Bakıda hava 12°
USD AZN
EUR AZN
15:07Nermin_Guler Vessalam koronaviurus geldi bura da catdi 14:37Nermin_Guler Hər kəsə salammm 08:47Xəyalə Murad Sabahını xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41467

Poeziya dəqiqələri

 

Poeziya dəqiqələri

Ceyran...
Neçəsini yarı yolda qoymusan,
Neçəsinə ümid verib qovmusan,
Fikrin nədir, yoxsa eşqdən doymusan?
Sərv boylu, qaşı, gözü qara ceyran.

Sinə mərmər, dodaq püstə, dil şirin,
Yeriş nazlı, beli incə, afərin,
Əzab verir aşiqinə şakərin.
Gəl əzab vermə, Rövşənə, ceyran.

Qarşısına çıxanlar aşıb büdrəyir,
Risk edib danışan çaşıb titrəyir,
Röyalarda əlim əlinə dəyir,
Can uyur, salırsan min hala ceyran.

Qorxuram üz vuraram bəlası çıxar,
Geri dursa həsrətin Rövşəni yıxar.
Yaxın gəlsəm gül qoxun məni sıxar,
Qalmışam arada, yox çarə ceyran.

Rövşənəm, dilbilməzə yazıyam,
Sevən gözəlimin bahar-yazıyam,
Eşq sənindir, al ixtiyar razıyam,
Ya hə de, ya yox, çəkmə dara ceyran...

Poeziya dəqiqələri

 Ayrılıq...
Hər gözəl sevginin sonunda vardır
Dəvasız-dərmansız olan ayrılıq.
Hər sevən aşiqin önündə vardır,
Mənalı mənasız duran ayrılıq.

Aşiq məşuqunu ürəkdən sevər
Onu dərdlərinə tək dəva bilər.
Boş yerə bir anlıq o xəta edər
Bunun da sonunda olur ayrılıq.

Rövşən üçün röyadır yaşadıqları
Dərin bir dəryadır o andıqları,
Silinməz ünvandır tək sandıqları,
Sonunda qəlb qıran, nakam ayrılıq.

Poeziya dəqiqələri

Müəllif: Rövşən Həsənli (Avara_Şair)

P.S. Müəllif hüquqları qorunur. Şeirin özünü, yaxud hər hansısa bir misrasını və bəndini icazəsiz paylaşmaq qadağandır!

Səslərin sayı: 6
32
3221
Şərhlər
Offline
S
Her serin oz gozeliyi var tewekkurler paylawdiginiz ucun give_ros
5 yanvar 2014 23:31
Offline
איסון ממדוב.
cox gozel seirlerdi ellerinize saqliq
10 oktyabr 2013 08:09
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Titi
2ci daha yaxsidi.
8 oktyabr 2013 23:34
Offline
Yasemen
2-ci seiri daha cox beyendim davamli olsun
7 oktyabr 2013 22:50
Offline
Nergiz
BEYENDIM ESASDA 2CI.TWK.
7 oktyabr 2013 22:49
Offline
Ruhəngiz
Yaxşıdır,çox sağ olun.
7 oktyabr 2013 21:33
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
guler
ellerine salik cox gozel werdi davamli olar inwallah give_ros
7 oktyabr 2013 20:58
Offline
♥♥♥ Elena♥♥♥
beyendim seirleri.cox gozeldi
7 oktyabr 2013 20:45
imza: Sən gülərkən mən yaşamaq üçün bir gün daha əlavə edirəm təqvimə...
Offline
ALIYEVA...
Canim,ellerine sagliq super good goresen kimdi Rovseni bele inciden?! sad
7 oktyabr 2013 20:23
Offline
Zehra Bedirxanli
təşəkkürlər.
7 oktyabr 2013 16:41
imza: QADİN.NET
Offline
♥Sevgilimi çox sevirəm♥
superdilerrr cox saqolun
7 oktyabr 2013 16:38
Offline
Night drop
Pis deyil,yaxsidir.
7 oktyabr 2013 15:50
Offline
Narin...
Cox sag olun yazan elleriniz dusunen beyniniz yorulmasin.Qeleminize quvvet davamli olsun good
7 oktyabr 2013 15:27
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Rovshan Hasanli
Her birinizin beyenen ureyiniz yazan elleriniz var olsun...yeni weirlerimi de sizinle paylawacam...
7 oktyabr 2013 13:23
Offline
Xedice 033
Qeleminize quvvet qeseng seirlerdi
7 oktyabr 2013 12:47
Offline
GülnaR
mənalı,mənasız duran ayrılıq...bu şeri çox bəyəndim,əllərinizə qüvvət
7 oktyabr 2013 12:35
Offline
Ibrahimova Gulya♥S♥
gune bele gozel weirle bawlamaq superdi
7 oktyabr 2013 12:34
Offline
lala
Gozel sheirlerdir ...lap ureyimce olmadi oxuyanda pis deyil .qeleminize quvvet
7 oktyabr 2013 12:27
Offline
Fidan
Gözəl şeirlərdi,müəllifə təşəkkür
7 oktyabr 2013 12:21
Offline
Qəribə
gozel sheirlerdi, oxudum.Cox beyendim.Davamli olsun,Teshakkur edirem. give_ros good
7 oktyabr 2013 12:00
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!