Bakıda hava
USD AZN
EUR AZN
3 aprel 14:10Ayla Ayla Yaxşı ki Survivor var başımızı qatırıg
41585

Nə yaman dönüksən, sönüksən, dünya!

Nə yaman dönüksən, sönüksən, dünya!

Günahı üstümə atdılar, susdum.

Bütün olanları yaxşıya yozdum.

Sonunda aldandım, yaman uduzdum,

Nə yaman dönüksən, sönüksən, dünya.

 

Qol-qanadı sınmış bir quş kimiyəm,

Qəddarca ovlanmış ceyran kimiyəm.

Hiyləyə qurban getmiş aslan kimiyəm,

Nə yaman dönüksən, sönüksən, dünya.

 

Niyə ömür boyu səni qınadıq?

Vəfana inandıq, biz bel bağladıq.

Yanıldığımızı çox gec anladıq,

Nə yaman dönüksən, sönüksən, dünya.

 

Nə yaman dönüksən, sönüksən, dünya!

Dünya dedikləri bir müəmmadır,

Bir üzü qaradır, bir üzü ağdır.

Təlxək taxta çıxıb zənn edir, şahdır,

Nə yaman dönüksən, sönüksən, dünya.

 

Sənmi günahkarsan, mənmi günahkar?

Çəkinmə, cavabı tez ver aşikar.

Nə oldu qulağın yenə oldu kar?

Nə yaman dönüksən, sönüksən, dünya.

  

Səninlə hələ çox ədavətim var,

Allaha səndən artıq itaətim var.

Bu şerdən sonra nə sualın var?

Nə yaman dönüksən, sönüksən, dünya.

İnsanın ömrünə hörüksən, dünya.

Səslərin sayı: 8
41
3525
Şərhlər
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
vauuu coox super weir idi hem de menali yazan elleriniz var olsun
NE YAMAN DONUKSEN, SONUKSEN DUNYA...
13 sentyabr 2013 17:41
Offline
Yağmur damlası
Dunya deyismeyib,deyisen biz insanlariq.cox sag olun ser ucun.
29 iyul 2013 13:23
Offline
Samir Aliyev
Tesekurler seire gore
6 iyul 2013 11:00
Offline
Angel
Çox gözel şeirdi ellerinize sağlıq
1 iyul 2013 00:06
Offline
jasmin gulum
cox gozel seirdir oxuyub qurtaranda gozumnen yas geldiyini gordum,cox hisli yazmisiz ureyinize sagliq.
27 iyun 2013 13:43
Offline
Aminim
Qol-qanadı sınmış bir quş kimiyəm,
Qəddarca ovlanmış ceyran kimiyəm.
Hiyləyə qurban getmiş aslan kimiyəm,
Nə yaman dönüksən, sönüksən, dünya.
cox xoşum gəldi şerdən
27 iyun 2013 13:23
imza: qadin.net
Offline
dj alena
cox gozel seirdi, ellerinize sagliq, davamli olar insAllah
26 iyun 2013 11:43
Offline
Yasemen
muelleifini bilmesekde gozel seirdir ,tesekkurler
25 iyun 2013 23:08
Offline
PƏRVANƏ ƏLİYEVA......
Gozel sheire gore teshakkur edirem. give_ros
25 iyun 2013 22:16
Offline
Nigar
cox gozel werdi yazanin elleri var olsun
25 iyun 2013 15:59
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Seadet Sexavet
Dunya hemin dunyadir.Safece insanlar get gede deyiwirler.Donukluyu de sonukluyu de insan ovladi yaradir.....
Tewekkurler gozel menali weer ucun..
25 iyun 2013 15:56
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
ulkerstar,
HMMMMMMMMMMM DEMEK ÜİRİN MUELLİFİ MELUM OLDU TEÜEKKUR EDİREM SİZE
25 iyun 2013 15:49
Offline
MÜSƏLMANKA
Maraqlidir çox bəyəndim
25 iyun 2013 14:20
Offline
alisa1971
Dünya birdir. Milyonlarla insanların , hərənin isə öz dünyası var. Görünür ki, siz öz iç dünyanızdan inciksiniz. İnsan dünyaya gələndə onunla bərabər öz dünyası da doğulur, Biz körpə ikən onu görmür və duymuruq. Amma iç dünyamız bizimlə bərabər böyüdükcə , problemlərimiz çoxaldıqca başlayırıq dünyamızdan inciməyə. Və başlayırıq öz iç dünyamızı bu böyük dünyanın yanında çox kiçik görünən qələmlə ağ səhifələrə köçürməyə. Bu zaman qələm çox aciz görünür, sanki təqsirkar odur. Özümüz özümüzdən inciyir və şikayət edirik ,dünyadan küsürük, dünyanının xəbəri olmur. Bizi bizdən alan iç dünyamız....
25 iyun 2013 14:05
Offline
Xəyalə Murad

ulkerstar,

Çox gözəl şer yazmısız. Təsirlidir və olduqca mənalıdır. Davamlı olsun. Yeni şerlərinizi oxumaq ümidi ilə
25 iyun 2013 12:07
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Seriyye Xelilova
müəlifi maraqlidi bu mənali şeirin
25 iyun 2013 11:55
Offline
Gulum
Inwallah bu gun muellifin adini da bilerik Amma caliw iwletmediyin bir gunahi ustune atmasinlar cunki bezen deyirler susmaq raziliq elametidir sonra oyrewerler mubariz olsan daha yaxwidir
25 iyun 2013 11:11
Offline
Louis Vuitton
GulenaY,
Bu texniki problemdir, gün ərzində aradan qalxacaq, yoxsa müəllifsiz xəbər dərc olunmur. smile
25 iyun 2013 10:25
Offline
GulenaY
Bu sheirden sonra suallarim choxdur?Anonim cesaretsiz insan kimsen?Adini niye qeyd etmirsen?Camaat gedib cizma qara edir,ay sevdim ay ureksen ay gereksen ucuz qafiyelerdern sheir yazib beh behle de adlarin yazilar,bashi chixan chixmayan da gelib yazilrar <<ay ne suppper teshekkur>>nedi nedi rey sayi artsin,amma sen her kimsense bu cur gozel sheir yazmisan adin da yoxdur!Bunu sadece cesaretsiz ve menasiz bir insan kimi qiymetlendirirem!
25 iyun 2013 10:22
Offline
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰
۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰,seninle mende serikem
[
TEWEKKUR EDIREM .
25 iyun 2013 00:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )