ÖYRƏTMƏ ÖZÜNƏ,ÖYRƏTMƏ MƏNİ
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən Allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi.
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni.
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb-yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
Musa Yaqub
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nailə Əsgər-zadə də koronavirusa yoluxdu
Gürcüstandan gətirilən avtomobillərlə bağlı şok faktlar
Aktrisa ailə qurdu: "Vallah, ərə getdim" - FOTO
Bir ailədən 3 şəhid
Pinar Altuğ da makiyajsız FOTOsunu paylaşdı
İbtidai siniflərdə problem: bu dərsləri kim keçsin?
Dünyada ilk dəfə robot filmdə baş rola çəkiləcək - FOTO
Qəbələdə rabitə xidmətinin keyfiyyəti artırlır
Evdə frappe qəhvə (foto-resept)
Barkod nədir?
11 sentyabr faciəsindən sonra ən sarsıdıcı silahlı hücum
Azərbaycan böyük müharibəyə başlasa, nə baş verəcək?
Cennifer Lopez küknar ağacını belə bəzədi-FOTO
Paşinyandan ŞOK ETİRAF: "Uzun illər səhv etmişik"
Çox saqqız çeynəmək üz gözəlliyini pozur
Azərbaycanda ilan təsərrüfatları yaradılır - VİDEO
Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün
Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?
Android maşınlar üçün də proqram hazırlayır
Dəri ləkələri üçün maskalar
Azərbaycanlılar Rusiyada ev almağa axışır
“Hercai”nin ulduzları səfir seçildilər
Aeroportlarda yeni qaydalar
Böyrək daşı
Kompüter monitorları alan azalır
Finlandiya futbolunda tarixi qərar
Ancelina Coli İlk Dəfə Etiraf Etdi-FOTO
Günün qoroskopu: ötənləri xatırlayıb köks ötürməyin
Hollandiyada "Qarabağ"dan danışdılar
Tolqahan Sayışman efirdən uzaqlaşır-SƏBƏB
Eşli bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dünya kinosunun əfsanəsi vəfat etdi
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Kişilərin burnu qadınlarınkına nisbətən daha böyük olur
Körpəsi olanlara "pullu" xəbər!
Bu robot qaçır, süzür, salamlaşır
Ən sürətli yaddaş kartları göstərildi
Son sutkada Özbəkistanda koronavirusa 738 nəfər yoluxdu
1,3 milyon dollarlıq ətir
Nə gözəl idi uşaqlıq
100 yaşlı seçici: "Ən böyük arzum növbəti seçkilərdə..."
Adın, ata adının və soyadın verilməsi qaydaları dəyişdi
Qatıqla arıqlayın
Şəkil çəkdirərkən işlər tərs gedərsə...
Dünyanın Ən Ağıllı İti Öldü -FOTO
Məşhur aktyor imicini dəyişdi- FOTO
Azərbaycanda 31 şirkət BİRLƏŞDİ
Bayram şirniyyatları
Jennifer Lopezdən 10 saç model
Leonardo da Vinçinin "Gizli axşam yeməyi" əsərinin sirri açıldı
- ŞƏRHLƏR