DƏNİZ, GÖY, MƏHƏBBƏT
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.
– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
III
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
Nəbi Xəzri
XƏBƏR LENTİ
Hava haqqında
Qonaq otağı dizaynları
Mehriban Əliyeva açılışda
Demet Akalın 10 minlik çəkmə geyindi-FOTO
Axmaq Lalita
Uşaqlardan uzaq saxlanılmalı qidalar
Təyyarədə utandı, 76 kq arıqladı - FOTO
Türkiyə “Facebook” və “Instagram”a rəqib yaratdı
Günün qoroskopu: etiraf edin ki, imkanlarınız hüdudsuz deyi
Evlilikdən sonra kişilər niyə belə olurlar?
Şəkidə milli atüstü oyunlar festivalı başlayıb
Asiya səyahəti
Güzgülər - qadınların vazkeçilməzi
Bakı küçələrini klassik avtomobillər bəzəyəcək
Günün qoroskopu: çətinliklər ciddi problemlər deyil
"Seyyid", "Mir", "Ağa" sözlərinin mənası nədir?
Azərbaycan rayonunda hərəkət iflic oldu
Qadin.Netin sevimli simaları (4-cü hissə)
Fan Bingbingə 130 milyon dollarlıq cərimə-FOTO
Kişilər üçün maskalar
BÜRCLƏR bizə nə vəd edir? -25 İyun
Moskvada qoruyucu maska taxmaq tələbi yumşaldılır
Günün qoroskopu: Günəşi görmək istəyirsənsə kölgədən çıx
Evdə hazırlaya biləcəyiniz maskalar
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Ətli tərəvəzli soba kababı (foto resept)
Dünyanın ən iri teleskopu tikilir
Bakıda tramvay xətləri bərpa olunacaq?
Arıqladım
Dəbli qısaboğaz çəkmələr
Ən varlı məşhur o seçildi
Düşmənləri sevindirməmək üçün oxuyun
Azərbaycanda seçkinin nəticələri ləğv edildi
İŞİD-ə qarşı müharibə başladı
Abituriyentlərin nəzərinə!
Məşhur modelyer Hadiseni tənqid etdi-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
BÜRCLƏR bizə nə vəd edir?-14 İyul
Prezident İlham Əliyev: "Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir"
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
Aşer 3-cü dəfə ata olacaq
77 kq arıqlayan qadın: "Kimsə inanmırdı, amma bunu etdim"
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
İlham Əliyev Vatikanda Qarabağı gündəmə gətirdi
40 dərəcə istiyə hazır olun
Vladimir Putin Dağlıq Qarabağda baş verənlərə görə narahatlığını bildirib
Cizgi film qəhrəmanından möhtəşəm evlilik təklifi – VİDEO
Test imtahanı ləğv edilir? - Təhsil Nazirliyi açıqladı
Məşhur cütlüyün övladı olacaq-FOTO
Qonaq otağı dizaynları