Qadın əli dəyən hər ev, hər bucaq
Gül ətri qoxuyar, bir gülşən olar.
Tökülər ürəyə nur qucaq-qucaq
İnsanın həyatı, ömrü şən olar.
Qadınsız nə həyat, qadınsız nə gün ?
Qadınla açılır ömrün səhəri.
Bir günəş doğmuşdur insanlar üçün,
Qadının çöhrəsi güləndən bəri.
Qadın anamızdır, qadın bacımız,
Qadın məhəbbəti yaşadır bizi.
Qadın şöhrətimiz, qadın tacımız,
Qadın eşq ümmanı, sevgi dənizi.
Qadın adi fəhlə, qadın bəstəkar,
Nəğməyə çevrilir qadın əməyi.
O elə düşünər, elə yaradar,
Daşa da can verər qadın əməyi.
Qadın qayğısından nur içir ürək,
Qadınsız evlərdə ocaq da sönər.
Qadınlı evlərdə yeyilən çörək,
Yavan yeyilsə də şəkərə dönər.
Qadının ürəyi bir asimandır,
Ulduzlar sayrışar bu asimanda.
Qadın elə şahdır, elə sultandır,
Baş əyir hökmünə şah da, sultan da.
Nədir
Baxıb əhvalıma gülürsən hərdən,
Qəmliyə gülməyin mənası nədir.
Sən əgər gülsənsə, gərək biləsən
Bülbülün fəryadı, nəvası nədir.
Nə vaxtdır əlimdən alıbsan məni,
Xumar baxışınla çalıbsan məni.
Elə bir möhnətə salıbsan məni.
Bilmirəm dərdimin dəvası nədir.
Qəlbim həsrətindən dara çəkilər,
Əsirin olmağa mərhəmət dilər.
Qafildən soruşma ,nuş edən bilər,
Məhəbbət meyinin havası nədir.
Bilmirəm nə deyim xoşuna gəlsin,
Rasimə lütf eylə, qarşına gəlsin.
Qarğış eləmirəm, başına gəlsin,
Görəsən hicranın cəfası nədir.
Rasim Kərimli
XƏBƏR LENTİ
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
Gülüş-3
Berkayın saatının qiyməti dodaq uçuqladır_FOTO
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Öskürəyə qarşı ballı qəhvə
Mixail Qorbaçov 20 Yanvar qırğını haqda: "Bu mənə dərs oldu"
Ac olanda bədəninizdə nə baş verir?-AÇIQLAMA
Abşeronda kəndlilər şəhərliləri üstələyirlər
Bakıda ilk dəfə
Ramazanın altıncı gününün duası
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
İsrail koronavirus peyvəndi hazırlayır
Günün qoroskopu: Uğurlu gündür!
Güclü külək əsəcək, temperatur enəcək
Başda və dəridə olan piy vəziləri (lipoma)
"Ananas" salatı (foto-resept)
TQDK-dan müraciət
"Xəstə bina" sindromu
Bakıda aprelin 25-dən bu yollar bağlanacaq - SİYAHI
Qırışların yaranmasının qarşısını alan maska
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Braziliya 8 dəqiqəyə 3 qol vurdu, yaponlar hollandlara qulaqburması verdi
Azərbaycan ombudsmanı mükafat aldı
Avropada koronavirusun yeni dalğası gözlənilir
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Sevgiyə həsrət
10 oğuldan sonra qız anası oldu-FOTO
Mursilər qəbiləsinin qadınları-FOTO
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Qədim Misirdə istifadə olunan gözəllik üsulları
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Müəllimlərə daha bir şad xəbər
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Belinizin formasına görə necə geyinməlisiniz?
Məşhur restoranlar şəbəkəsi bağlandı-SƏBƏB
Yaz-yay ayaqqabı modelləri
Pendirli poğaça (video-resept)
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Yeni trend: Saç sırğaları
Məşhur verilişə Kenan aparıcılıq edəcək-FOTO
Səfirlik: ""Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb"
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Valideynlərə bayram xəbərdarlığı
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
62 yaşında ana olmağa hazırlaşan qadın
Azərbaycan üçün "Korona" qorxusu varmı?
Yel Çərşənbəniz Mübarək!
- ŞƏRHLƏR