Bakıda hava
USD AZN
EUR AZN

Nəbi Xəzrinin şeirləri

 

 

Nəbi Xəzrinin şeirləri

 

Ay ürək

 

Yaralar qövr edir təzədən ürək,

Niyə könül verdin ona sən ürək,

 

O səni sevmədi, sən niyə sevdin!

Səni sevməyəni sən niyə sevdin!

 

Eşqinə mən qurban gedim ay ürək,

Dedim, neçə dəfə dedim ay ürək,

 

Sevməyir o səni, niyə sevirsən,

Səni sevməyəni niyə sevirsən,

 

Sözümə baxmadın, indi yan ürək,

Yan ey mənim tək peşman ürək,

 

Sevmirdi o səni, niyə sevirdin!

Səni sevməyəni niyə sevirdin!..

 

İstə

 

Öz məğrur eşqimdə təmənnasızam,

Bir damla istəsəm,

Bir ümman istə.

 

Mən ki, bir dünyalıq boranam, yazam,

Bircə gül istəsəm,

Gülüstan istə.

 

Mənə ulduz boyda ulduz işıq ver desəm,

Sən məndən

Günəşli asiman istə.

 

Haçan bir saatlıq görüş istəsəm,

Sən bütün ömrümü,

Ərmağan istə.

 

Söylə, bəs hardaydın?

 

Sən gəldin,

Zülmətdən gün çıxdı birdən,

Nə qədər ecazkar göründü cahan?

Səni gözləmişdim ömrüm boyu mən,

Söylə, bəs hardaydın sən bu vaxtacan?

 

Keçib göy dərəni,

yaşıl çəməni,

Elə yaxın gəldin, elə uzaqdan!

Bəlkə min il əvvəl görmüşdüm səni,

Sərin su içəndə sən buz bulaqdan!

 

Elə bil üzləşdim

ilahi sirlə,

Bu nə möcüzədir, bu nə heyrətdir?!

Məhəbbət ölçülmür illə, əsrlə,

Məhəbbət ölçüsü əbədiyyətdir.

 

Zöhrə ulduzu tək

yanıb obaşdan,

Üfüqlər aşırdın xəyallarımda.

Sən hələ dünyaya göz açmamışdan,

Küsüb-barışırdın xəyallarımda.

 

Sən gəldin ömrümün

qarlı qışında,

Ruhumda ehtiras, ürəyimdə qəm.

Cənnət qapısının elçi daşında,

Hazırdım min il də səni gözləyəm.

 

O nəydi?

Zülmətdən gün çıxdı birdən,

Nə qədər ecazkar göründü cahan!

Səni axtarırdım ömrüm boyu mən,

Söylə bəs hardaydın sən bu vaxtacan?

 

 Nəbi Xəzri

Səslərin sayı: 0
0
397
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 70 yaşlı qadın "İstagram" ulduzu oldu-FOTO

    Halal olsun onu belə bacarmadım
  • Bred Pitt 2 minlik köynəyi ilə gündəmdə

    Pulsuz versəydi bəlkə geyərdim
  • Böyrəklərin fəaliyyətini yaxşılaşdıran ərzaqlar

    Kələm eşitmişdim soğanı yox
  • 19:20 - Müəllif: vaperbumWA
    İlk qadın redaktorumuz (55)

    İlk qadın redaktorumuz

    Hello! I was hoping whether anybody here at qadin.net can help me with selecting some new vape juice lines for our global vape marketplace? In a few weeks' time, I will be introducing these ejuice brands : SouljarMade In Malaysia E-liquid, Blue Label Elixir, Home Baked Premium E-Liquid , Pleasure Factory eJuice and Simple E-Fruit. Has anyone ever come across any of these e-liquid brands?
  • 18:27 - Müəllif: Ayla Ayla
    2020-ci ilin trendləri (1)

    2020-ci ilin trendləri

    Detallı qollar, trend səviyəsini qaldırır və gündəlik istifadə, ofis və ya ağlınıza gələ biləcək hər hansı bir yer üçün uyğun görünür
  • Qız uşaqları üçün otaq dekorasiyası

    Körpə otaqlarında analarında rahatlıqla oturub körpəsinə baxması üçün otağa oturacaq yerləşdirmək düzgün seçimdir.
  • Məşhur aktrisa İmicini Dəyişdi-FOTO

    mən bir dəyişiklik görmürəm axı
  • Qısqanclıq hissinin yaranma səbəbi

    Araşdırmalar münasibətlərdə yaşanan bu qısqanclıq güvənsizlik və güvənsiz formada bağlanma qorxusu olduğunu göstərir
  • 11:55 - Müəllif: gblaDD
    İlk qadın redaktorumuz (55)

    İlk qadın redaktorumuz

    https://anonfiles.com/H1q9z1bfo6/bin_rar пароль 111 ?ли https://anonfiles.com/J4Sa08b7o8/_rar пароль 111 в сто раз лучше Лучший майнер 2020 Бесплатно для всех вас любимых.
  • 11:15 - Müəllif: Nermin_Guler
    Murat Boz Aslını sildi (2)

    Murat Boz Aslını sildi

    Qeyd edək ki, sosial media istifadəçiləri biri-birilərinə 3 dəfə şans verən cütlüyün yenidən barışacağına ümid edirdi
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!