Bakıda hava 12°
USD AZN
EUR AZN
28 fevral 22:05Feride xəstə müəllimlər işə getmsinlər 28 fevral 22:04Feride Saglam uşaqları da xəstələndirirlər 28 fevral 15:07Nermin_Guler Vessalam koronaviurus geldi bura da catdi 28 fevral 14:37Nermin_Guler Hər kəsə salammm
41469

Can bədəndən çıxınca...

Dostlarıma

Can bədəndən çıxınca...
- Niyə məni gətirib, tənəşirdə soydunuz?
Arxasından yuyub, bir tabuta qoydunuz?
Niyə toplandı bu gün, burda bu qədər insan?
Bir səhv olmalıdır, anlamadım bu işi!

Niyə bağlandı çənəm?..Bu kəfən nəyə lazım?
Söyləyin!..  Gerçəkdirmi, duyduğum sala səsi?
Nə işim var ki mənim, bu musalla daşında?
Halbuki olmam lazım, işlərimin başında...

Yoxsa bu etdiyiniz  bir oyun, zarafatmı?
Dadında qalsın artıq, buraxın bu yaxamı.
Bəs sən, müəllim əfəndi! Oyuna daxilsənmi?
Mən necə ölərəm ki, bu qədər cahilsənmi?

Yoxsa kim olduğumu, sən də bilmirsən?
Bir üzr istəyib, özünə gəlmirsən?
Xəbərin varmı mənim şöhrətimdən, şanımdan?
O dərin mafiyadakı, böyük etibarımdan?..

Bəlkə maraqlanarsan, ünvanımı rütbəmi,
Üləma susub durar, bir geyinsəm cübbəmi!
Mənə yaraşırmı, burda beləcə yatmaq?
Sanki ölmüşəm kimi, çiyinlərdə dövr atmaq?..
Can bədəndən çıxınca...
Lütfən, müəllim əfəndi, davam etmə oyunu,
Mənim kimi bir qurda, güldürmə bu qoyunu...
Hələ, bu cibindəki, telefonu bir ver də,
Bax necə açılacaq, qapılar pərdə-pərdə...

Bu gördüyün hüznlü maskalara aldırma,
Onlara inanıb da, çəkin, namaz qıldırma.
Eşitdim ki, işgüzarlar, məzar belə qazmışlar.
Görürsən müəllimim, bunlar birlikdə azmışlar...

Qaldır artıq tabutun, qapağını üstümdən,
Sıxılmağa başladım, bu tikişsiz kostyumdan.
Ağlını işlət müəllim!.. Mən sözümü tutaram,
Səni Ulu Məscidə imam belə edərəm...

Qərar ver də bu işi, şirininə bağlayaq,
Maaşına əlavə, bir qatqı təmin edək.
Bunca zarafat yetər, məni artıq yolla,
İlk kreditin yerinə, bu zərfi də al götür...
Can bədəndən çıxınca...
- Dinlə ey aciz meyid! Bu danışan müəllimdir,
Gördüklərin nə zarafat, nə də qandırmacadır.
Sağlığında ''köntöy'' deyər, məni kiçik bilərdin,
İndi nə oldu sənə, müəllimə postu sərdin?..

Oyan artıq, ey meyid! Sən öldün... Sağ deyilsən,
Çırpınışın boşuna, o dik başın əyilsin!.
Bu tabutlara daha, nə şöhrətlər girəcək,
Nələr gördü bu müəllim, daha nələr görəcək...

Gözləyir Münkər-Nəkir, indi səni məzarda,
Rüşvət-müşvət keçmir, gedəcəyin bazarda.
Bu dünyada büt etdin, pulu, şanı, şöhrəti, 
Az sonra görəcəksən orda ağla-qaranı.

Gələcək qulağına əvvəl belə bir xitab:
''Eşitmədinmi dünyada, Quran deyə bir kitab?''
Eşitdim desən bir cür, eşitmədim desən yalan
Qurtarar bəlkə səni mafiyadan artıq qalan...

Gerçəkləri bu kasıb, belə gətirdi dilə,
Bilirəm... Bu sətirlər, anlayana çox belə.
Uzadıb pozmayaq, şeirin qıvamını,
Hər kəs özü gətirsin əhvalatın davamını...
Can bədəndən çıxınca...
Məhşərdə Quranla həşreylə məni
İstəməm dünyanın tacı-taxtını,
Muradım almaqdır qul bəratını.
Əfvinlə tanıdım, Uca Zatını,
Sən ki, bağışlayarsan, "Rəbbim" deyəni,
Məhşərdə Quranla həşreylə məni...

