Bakıda hava 18°
USD AZN
EUR AZN
12:14Xəyalə Murad Evdə qalın, sağlam olun! 12:14Xəyalə Murad Hər vaxtınız xeyir,Əziz Qadin.Netlilər! 11:31Feride Hamiya salam necesiz
41574

Daşıya bilmirəm

       Daşıya bilmirəm

 Bərk  xəzri  əsirdi. Səsi aləmi başına götürmüşdü. Küçələrdə  gücü  çatan nə vardısa qarşısına  alıb aparırdı. Axşamüstünün bu xəzrisində Günel də qaçırdı.  Deyəsən ayağı  yalın idi. Darvazadan necə  çıxmışdısa bir gözü arxada qaçırdı. Əynində  qırmızı ev xalatı idi. Sanki indi  kiminsə  onun arxasınca  gələcəyindən və onu  yolun  yarısında tutub geri  qaytaracağından qorxurdu. Külək  saçlarını  dağıdıb, üzünə -gözünə vururdu.Bir qədər  qaçmışdı, amma  gözü arxada   idi. Günel küləyin istiqamətində qaçmırdı, əks istiqamətdə qaçırdı,  külək də bir tərəfdən qaçmasına mane olurdu, sanki, onu geri qaytarmağa  çalışırdı.  Günel bir də arxaya çevrilib  baxdıqda  qızının darvazadan  çıxaraq ona tərəf  ağlayaraq  qaçdığını gördü. Günel durmadan  qaçaraq, "tez gəl "-deyə  uşağı çağırırdı. Uşaq ananın arxasınca qaçırdı. Darvazadan  yenə də bir uşaq  ağlaya-ağlaya  çıxdı  və o da  anasının arxasınca  qaçmağa başladı. Uşaqlar  analarının arxasınca  qışqırır, ağlayır, ona çatmağa  çalışırdılar, külək də bir tərəfdən aman vermirdi. Uşaqlar  sanki qaça bilmirdilər,  amma  üzü küləyə  bir qədər getmişdilər ki,  darvazadan  daha biri, bu dəfə  yekəpər bir kişi  çıxaraq  uşaqların arxasınca qaçmağa başladı. Ana ürəyi dözmədi, geriyə qayıtdı, tələsik  ona yaxın olan böyük uşağı qucağına aldı, kiçik uşağı da  götürmək istəyirdi , amma  mümkün olmadı, yekəpər artıq kiçik uşağa çatmışdı, uşaqlar ikisi də ağlayırdı, Günel daha  kiçik uşağı götürə bilmədi,  bircə qıznı qucağına ala bildi  və qaçmağa  başladı.

"Qayıt! - deyə yekəpər  qışqırırdı- yoxsa uşağı verməyəcəyəm". Ananın  isə qızına  gücü çatmadığından  uşağı yerə qoyub əlindən tutdu və  durmadan  qızı ilə  bərabər qaçmağa başladılar. Uşaq qaça bilmirdi, ana sanki uşağı arxasınca  sürüyürdaü. Geri qayıda bilməzdi, qayıtsa yəqin ki,  yekəpər onu döyəcəkdi. Kiçik uşaq ağlayır, anasını istəyirdi. Ana isə daha  geri baxmırdı, qaçırdı, ayağı tutduqca qaçırdı. Yekəpər də bir xeyli  onların  arxasınca qaçdı, amma  Günelə çata bilməyəcəyini düşünüb kiçik uşaqla birgə geri qayıtdı.

    Günel birtəhər  özünü  atası evinə  çatdırdı. Üzü küləyə qaçdığından bərk təngnəfəs olmuşdu. İçəri  girər-girməz elə qapıdaca anasının  sual dolu nəzərləri  ona dikildi.  Ana sanki deyirdi: "Yenə nə olub?". Günel  uşağın əlini buraxıb  içəri otağa keçdi, özünü  çarpayıya yıxaraq  gücü çatdıqca hönkürməyə başladı. Küləklə çarpışdığından, yoxsa , ərinin  onu yolun ortasında  yaxalayacağından  belə bərk qorxub  ağlayırdı, ya  zərif çiyinlərnin  bu tale yükünü  daşıya bilmədiyindən  ağlayırdı, bircə onu bilmirdi, amma  ağlayırdı.

Artıq  anası da yanında idi. Başının üstündə oturub qabarlı əllərini  Günelin  saçlarında gəzdirirdi:

-Ağlama qızım, ağlama...

  Ana  qızına  həyat yoldaşı seçimində yanılmışdı. Bir zamanlar  qızı  barəsində qurduğu  o gözəl xəyalları deyəsən bir-bir  puça çıxırdı.

- Ana, yoxsa  talelərimiz  təkrar olur. Bu nədir, ana, sənin yaşadıqlarını  mən də deyəsən  yenidən çəkirəm. Mən bu yükü  daşıya bilmərəm , ana. Sənin qatlaşdığın əziyyətlərə  mən qatlaşa bilmərəm, ana. Amma  ona da  dözə bilmirəm artıq. Nə üzə bilmirəm, nə dözə bilmirəm-  deyərək içini çəkdi. Ana Güneli dinləyir, amma  heç nə deyə bilmirdi.  O , nəvəsinə  yeməyə bir şey hazırlamaq üçün mətbəxə keçdi. 

Daşıya bilmirəm

   Hava qaralmışdı, amma külək hələ də kəsməmişdi. Günel çarpayıdan qalxmaq istəmirdi, elə buradaca yatıb, yuxusuyla  bu dünyaya  əlvida demək istəyirdi. Bu zaman  qızı  da  anasının  yanına  gəldi . Uşaq  deyəsən yatmaq istəyirdi, anasının  qucağına  girdi. Günel qızını  bərk-bərk qucaqladı, gözlərində  həyat eşqi  yenidən  yanmağa başladı  və  yenə kövrəldi, gözləri doldu. Günelin anası ondan xəbərsiz  yenə başının üstündə durmuşdu, qızı ilə nəvəsinə baxırdı.

Günel hiss etdi, hiss etdi ki, anası başının üstündə durub:

-Ana, yanımızda uzan.

Ana qızının  çarpayısında  oturdu

-Ana, bizə layla oxu, mən uşaq ikən oxuduğun laylanı.

Ana  dolmuşdu ,qəhər onu boğurdu, amma  oxumaya bilməzdi ,ürəyi dolu idi  və ana  iki  əziz övladına lay-lay oxumağa başladı.Eləcə qızının telinə sığal  çəkə-çəkə  həzin səslə oxuyurdu. Uşaq  bu şirin avazın təsirindən yuxuya getmişdi, ana və qızı isə yata bilmirdi. Günel özünü yatmış kimi göstərirdi, amma  yata bimirdi.Sadəcə gözlərini yummuşdu.

Ana fikirləşirdi, ərim ya oğlum olsaydı, bəlkə qızımın  başına  bu işlər gəlməzdi. Günel də gözləri yumulu eyni şeyləri fikirləşirdi, atam  ya qardaşım olsaydı bəlkə ərim onlardan  çəkinərdi. Hər ikisi eyni  şeyləri düşünürdü, bir-birindən xəbərsiz.

Artıq səhər açılırdı. Günel oyananda  anasını başının üstündə görmədi.

Yerindən qalxdı, üstünü-başını səliqəyə saldı, əl-üzünü yuyub, saçına  daraq  çəkdi. Gəlib  hələ də yatmış qızına baxmağa başladı, oyatmaq istəyirdi və sakitcə qızını çağırmağa başladı, bu zaman  anası içəri girdi:

-Ay qızım, niyə oyadırsan, qoy yatıb.

-Yox ana, oyatmalıyam, gedirəm.

-Hara, qızım?

-Evimə gedirəm ,ana. 

- Axı...

-Yox, ana, oğlumsuz  dözə bilmirəm. Uşaq atasının yanında qaldı, bu gecə necə yatdı, necə yedi bilmədim. Bir az xəstə idi, bəlkə də gecə üstüaçıq qalıb, yenidən soyuqlayar, dözə bilmərəm, ana, oğlumsuz  dözə bilmərəm...

Qızını oyatdı, çarpayıdan düşürdü, səliqə ilə saçlarını darayıb sonra da  hördü. Və əlindən tutub həyətə çıxdılar, Günel qapıdan ayağına bir şey geyib, ata həyətindən çıxaraq  öz evinə sarı üz tutdu. Dünəndən əsən külək hələ də kəsmək bilmirdi.Dünən Güneli  geriyə qovan külək, indi onu evinə aparırdı. Bu dəfə Günelə rahat  idi, axı külək onu  öz istiqamətində aparırdı, evinə doğru. Yol boyu  nələr düşündü, nələr. Güneli qorxudan taleyin amansız  küləkləri idi.

Artıq evinə  çatmışdı.  Evinin qapısını açıb içəri girdi. Qaynanasının  sual və məzəmmət dolu baxışları ona dikilmişdi. Yekəpər  stolun arxasında oturub, səhər-səhər nə isə yeyirdi, tikələri ağzında marçıldada-marçıldada udurdu, birinci tikəni udmamış digərini ağzına dürtürdü. Heç geri də çevrilmədi.

-Gəldin? Niyə gəldin? Bilirdim gələcəksən. Gəlməyib neyləyəcəkdin ki?

