Bakıda hava
USD AZN
EUR AZN
3 aprel 14:10Ayla Ayla Yaxşı ki Survivor var başımızı qatırıg
41585

Səninləyəm

 

Səninləyəm

 

Görüşünə gəlmək üçün sən sevdiyin o gülləyəm

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Gecə vaxti istəmirəm gözəl qəlbin qubarlansın,

Nə yazım ki, məhəbbətli ala gözlər xumarlansın,

Burdan ora nə göndərim, o saçların tumarlansın?

Aç ovcunu diqqətlə bax, göröcəksən əlindəyəm,

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,

O sevincli göz yaşların töküləydi kaş ovcuma

Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,

Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Sən gəl-denən uçacağam, qanadlarım əlimdədir,

Yatağına qonmaq üçün nə sehr var dilimdədir,

Görəcəksən sarmaşıq tək bu qollarım belindədir,

Sən öpdükcə mən də öpəm nə danışam, nə dinləyəm,

Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin

Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,

Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.

Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

Yadındamı, Mirzə Sakit gözündən yaş çıxardaraq

Gülə-gülə kədərlənib tellərinə çəkdim daraq,

O ətirli saçlarından gizlin bir cüt qopardaraq,

Yapışdırdım saçlarıma, indi həmin telinləyəm

Harda olsan fərq eyləməz, ay sevgilim, səninləyəm.

 

 

Səninləyəm

 

Könül

Tamahlanma sən hər "sağ ol" a,

Sağ olduqca ölən könül,

Ruh bədəndə kaş sağ ola,

Ölən ruha gülən könül.

 

Zülmətlərə işıq çəkən,

Evsizlərə evlər tikən,

O dünyada diri ikən,

Bu dünyaya gələn könül.

 

Qardaş bildin hər qardaşı,

Bal sürtdükcə zəhər daşı,

Oğulsansa qur bardaşı,

Qardaş qədrin bilən könül.

 

Qərib sözün alma dilə,

Dünya dardır, sən qət elə,
Vətənindən qürbət elə,

Ələkdən keç, ələn könül.

 

Mirzə Sakit sözdə qani,

Sözə qurban söz qananı,

Söz içində daş-qayanı,

Sözlərinlə dələn Könül.

 

 Müəllif: Mirzə Sakit.

Səslərin sayı: 10
53
5102
Şərhlər
Offline
Aysel İ.
Gəlib özüm yuyacağam kipriyini, hələ yuma,

O sevincli göz yaşların töküləydi kaş ovcuma

Bilirəm ki, rəhm eyləyib deyəcəksən gəl qoynuma,

Bircə gün də qoymazsan sən, kədərlənib mən inləyəm,

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
4 noyabr 2014 07:46
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
QARA QIZ
Cox gozeldi tesekkur give_ros
1 aprel 2014 16:08
Offline
Minira Aslanzade
Təşəkkürlər,mənalıdırlar
21 mart 2014 22:06
Offline
---------------------
Super cox gozel seirlerdi muellife tesekkurler
girl_ten
24 sentyabr 2013 19:46
Offline
SeN YoKSuN
goezel seirdi tewekkurler
26 avqust 2013 12:17
Offline
19 avqust 2013 20:31
Offline
Aliya_Edd
Ayyyy duyğulandım vallah recourse Həsrətli günlər zad yadıma düşdü.getsin gəlməz olsun.Bu şeiri ailəmi(mama,papa,qaqama) göndərirəm qəlbimdən.Yoldaşım belə şeyləri başa düşməz )))
15 avqust 2013 19:56
Offline
Xedice 033
Qeseng seirlerdi
15 avqust 2013 18:59
Offline
melek huseyn
SENINLEYEM WEIRI MUKEMMEL VE COX TESIRLIDIR
15 avqust 2013 16:00
Offline
çooox gözəl şerdi birinci.təşəkkürlər davamlı olsun belə şerlər
15 avqust 2013 12:30
Offline
Serras
Seninleyem......Dunya durduqca men nefes aldiqcada seninle olacam insallah sende menimle,,,SEN MENIM OMRUMSEN.
SERE gore tesekkurler.
15 avqust 2013 02:49
Offline
Fidan
Gözəl şeirdi,çox sağolun
14 avqust 2013 22:34
Offline
❤Xəyalə Dilək❤(Ələkbərova)
ureyim dayandi az qalsin..... sorry coooooox eladi bu weir
14 avqust 2013 20:58
Offline
eliyeva
1ci weir cox gozel idi, beyendim, ureyinize sagliq
14 avqust 2013 14:37
Offline
Ibrahimova Ceyran
cox gozeldiler.tesekkurler
14 avqust 2013 12:14
Offline
♥♥♥AZƏRBAYCAN GÖZƏLİ.♥♥♥
gozel seirdiler tesekurler..
14 avqust 2013 11:36
Offline
DENIZ
tewekkurler wer ucun
14 avqust 2013 11:31
Offline
SR (Nişanlı)
tewekur edirem coxx gozel seyirlerdii give_ros
14 avqust 2013 11:25
Offline
Aysun Memmedova
Mənim qəmim yenilmir ki, nə vermişdin həmin qəmin

Qəmlərinə salam denən, qəmlərin də olsun əmin,

Köhnə eşqdən nə qalıbsa, köhnəlməyin o eşq həmin.

Bircə dəfə boylan mənə görəcəksən həminləyəm,

Harda olsam fərq eyləməz, ay sevgilim, səninləyəm.
cray
SUPERDI TWK
14 avqust 2013 11:15
Offline
๑۩۞۩๑ Бест модел๑۩۞۩๑
gozel serdi cox beyendim tesekkur.
14 avqust 2013 09:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!