Nə qədər vursam da, nəfsimi daşa,
Səbrini verməzsən, çıxa bilmərəm başa.
Sən bağışlamadıqca, ibadət boşa,
Bilərəm… Sevərsən, Sən də sevəni,
Məhşərdə Quranla həşreylə məni...

Neyləyim, Zatından başqa sirdaşı,
Lütfünə kor baxan, gözdəki yaşı.
Neyləyim, eşqinlə əyilməz başı,
Sonsuz rəhmətinlə tanıdım Səni,
Məhşərdə Quranla həşreylə məni...

Səndən gəldim, yenə dönüşüm Sənə,
Şükrümü qəbul et, verdiyin cana.
Dünyalar bir yana, rizan bir yana,
Uca Quranınla tanıdım Səni,
Ya Rəbbi… Onunla həşreylə məni...
Amin.

 

Can bədəndən çıxınca...

 

Çingiz Numanoğlu

P.S. Şeir tərcümə edildiyi üçün qafiyə və hecalarda uyğunsuzluq ola bilər, üzrlü sayın. Önəmli olan əsas mənanı dərk etməkdir...

Səslərin sayı: 9
79
8618
Şərhlər
Offline
Hacət-i Vuslat
AMAN ALLAH BUNLARİ HARDAN TAPMISIZ

İnertnetin canı sağ olsun cool
Ay ay oxudugca agladim olum ani yadima dusdu bu barede yazilara ustunluk vermek lazimdi onda insanlarda duz yola cekinerler bir gun variq bir gun yoxuq bu dunyada emeli saleh olaq.xebere gore cox sag ol

Çox sağolun,Allahın izn verdiyi qədər inşaAllah...
Cox tesirlendim cray

empathy
26 aprel 2014 17:46
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Deniz N-va
Cox tesirlendim cray
26 aprel 2014 16:06
Offline
Şirniyatçı Kamile
Ay ay oxudugca agladim olum ani yadima dusdu bu barede yazilara ustunluk vermek lazimdi onda insanlarda duz yola cekinerler bir gun variq bir gun yoxuq bu dunyada emeli saleh olaq.xebere gore cox sag ol give_ros
2 dekabr 2013 11:23
Offline
AIDE AZADQIZI
AMAN ALLAH BUNLARİ HARDAN TAPMISIZ
22 noyabr 2013 17:22
Offline
FİDAN HÜSEYNOVA
Hacət-i Vuslat,
amin insallah tesekkur edirem...
22 noyabr 2013 00:32
Offline
Hacət-i Vuslat
fidan huseynova,
Allahın Rəhmətinə qovuşanlardandır inşaAllah...
Ayka S,
Gözəl şeir və rəvayət üçün çox sağol bacı.
21 noyabr 2013 23:39
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aysun Memmedova
OOYY COX PIS OLDUM SEKILLERI GORDUM,SONUMUZ ELBETDEKI,ORADIR SEIRLER COX GOZEL IDI COX SAG OL CANIM
21 noyabr 2013 22:28
Offline
Ayka S
Elnur Məmmədov,
bes ele ona gorede yazdimki ALLAH her yolla bizi o dunyanin gozelliyini ezabini her şeyini bir ismaric bele olsa onunla catdirir.Hemd olsun rebbime


Neyləyim, Zatından başqa sirdaşı,
Lütfünə kor baxan, gözdəki yaşı.
Neyləyim, eşqinlə əyilməz başı,
Sonsuz rəhmətinlə tanıdım Səni,
Məhşərdə Quranla həşreylə məni...

Səndən gəldim, yenə dönüşüm Sənə,
Şükrümü qəbul et, verdiyin cana.
Dünyalar bir yana, rizan bir yana,
Uca Quranınla tanıdım Səni,
Ya Rəbbi… Onunla həşreylə məni...
Amin.
21 noyabr 2013 17:21
Offline
Elnur Məmmədov
Ayka S,belə şərhə,bərəkAllah!
bacımın bu xəbəri xəbər deyil e,nurdu,nur....nə qədər qəlbə nur saçıb,bərəkAllah!sizə də,afərin.
Mən elə oxuduqca oxudum,şərh yazmaqdan da doymadım....içimə nur dolub,ilham gəlib...amma nə qədər tərif yazsan,belə xəbərə,az olar...
21 noyabr 2013 17:18
Offline
Ayka S
Quran olum haqqinda danisir,Bir hadis var ki,bu hedisi hami bilse yaxsidir,islam bir weyi berk-berk tapwirir,o da valideynlerinise hormet etmekdir,Allah ozu buyurur-EGER VALIDEYNLERINIZ SIZI BAGIWLAMASA,MENDE SIZI BAGIWLAMARAM.
Valideynleriniz razi salmaq ucun deriden qabigdan cixir,eger 1000 ilde namaz qilasan,valideyn sizden razi olmaya,namazinin hec biri qebul olmaz.
Kufe yaxinliginda bir oglan can verir Hz Muhemmed(s.e.a.v) gelir olenin bawi ustune,oglana buyurur ki-de La Ile Ilellah,olen oglan ne qeder edirse deye bilmir,dili tutulub,nece defe ceht etdise deye bilmedi,Hezret buyurdfu-oglanin anasin cagirin bura,anasi geldi Hezret buyurdu-Siz oglunuzdan razisiz?
Ana-Y Resullah men duz 5 ildiki oglumla daniwmiram,o meni cox incidib,bagiwdamiram.
Hz-Indiki olur,can verir. bagiwla onu,bir defe bagiwla ve halal et
Ana-haqqiniza ve haqqima halal edirem,men onu bagiwladim
Hz Peygember yeneiden olen oglana dedi-de la Ilehe ilellah,oglanin dili acildi,o sozu deye bildi,Hezret(s) buyurdu- ne gorursen?
Olen oglan,gozumun onu qara bulud idi,amma indi gorurem ki bir eybecer kobud insan mene teref yaxinlawir,Hezret bir dua dedi,onu hami tapib oyrenib oxusa ytaxsidir,olum duasidir,mende bilmirem hec,amma feziletdi duadir,o duani olen oglana oyretdi,oglan dedi,indi ne gorursen sualina,oglan bele cavab verdi-indi ise bir xow nurani kiwi mene teref yaxinlawir,uzunde tebessum var,ve oglan gule-gule vefat etdi ve cennet ehli oldu,Peygember(s) vasitesile. Buda bele,sozum ondadir ki,en cox valideynlerinizi razi edin,sonra neyese umid edin,Her yerde Allah,yerde ise Validenlerinizdir.Islam bunu qeti wekilde deyir....


Laləm bu hedisi oxuyurdum bura əlavə etmekn istedimki sende oxu biliremki sen herzaman deyerli yaziya deyer verirsen

Şeirin ise əladi baci ALLAH hər nə nyolla olur olsun bize axireti gosterir o dunyanin ezabini hiss etdirir bu seirde onlardan biri cox sagol..
21 noyabr 2013 16:56
Offline
FİDAN HÜSEYNOVA
Elnur Məmmədov,
tesekkur edirem olenleriniz rehmetde...
21 noyabr 2013 16:49
Offline
Elnur Məmmədov
fidan huseynova,Allah rəhmət eləsin,behiştini versin.
21 noyabr 2013 16:46
Offline
FİDAN HÜSEYNOVA
bu seir meni aglatdi 2 gundur dayimi itirmisem cavan rehmete gedib ve men orda deyilem uzagdayam. mene cox pis tesir etdi oxudum cox agladim. deyerli seirdi tesekkurler
21 noyabr 2013 16:44
Offline
Elnur Məmmədov
Ölüm haqqdır,bir imtahandır...bu imtahana nə qədər hazırlaşsan da,imthan anı həyəcan,təlaş olması zəruridir.Allah sevgisi,imanı,ibadəti olanlar ölümü-haq dünyasına qovuşmaq hesab edər...
21 noyabr 2013 11:54
Offline
Zehra Bedirxanli
Mənalı şeirdir. bizə əbədi dünyamızı xatırlatdınız.
21 noyabr 2013 09:05
imza: QADİN.NET
Offline
Qəribə
Haqlisan bacim.Təşəkkür edirəm give_ros
21 noyabr 2013 00:51
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
aygul,alizade
Ay canim yazan ellerin var olsun.Bir anliqda olsa mene ebedi olan evimizi xatirlatdin.tesekkurler.
20 noyabr 2013 21:31
Offline
Seadet Sexavet
Lalə xanım içimə üşütmə düşdü şəkillərə baxanda.Çox mənalı şeerdir.Təşəkkürlər canım
20 noyabr 2013 21:15
Offline
Xedice 033
Cox saq ol Lale baci qeseng seirlerdi .Gerek her gun cray olumumuzu yadimiza salaq
20 noyabr 2013 21:09
Offline
Hacət-i Vuslat
PERVANE ELIYEVA .......,
Ləman_,
Çox çox çooooooooooox sağolun! Şeirin müəllifini və xəbəri günün müəllifi edən sizlərsiz! give_ros
20 noyabr 2013 20:54
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )