Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

İnsan axtarıram

 

İnsan axtarıram

 

Göz yaşları saf və təmizdir. Qəlbdən gəlir çünki... 

Heyhat!... Bu dövrdə , o göz yaşlarıda saxtalaşdı. 

İnsanları sabaha səsləyən sözlər də var ki,

Elə o sözlər də insanlar kimi saxtalaşdı.

Bəzilərinin hələ də təmiz bildiyi gözlər,

Qəlblərin aynası olan, o sevgi dolu gözlər.

Gözlərdəki, o baxışlar. Onlar da başqalaşdı.

...  Eh, indi nə qaldı ki? 

Anlayıb düşünürsənmi? 

 Dəyişilib başqalaşmayan, saxtalaşamayan, 

saflığını itirməmiş, 

İnsan olan qaldımı? 

Məni qınama, Həyat! 

 İnsan axtarıram. İnsan! 

Tapsam ona ürəklə sevgi ehsan edəcəyəm. 

Göz yaşları təmiz olan, 

Özü, sözü bir olan, 

Həyat verən, bölüşən, 

Bağışlayan, 

Doğmalaşan, 

Sevinclərə şərik olan, 

Sevən, sevgini bilən,

Əhdə vəfalı , sadiq sirdaş,

Dost qədrini bilən,

Doğmalarına yadlaşmayan,

Qəlbi daşlaşmayan,

Gözü başqalaşmayan,

Sözü saxtalaşmayan,

İnsan axtarıram. İnsan!

Tapsam ona ürəklə sevgi ehsan edəcəyəm.

Ona saf eşqimlə dolu Dünyamı verəcəyəm.

İnsan axtarıram

Etiraf

Sən sabahımın günəşi,

Qurub edən saf sevgimsən.

Sən həyatımın nəşəsi,

İtirdiyim cövhərsən.

 

Sənsizliyimin rüzgarı,

Sənsizliyin ünvanısan.

Yaşananların limanı,

Sevgimizin xəzanısan.

 

Bu günümüzün dünəni,

Artıq qayıtmaz keçmişsən.

İncidilən saf qəlbimi

Fəqət tərk edib getmişsən.

 

Qəlbimdəkilərin dili,

Səssizliyimin səsisən.

Gözlərimdə olan sevgi,

Üzümdəki kədərmisən.

 

Sevincimizin hicrani,

Qayıtmayan vüsalımsan.

Dünənimin xatirəsi,

Sabahımın yoxluğusan.


Yanlızlığımın təkliyi,

Artıq xoşbəxt bir birliksən.

Zaman unutdurar məni,

Qədərindəkin sevərsən.

müəllif: Gülnar

 

Səslərin sayı: 10
44
4598
Şərhlər
Offline
NAR çiçəyi
Deniz Ilhan, give_ros
 ♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•, give_ros
beyenmenize sevindim... love
22 sentyabr 2013 17:23
Offline
13 sentyabr 2013 17:36
Offline
Deniz Ilhan
qeseng seirlerdi tewekkurler give_ros
3 avqust 2013 13:47
Offline
NAR çiçəyi
❤PrINcESsA❤ ,
chox sag olun give_ros
5 iyul 2013 20:38
Offline
Samir Aliyev
tesekurler qeseng seirdi
5 iyul 2013 19:30
Offline
NAR çiçəyi
nanara, give_ros
Ruhəngiz, give_ros
AY İŞIĞI, give_ros
Semra(F), give_ros
Deniz84, give_ros
PURE LOVE, give_ros
Zehra Bedirxanli, give_ros

iskom, give_ros
ARZU, ALLAH sebr versin size recourse
Nigar Sultan, give_ros
tubu kerimova, give_ros
alyeva zulya, give_ros
Kamailba, give_ros

xanimlar diqqetinize gore minnetdaram
5 iyul 2013 13:43
Offline
alyeva zulya
ela dogrudan beyendim ve cray
2 iyul 2013 23:23
Offline
Asi
Deniz84,
Niyə bacım səbəb nədir

seebeb o gunun tarixi/ ama bura yazmaq istemirem istesen wexsiye yazaram/
2 iyul 2013 09:35
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
PƏRVANƏ ƏLİYEVA......
Gozel sheire gore cox teshakkur edirem.cox xoshuma geldi..
Mene zeng etme daha...
Alovlarin qoynunda yanan bir chichek kimi men choxdan mehv olmusham.
Mene zeng etme daha...
Omrumun yaddashinda en aci gerchek kimi bilirem ki, men artiq seninchun choxdan unudulmusham.
mene zeng etme daha...
Dumanli xeyalimda gozlerin de, ozun de canlana bilmir artiq...
Ne gozledim, ne oldu?
Urek de qaya kimi, dash kimi danishmir, dinmir artiq.
Mene zeng etme daha...
Qisa vaxt kesiyinde sen her sheyi unutdun, bu tale oyununda men uduzdum, sen uddun.
Gunde bir qadin ile gezirsen veyil-veyil...
Feqet esas bu deyil! Birce bu olsa ne qem?
Esas odur ki, quzum, men sherefli meglubam, sen sherefsiz qalibsen!

Mene zeng etme daha, ozum de zeng etmerem...
Bu da bir sinaq idi, ureyim bunu bilmir.
Ona gore de tanri deveye qanad vermir!!!
Mene zeng etme daha...
Faydasi yox zenglerin...
Ellerim eline evvelki tek can atmir daha.
Zeng etsen de, sevgilim, bir bunu eshideceksen:
"Bu nomreye zeng chatmir, telefon ya sondurulub, ya da ehate dairesi xaricindedir"
Zeng chatmir...zeng chatmir...!!!
bu da kashangdi ....................
1 iyul 2013 23:00
Offline
tubu kerimova
ele men de insan axtariram insan.
1 iyul 2013 10:59
Offline
Nigar Sultan
məktəbdə oxuanda mən də şeir yazırdım
1 iyul 2013 08:04
Offline
Arzu
Sevincimizin hicrani,

Qayıtmayan vüsalımsan.

Dünənimin xatirəsi,

Sabahımın yoxluğusan
gec tapib tez itirdiyim korpemi bir daha xatirladim onsuz her gun xatirlayiram.uzide gordum axirinci defe onu hele o sehne gozlerimin onundedire.. recourse cox saq olun gozel serlerdi give_ros
1 iyul 2013 02:38
Offline
Kamailba
give_hea Məhəbbət love

Kiminə qəm verir kiminə sevinc
Baş açmaq olmayır nədir məhəbbət.
Sadəcə ağızdan çıxan kəlmədir?
Yoxsa dodaqlarda qalan nəğmədir?

Dərindir mənası düşünmə əbəs
Kimi üçün gəlib-gedici həvəs
Kimi üçün ürəkdə qalan yarədir.
Görəsən məhəbbət nəyə çarədir?

Sevilib-sevənlər, kama yetənlər
Məhəbbət yolunda qoşa gedənlər
Uzaqdır məhəbbət dərdi-qəmindən.
Hər zaman məhəbbət yolunda inan
Olmur xoş ömür sürmək mehriban

Məhəbbət sahildə dayanan gəmi
yYükü isə ayrılıq olmasın heç vaxt.
Olsada ayrılıq yükü gəminin
uuzaq sahillərə aparsın qonaq

Məhəbbət ülvidir, məhəbbət dərin
Sevgi dərgahıdır o, sevənlərin.
1 iyul 2013 01:47
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
NUREL
sere gore minnetdaram, tesekkurler bacim...
30 iyun 2013 23:56
Offline
Aysel İ.
Bu gunu kim qeyd edirse/ Hamisini tebrik edire,/ ama men ne qebul edirem nedeki qeyd edirem/

Niyə bacım səbəb nədir. scratch_
30 iyun 2013 23:45
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Zehra Bedirxanli
gozel şeirdir. teşekkürler.
30 iyun 2013 23:44
imza: QADİN.NET
Offline
Asi
Deniz84,
Bu gün Sevgililər günüdür həmdə.

Bu gunu kim qeyd edirse/ Hamisini tebrik edire,/ ama men ne qebul edirem nedeki qeyd edirem/
30 iyun 2013 23:31
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Aysel İ.
Əsl dostluq

Qasırğa, külək qırar tək ağacı çox asan,

Tənha ağaca bənzər,dostu olmayan insan.

Dostluq arxa,dayaqdır,saf dilək,xoş niyyətdir,

Tək əldən səs çıxmayır,sıx birlik,ünsiyyətdir.



Bir-birinə sadiq dost,həyatdan razı qalar,

Dar günündə həmdəmi,şad gündə başda olar.

Əsil dostluq edənin,heç vaxt andı pozulmaz,

Dost sözü bütöv olub,hecayla da yazılmaz.



Bu sözdəki dörd hərif ,mənanı dərin etdi,

D dəmir kimi möhkəm,O ocaq kimi isti,

S səma kimi təmiz, T torpaq tək müqəddəs,

Bu dörd cür şərtə gərək, əməl eyləsin hər kəs.

Şerlərin xoşuma gəldi əsasən də birinci. give_ros
30 iyun 2013 23:28
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
pure love
gözəl şeir üçün təşəkkürler give_hea
30 iyun 2013 23:28
Offline
Aysel İ.
İLHAM-FƏRİZƏ



Bir toy çalınmışdır,otuz iyunda,

Gəlinlə qoşaydı bəy öz toyunda.

Fələk də fırlandı namərd oyunda,

Gözlərdən yanağa yaş süzə-süzə,

Dillərdə dastandırİLHAM ,FƏRİZƏ



Elin harayına qalxmışdır İLHAM,

Düşməni yandırıb,yaxmışdı İLHAM.

Bir sevən ürəyə axmışdı İLHAM,

Qeyrəti,hünəri sığmadı sözə ,

Dillərdə dastandır İLHAM ,FƏRİZƏ



Odlu məhəbbətlə sevdi ürəklər,

Nakam məhəbbətlə söndü diləklər.

İlhamı yanvarda vurdu köpəklər,

Sevən qız,çətin ki,bu dağa dözə,

Dillərdə dastandır İLHAM ,FƏRİZƏ.



Fərizə sevgisi sığmaz dəryaya,

İlhamsız baxmadı o,bu dünyaya.

Görənlər nəql edib,cahana yaya,

Bir məğrur sevgilə durduq göz-gözə,

Dillərdə dastandır İLHAM ,FƏRİZƏ.



Vətənə,sevgiyə qurban getdilər,

Qəhrəman aşiqlər ad-san etdilər.

Əsil məhəbbəti dastan etdilər,

Sevənlər al-əlvan gül-çiçək düzə,

Dillərdə dastandır İLHAM , FƏRİZƏ.



Azərbaycan qızı,mərddir ismətin,

Ucalan məbəddir saf məhəbbətin

Gözümüz önündə eşq hekayətin.

ƏSLİ, LEYLİ kimi dilləri gəzə,

Dillərdə dastandır İLHAM, FƏRİZƏ.



O qoşa məzarlar,o qoşa tabut,

Ülvi məhəbbəti etmişdir sübut.

Məhəbbətsiz insan duyğusuz,kobud,

Qəlbini,ruhunu sevgi ilə bəzə,

Dillərdə dastandır İLHAM ,FƏRİZƏ



Otuzu iyunda yığışıb ay,el,

“Sevgililər günü” keçirək hər il.

Dünyada yox belə mətin sevgi, bil,

Qırmızı qərənfil toxundu dizə,

Dillərdə dastandır İLHAM ,FƏRİZƏ.



Ən uca zirvədə əbədi sevgi,

Bir həyat,bir ölüm gətirdi sevgi.

Daş üstə tər çiçək bitirdi sevgi,

Sevgi andımızdır şəhidlər bizə,

Dillərdə dastandır İLHAM ,FƏRİZƏ.



Var olsun ürəkdən sevilib sevən,

Namuslu qız-gəlin qeyrətli ərən.

Vətənin,millətin qədrini bilən,

İradə Gülfir də,vurğundur sizə,

Dillərdə dastandır İLHAM ,FƏRİZƏ

Bu gün Sevgililər günüdür həmdə.
30 iyun 2013 23:22
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )