Bakıda hava
USD AZN
EUR AZN
14:10Ayla Ayla Yaxşı ki Survivor var başımızı qatırıg
41585

Ulu Tanrım, özün qoru!

 

 

Ulu Tanrım, özün qoru!

 

Ulu Tanrım özün qoru
Pislərdən-pisliklərdən.
Namərddən, nakəslərdən
Bir susuza əl tutmayıb
Piyalədən zəhər verənlərdən.
Ulu Tanrım özün qoru
Yalanlardan, yamanlardan.
Qorxum yoxdur nə iblidən ,nə ilandan.
Çox qorxuram bu timsallı insanlardan!
Ulu Tanrım özün qoru
Bu ömrümü hədər yerə verməyim mən.
Hər bir qəlbdə bir şam yanır,
O şamları nə sönən, nə də söndürəni görməyim mən.
Ulu Tanrım özün qoru!
Bir körpəni ayrı salma anasından,
Qönçə çiçəkləri qoyma yansın susuzluqdan.
Nə qədər ki, bu dünyada iki qəlbə çırpıntı var
Bu qəlbləri qoru Tanrım.
Dərddən sərdən iti gözdən
Balta kəsər şər sözlərdən
Ulu Tanrım özün qoru!
Ulu Tanrım, özün qoru!
Tale yazıb, bəxt vermisən.
Xoş əməli, pis niyyəti mələklərə yaz demisən.
Bu bəxtimi qoru Tanrım.
Taleyimə sevgi verdin
Əvvəl anam, sonra yarım
Mənə "mənim"dedi
Hər birisi məhəbbətlə pay yetirdi.
Bu sevgini qoru Tanrım!
İstəmirəm mənim olsun dünya, cahan
Təkcə, bircə mənlə olsun məni anan, məni duyan.
Bu bəs edər ulu Tanrım!
Hər bir kəsin qəlbinə bax, ruzisin ver,
Gözüm toxdur, özgə çörək istəmirəm.
Öz ruzimi mənə yetir!
Bu nəfsimi qoru Tanrım.
Mən sabahı ümidlərlə yaşayıram.
Hər açılan sabahımı qoru Tanrım!
Bu ömrümü qoru Tanrım!
Ulu Tanrım, özün qoru!

Dünyada nə qədər yaxşı adam var,
Yaxşılıq insanla əkiz doğulur.
Ən yaxşı adamlar, yaxşı adamlar.
Nədənsə dünyada oxşarsız olur.

Yaxşılar hərəsi bir cürə yaxşı,
Hər əsr yaxşını yetirə bilmir.
Naqislər külüngü ,pislər yağışı
Yaxşılar yerini itirə bilmir.

Gələnlər-gedənlər sığmayır saya
Dünya bu minvalla dolur, boşalır.
Nə qədər yaxşılar gəlir dünyaya
Yenə yaxşıların yeri boş qalır.
                                                 

 

Səslərin sayı: 13
54
4797
Şərhlər
Offline
SARA91
ÜRƏYİNDƏN KEÇƏNLƏRİ ALLAH NƏSİB ETSİN.GÖZƏL YAZILIB.
13 avqust 2013 15:28
Offline
pure love
Hər bir kəsin qəlbinə bax, ruzisin ver,
Gözüm toxdur, özgə çörək istəmirəm.
Öz ruzimi mənə yetir!
Bu nəfsimi qoru Tanrım.
Mən sabahı ümidlərlə yaşayıram.
Hər açılan sabahımı qoru Tanrım!
Bu ömrümü qoru Tanrım!

gözəl yazmısızgive_hea
11 avqust 2013 14:04
Offline
Aytən90
ne gozel weirdir.cox saqolun
31 iyul 2013 00:36
Offline
Happiness-lady
Cox gozeldi,cox beyendim.ULu tanrim her kese ureyine gore versin.Xebere gore cox sagolun.
28 iyul 2013 18:42
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
ilhame
ALLAH BUTUN INSANLARI PIS EMELLERDEN QORUSUN.AMIN.MELUMATA GORE TESEKKURLER. girl_ang girl_ang
28 iyul 2013 16:26
Offline
Zehra Bedirxanli
çox gözəl şeirdir. bəyəndim yazan əlləriniz var olsun. give_ros
28 iyul 2013 09:26
imza: QADİN.NET
Offline
Yağmur damlası
Selvi,
Selvi cox sag olun canim,bilmirdim kim redakte edib,evvelde de yazmisdim cox beyendim xeberimin redaktesini,Allah razi olsun qelbinizi sevindirsin
Seadet Sexavet,
amin baci,AMIN.
28 iyul 2013 07:41
Offline
Seadet Sexavet
Cooox bәyәndim..Ürәyinә qüvvәt.. empathy
Allah sәni dә balalarını da hәmçinin hәr kәsi bәd insanların şәrindәn,İblislәrin әmәlllәrindәn,Xudbinlәrin xislәtindәn qorusun..
Oturdugumuz yerdә quru yalandan,iftiradan qorusun...Qara qәlblәrdәn әli әyrilәrdәn qorusun..
Ürәyindә Allah sevgisi olan hәr kәsi Rәbbbim qorusun.Tәşәkkürlәr bacım.Gözәl yazmısan..
28 iyul 2013 00:33
Offline
DENIZ
çoooooooooooooooox beyendim teşekkür edirem
27 iyul 2013 23:21
Offline
Seli
Ulu Tanrım özün qoru!Bir körpəni ayrı salma anasından,


Əvvəl anam, sonra yarımMənə "mənim"dediHər birisi məhəbbətlə pay yetirdi.Bu sevgini qoru Tanrım!


AMİN! AMİN! AMİN! Çox sagol Yagmur damlası!
27 iyul 2013 22:38
Offline
MAYA EL
bir sözlə superrrrr çox bəyəndim give_ros give_ros give_ros love
27 iyul 2013 22:05
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Selvi
Bu xəbəri redaktə edəndə çox bəyəndim.Allah özü bizi bütün pisliklərdən qorusun inşallah. Müəliffə təşəkkürlər...
27 iyul 2013 19:15
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Yasemen
Gozel seirdir menali sozleri var,tesekkurler
27 iyul 2013 17:53
Offline
Yağmur damlası
Almaz S.,
cox sag ol canim menim,xos gunune gelim Insallah.
KEMALE MEMMEDOVA,
cox sag olun boyuk urekle dediyiniz sozleri men de size deyirem,Allah sizi de butun belalardan hifs etsin,Insallah.

Her birinize tesekkur edirem,cox-cox sag olun!
27 iyul 2013 11:00
Offline
Samir Aliyev
Cox gozel seirdi tesekurlr
27 iyul 2013 10:10
Offline
Almaz S.
Gözəl arzulardı.Xoş gəlmisən əziz bacım,səni burda görmək həmişə xoşdu give_ros
27 iyul 2013 07:39
Offline
Nigar Sultan
Ulu Tanrım özün qoru
27 iyul 2013 07:39
Offline
Sevinc M
Cox gozel ve derin menali sozleri yazan ellerin var olsun.
27 iyul 2013 06:33
Offline
wwwwwwwwwwwwwwwww
allah seni pis gozden saqlasin bacim

gozel serdir, beyendim.
27 iyul 2013 05:39
Offline
Sima A-li
Ela super..tewekkurler bacim..
27 iyul 2013 04:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış