Bakıda hava
USD AZN
EUR AZN
14:10Ayla Ayla Yaxşı ki Survivor var başımızı qatırıg
41585

Nə fayda

Nə fayda

 Göz yaşın süzülür yanaqlarına,

Silməsən nə fayda, silsən nə fayda.
Çox gec anladın ki, günah sənindir,
Gəlməsən nə fayda, gəlsən nə fayda...

Artıq nə sən mənim, nə mən səninəm,
Nə sənin bəxtinəm, nə taleyinəm,
Bir şeyi başa düş, mən özgəninəm,
Qayıtsan nə fayda, dönsən nə fayda...


 Zaman mən olmuşam, yaş sən olmusan,
Torpaq mən olmuşam, daş sən olmusan,
Üzük mən olmuşam, qaş sən olmusan,
Anlasan nə fayda, bilsən nə fayda...

Adımı qəlbindən ömürlük pozdun,
O qəlbə özgənin adını yazdın,
Sonunda mənim tək səndə uduzdun,
Ağlasan nə fayda, gülsən nə  fayda...

Nə fayda

 Bil ki, zərrə qədər çoxsan mənimçün,
Qəlbimdə zəhərli oxsan mənimçün,
Anaram, sən artıq yoxsan mənimçün,
Yaşasan nə fayda, ölsən nə fayda..!

 

Səslərin sayı: 14
50
3532
Şərhlər
Offline
♥♥S.Nur♥♥
Cox tesirli yazmisiniz,Anar bey.Ellerinize,ureyinize saqliq.Davam edin,Sheirlerinizi gozleyirik...
1 noyabr 2014 22:20
Offline
Nigar
Aferin! Qeweng weir idi.Size ugurlar!
22 aprel 2014 18:23
Offline
13 sentyabr 2013 17:48
Offline
NotAlone (niwanli)
elleriniz var olsun,gewey werdi cray
1 sentyabr 2013 15:18
Offline
SARA91
ALLAH QÜVVƏT VERSİN , UĞURLAR.
13 avqust 2013 15:37
Offline
Yağmur damlası
cox sag olun xeber ucun.bu seri oxumusam deyesen hardasa,eger sehv etmiremse,nese cox tanis geldi.
29 iyul 2013 13:26
Offline
Gulum
Bil ki, zərrə qədər çoxsan mənimçün,
Qəlbimdə zəhərli oxsan mənimçün,
Anaram, sən artıq yoxsan mənimçün,
Yaşasan nə fayda, ölsən nə fayda. WERIN EN COX XOWUMA GELEN BEDI BU OLDU ESL NETICE CIXARTMALI BIR CAVAVDIR tewekuurler size
21 iyun 2013 19:29
Offline
alisa1971
Sonu peşimanlıqla bitən bir məhəbbət şeiri.

Demirəm, sən uca dağsan əyil,
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə.
21 iyun 2013 13:46
Offline
Vəliyeva Arzu
YAXŞIDIR .SAĞ OLUN ŞERƏ GÖRƏ.
21 iyun 2013 13:36
Offline
Yalniz sen
gozel seirdi
21 iyun 2013 13:24
Offline
Anar bəy,çox gözəl şerdi.xəbərləriniz davamlı olsun
21 iyun 2013 11:11
Offline
Sonay Quluzade
Qəşəmg şeirdi, bəyəndim. Müəllifin adını birinci dəfədir görürəm. Kim yazıbsa, qələminə qüvvət, xoşuma gəldi.
21 iyun 2013 09:55
Offline
J e a l o u s y
Göz yaşın süzülür yanaqlarına,

Silməsən nə fayda, silsən nə fayda.
Çox gec anladın ki, günah sənindir,
Gəlməsən nə fayda, gəlsən nə fayda...

Gozel serdir,ellerinize sagliq 5+++
21 iyun 2013 01:28
Offline
Günel Əsədova
Adımı qəlbindən ömürlük pozdun,
O qəlbə özgənin adını yazdın,
Sonunda mənim tək səndə uduzdun,
Ağlasan nə fayda, gülsən nə fayda..
Aglasan nə fayda ,gülsən nə fayda...
21 iyun 2013 00:50
Offline
Ilayda
Beli artiq ne fayda.
21 iyun 2013 00:21
Offline
Beren Saat.
Dolmusam,bulud tek yagmaq isterem,
Ehdimi peymanimi yeniden yazmaq isterem
Yene sen menim olasan deye
Oten gunlere donmek isterem....
21 iyun 2013 00:15
Offline
balaca-zelzele
geseng seirdi cox beyendim recourse
21 iyun 2013 00:11
Offline
Gümüş
Maraqlı şeirdir amma bu şeir mənə tanış gəlir scratch_
21 iyun 2013 00:00
Offline
AyLiN
Men bele ayrilig haqda şeir oxuyanda cox pis oluram.indiki kimi no
20 iyun 2013 23:55
Offline
Aysel İ.
Hüzn dolu bitmiş bir sevgidən bəhs edən bir şeirdir.
20 iyun 2013 23:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış