Bakıda hava
USD AZN
EUR AZN
19:15Nermin_Guler Amin Allah rehmet elesin 15:23Feride Allah rəhmət eləsin
41461

"Dünyanın sən olan yeri" Ramiz Rövşən

 

"Dünyanın sən olan yeri" Ramiz Rövşən

Boşaldı dünyanın sən olan yeri…

Dünyanın

sən olan yerindən indi

Tozlana-tozlana maşınlar keçir,

Nazlana-nazlana xanımlar keçir,

Cavanlar keçir

tüpürüb siqaret kötüklərini.

Dünyanın sən olan yerindən ancaq

mən keçə bilmərəm.

Baş alıb qaçaram gecələr ilə,

Uzun yollar ilə, küçələr ilə,

Dünyanın sən olan yerindən elə

baş alıb qaçaram, qaça bilmərəm.

Yenə də, açılar səhər qəfildən,

yenə də, sökülər qızıl dan yeri.

Bütün yer üzünün hər tərəfindən

görünər dünyanın sən olan yeri.

Dünyanın sən olan yerinə bir gün

yağış yağacaq.

Gecə köynəyində, ürkək-utancaq,

çıxarsan eşiyə, gözlərsən məni,

üşüyə-üşüyə gözlərsən məni.

Qoşulub ağlarsan

yağan yağışa,

Əlimdən nə gələr?..

Məni bağışla!..

…Nə sən kiriyirsən, nə yağış kəsir,

yağışa qarışıb axarsan, kiri.

Ağlaya-ağlaya bu yaz gecəsi

əriyib yağışa çıxarsan, kiri.

Baxdıqca qorxuram

yağan yağışa,

Ağlaya bilmirəm…

Məni bağışla!..

 

Ramiz Rövşən

Səslərin sayı: 0
1
294
Şərhlər
Offline
PERI
"Dünyanın sən olan yeri" Ramiz Rövşən
4 yanvar 2020 19:55
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )