Bakıda hava 11°
USD AZN
EUR AZN
13:34Nermin_Guler Evde oturmagdan yorlmusuq camaat cole cixir 13:34Nermin_Guler Hamiya salam necesiz 10:18Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 10:18Xəyalə Murad Evdə Qalın Ki, siz də, ailəniz də Sağlam olsun!
41563

Qadın (şeir)

Qadın (şeir)

Saçının hər teli sığala həsrət,

Saçını həsrətlə darayan qadın.

Alıb ümidini gedən adamı,

Gələn qaraltıda arayan qadın.

 

Verirsən yuxunu nəzir gecələr,

Ruhun otaq-otaq gəzir gecələr,

Yatağın boş yeri küsür gecələr,

Yatmadan sabaha oyanan qadın.

 

Qalxandı hissinə yenə ismətin

Dözürsən olsa da çətindən çətin

Güzgüyə baxmaq da vallah, möhnətin

Özüyçün hər gecə soyunan qadın.

 

Gülümsə, məcbursan hər gün gülməyə,

Qayğısız, bəxtəvər, şad görünməyə.

Onsuz da hazırsan hər gün ölməyə

Əcəl qapısında dayanan qadın.

 

Fərqanə Yusifqızı

 

 

 


Səslərin sayı: 0
0
453
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )