə yenilədi bu şer...

Sən də sağ ol canım. Bu mənim borcumdur.
Gün gələcək erməni və rus cəlladları da cavab verməli olacaqlar.

22 ildir ki, biz burda Qarabağ orda gözləyirik. Artıq ümidimiz və inamımız tükənib(
27 fevral 2014 15:42
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ruhəngiz
Kövrəlməmək mümkün deyil bacım.Şeirlərə görə çox sağ ol.ALLAH Xocalı soyqırımında şəhid olanlara rəhmət eləsin.ALLAH hər şeydən agahdır.Gün gələcək erməni və rus cəlladları da cavab verməli olacaqlar.
27 fevral 2014 11:01
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
GülnaR
Dəniz84,-çooooooooooooooooooox sag ol bu şeri bölüşdüyün üçün bacım,əsasən də tək 1 günlə kifayətlənməyib,soyqırımın səhərisi də yaddaşlarə yenilədi bu şer...

Bu sözlər bir erməni namərdinin fəxr edərək söylədiyi sözlərdir. Bu namərd elə bilir ki, körpə uşaqlara qarşı etdiyi bu vəhşilik bir kişi üçün fəxr edilə biləcək hərəkətdir. Namərd!
-hardasa 1 rus araşdırmaçının kəlamlarını oxumuşdum,heyifki indi tapa bilmirəm,orda deyirdiki-ermənilərin bütüüün qəhrəmanları azəriləri qətlə yetirilməklə ad alıb-deyəcək başqa soz tapmıram daha....
27 fevral 2014 09:45
Offline
Happiness-lady
ALLAH BUTUN SEHITLERIMIZE REHMET ELESIN ONLARI BU GUNE QOYANLARADA ALLAH NELET ELESIN
26 fevral 2014 22:15
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Onur Huseyn
Allah butun sehidlere rehmet elesin.
26 fevral 2014 20:32
Offline
Fatma xanım
Allah ermənilərədə onların burdakı havadarlarınada lənət eləsin hamısının kökü kəsilsin
26 fevral 2014 20:31
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Melek Babazade
Cox tewekkurler bacim.Allah butun wehidlerimize rehmet etsin!
26 fevral 2014 19:44
Offline
Nigar
Allah butun wehidlermize rehmet etsin amin
Denizim cox sagol Allah razi olsun
26 fevral 2014 19:09
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Aysel İ.
DƏNİZ ŞEİR ÇOX MÖHTƏŞƏM İDİ.ÇOX GÖZƏL YAZILIB.....
BU SONRADAN VERFİYİNİ OXUYANIN ÜRƏYİ DAŞ OLMALIDI .....DƏNİZ ÜRƏYİM PARÇALANDI.KAŞ Kİ MİLLƏTİMİZ BU FÜNLƏRİ YALNIZ İLDÖNÜMÜNDƏ XATIRLAMASINLAR.HEÇ VAXT UNUTMASINLAR.....DAİM YADDAŞLARA HƏKK OLUNSUN

Elə bütün bunlar unutqanlığımız sayəsində gəlir bizim başımıza. Ermənilər var olduğu gündən bizim paxıllığımızı çəkib, torpaqlarımıza göz dikiblər. Bunu tarixlər boyu bizə qarşı hərəkətləri ilə bildiriblər. Amma biz yenə unutmuşuq. Məncə bu son olmalıdır. Bu da biz valideynlərdən asılıdır. Övladlarımıza daim bu murdarların kim olduğunu xatırlatmalıyıq.
26 fevral 2014 19:04
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Seadet Sexavet
DƏNİZ ŞEİR ÇOX MÖHTƏŞƏM İDİ.ÇOX GÖZƏL YAZILIB.....
BU SONRADAN VERFİYİNİ OXUYANIN ÜRƏYİ DAŞ OLMALIDI .....DƏNİZ ÜRƏYİM PARÇALANDI.KAŞ Kİ MİLLƏTİMİZ BU FÜNLƏRİ YALNIZ İLDÖNÜMÜNDƏ XATIRLAMASINLAR.HEÇ VAXT UNUTMASINLAR.....DAİM YADDAŞLARA HƏKK OLUNSUN
26 fevral 2014 18:55
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah ermenilerin toxumunu kokunnen kessin..ana bacilari kucelere dushsun goz yashlari qurumaq bilmesin.Allah gec tez belalarini verecey..Bu qan yerde qalmaz.
Allah shehidlerimize rehmet elesin..mekanlari cennet olsun
26 fevral 2014 18:46
Offline
Aysel İ.
Vəhşi məxluqatın etdiklərini çox gozəl,geniş əhatə edən bir şeirdi.Sag ol Dəniz!

Şeir Qazaqda yaşayan gözəl bir şairə, bir vətən oğluna aiddir.Allah ona can sağlığı versin. Qarabağ onun ürəyinin ən ağrılı yeridir. Bütün yazılarında bu haqqda nə isə tapmaq olur.
26 fevral 2014 18:43
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Turkane Selim
Vəhşi məxluqatın etdiklərini çox gozəl,geniş əhatə edən bir şeirdi.Sag ol Dəniz!Onlara lənət oxumaga belə insanın dili gəlmir.ALLAH bəlalarını versin İnşaallah ki verəcək də daha az qalıb.Aclıq baş alıb gedir,birazdan əsgərə gondərməyə bir dənə olsun namərd tapmayacaqlar,koku kəsiləsi məxluqatdı. diablo
26 fevral 2014 18:30
Offline
Aysun Memmedova
Allah butun sehidlerimize rehmet etsin Amin
26 fevral 2014 18:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )