Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda qeyri-ərzaq məhsulları bahalaşdı
Leyla Əliyeva milyonuncu ağacı əkdi
Ərdoğan: Ermənistan silahlı qüvvələri Qarabağı dərhal tərk etməlidir
RİO-2016: 48 idmançımiz çıxışını başa vurub - SİYAHI
İki rəngli piroq (foto resept)
Görmənin gigiyenası
İncə naxışlı gəlinliklər
Jefri həm dostunun, həm də dostunun ərinin böyrəyini daşıyır-VİDEO/FOTO
NAACP mükafatları: Qırmızı Xalça
ABŞ-da əkizlər yüz il fərqi ilə başqa-başqa pandemiyaların qurbanı oldu
Hərəkətsiz qalmayın
Bakıda dayanacaq özbaşınalığı ilə bacarmaq mümkündürmü?
Snayder 36 minlik təzminat ödəyəcək-FOTO
Türkiyədə dəhşətli həbsxana tapıldı
Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?-1
Maraqlı fincanlar
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
Məşhur cütlük qaçqın uşaqlara 2 milyon bağışladı
Vəsiqəlik şəklimizi niyə sevmirik?
Dahilərdən gözəl sözlər (14)
Evlənmək kişiləri daha xoşbəxt edir.
Təhsil naziri Emin Əmrullayev “Haber Global”a müsahibə verir - CANLI
HAVA necə olacaq?-20 Avqust
Həkim - xəstə lətifələri
Zəncəfilin faydaları
Sabah Bakıda hava yağmursuz olacaq
Lipoma, anqiolipoma və müalicəsi
Qadın ev işlərini görməyə məcburdurmu?
Uşaq sakit oturursa…
Kinoşünaslar gənclərə dəstək çıxdı
BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı nələr müzakirə edildi?
Bakı metrosunda qadın işçilər ixtisar edilir? - RƏSMİ AÇIQLAMA
İtalyan pizzası (foto resept)
Şeyma Subaşıdan imtina etdilər-SƏBƏB
"Azərbaycanın mədəniyyət və turizm sahəsində yeni islahatlara ehtiyac var"
Şəkər xərçəng hüceyrələrinin inkişafına yardım edir
Hamiləlikdə ürəkbulanma necə keçər?
Mərci plov (foto resept)
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
İki yüzdən çox rolda səhnəyə çıxan sənətkar
Vanqanın qorxulu xəbərdarlığı
Günün qoroskopu: sizə təzyiq göstərməyə çalışan adamlar tapılacaq
Gündəlik saç yığımları
Yenəmi eyni hədiyyələr? Biz harada səhv edirik?
Kıvanç Tatlıtuğun “Hadi Be Oğlum” filmi hər kəsi göz yaşlarına boğacaq - VİDEO
Nanə bitkisinin müalicəvi əhəmiyyəti
Anası ilə sevgilisini səhv saldılar - FOTO
Xanım kaprizi salatı(foto resept)
Nemtsovla bağlı şok iddia
Gün var əsrə bərabər: Ötənləri yada salaq
- ŞƏRHLƏR