Səslərin sayı: 8
61
5045
Şərhlər
Offline
Sirli_dunyam
indiki zemanede ata-qardawda hec dayaq durmur evinde olumun cixmalidir meselesi gerekki insan ozu ayagdadurmagi bacarsin
7 sentyabr 2013 13:29
Offline
BIBIXANIM
e heyatddi da qadinin seneti olmalidir
7 sentyabr 2013 13:29
Offline
Sirli_dunyam
ne bilimeee o anaki oz qizina deye bilirki doz ailende otur bowanma bilmiremki niye ogluna demirki sebr ele geline el qaldirma ne bilimeee bele weyler ewidende eseblerim pozulur niye axi hemiwe qadin eziyyet ceksin niye axi hemiwe qadin doyulub teqqir olunsun niye axi hemiwe qadina xeyanet edilsin ve bezi adamlarda kiwidirdeyib kiwiye haqq qazandirsin axi niye...?
7 sentyabr 2013 13:27
Offline
Sada
Belə yazıları görəndə dərin fikrə gedirəm..hər zaman belə qadınlara kömək etmək istəmişəm..Mənim şansım həyatda gətirib amma belələrinə qarşı laqeyd qala bilmirəm..Atam da qardaşlarım da sagdı şükür..təhsilim də var..savadim da..amma ailənin yazilmaz qanunları var...Anama bir kəlmə deyə bilmərəm get otur səndə də az yoxdu deyər..amma atam qardaşlarim məni dəstəkləyər..Bir bibim var gəlib məni incidənə elə bir dərs verər ki...Amma bunlar mənə lazim olmadi şansim gətirdi həyat yoldaşim məni incidənə elə dərs verər ki..Bunları yazmaqda məqsədim odur ki gərək "ADAM BALASINA" rast gələsən bu həyatda..O qədərbelə gözüyaşlı qadınlarımız var ki...Heyif ki əlimizdən bir şey gəlmir..heç belə "hallara" qanun da kömək eləmir...
Louis Vuitton,
Sənin fikirlərinlə razıyam..Amma o qədər təhsilli həm də necə alicənab qızlarəməz belə"ərziyəzlərin "qaynana" adi ilə əfi ilanların əlində zülm çəkirlər....MIN DƏ BİR VAXT DEYİRDİM BELƏ QADINLARIMIZA BOŞAN CANİN QURTARSİN..AMMA DEMƏLİ OLMUR BƏZƏN....Boşanmaq istəyənə də elə dərs verir ki ətrafdakıların fitfası ilə üstünə də bir damga "namus üstə öldürdüm"....Sözün bitdiyi yer.......
7 sentyabr 2013 13:10
Offline
cicek
maraqli idi twk
7 sentyabr 2013 12:49
Offline
Almaz S.
Alisa yeni bir hekayəni təqdim etdin,həmişəki kimi maraqlıdır.Günelin çəkdiyi acıların sonu necə olacaq görəsən?Qaynanasının baxışlarından məlum olur ki,o da Güneli başa düşmür.Ardı olacaq?gözləyirik
7 sentyabr 2013 12:20
Offline
Ibrahimova Gulya♥S♥
ana olmaq bele yeqin bele hissdi, ovladsizliga tab getire bilmemek , belke de uwaqlari olmasaydi o da asan yolu ölümü secerdi. ALLAH butun qadinlara xeyallarinda qurdugu aileni yawamagi nesib etsin Amin recourse
7 sentyabr 2013 12:12
Offline
Louis Vuitton
Deniz84,
Ne ureyimden keceni yazdin....
Meydin cixmalidir deyirler, ya qiz dozmur intihar edir, ya da doyulmekden olur shok
7 sentyabr 2013 11:59
Offline
nigar
Allah haminin ureyine gore versin.
7 sentyabr 2013 11:51
Offline
Aysel İ.
Beli ilk bedbextliyi onda olub ki atasiz ve qardassiz olub. atasi qardasi olmayani tek gorur bele alcaqlar.

O QƏDƏR QARDAŞI ,ATASI OLANLAR VAR Kİ, BU DƏRDƏ QADIN GƏLİR EVƏ ATA ,QARDAŞ "məni incidir döyür söyür bu gədə..." Ata və qardaş cavabında "get ordan sənin meyidin çıxmalıdı.Ərindi döyərdə sevərdə"...Sonra da narkaman ər qızı öldürür gedib meyidini gətirirlər..mən şəxsən şahidi olmuşam bunun...
Belə qardaşın ,atanın olmağındansa olmamağı yaxşıdı
7 sentyabr 2013 11:31
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Sevgi.
Cox sag olun bu gozel yaziya gore cox teessufki yekeper kimi insanlardan neylesekde qacmaq olmur ehhh herenin bircur bexti taleyi olur
7 sentyabr 2013 11:28
Offline
nazile akifqizi
Louis Vuitton,
cox bedbextmis Gunel. Beli ilk bedbextliyi onda olub ki atasiz ve qardassiz olub. atasi qardasi olmayani tek gorur bele alcaqlar. qadina gucleri catir cunki yekeper gedelerin. Duzdu pis adam ele hemise pisdi amma adami arxali gorende hec olmasa bir az qorxan cekinen yerleri olur . Birde yene menim bir ikrim yerine dusdu. Qizlar mutleq oxumalidilar,oz ayaqlari ustund durmaqlari ucun bele alcaq gedelerin ve ecilaf qaynanalarin"yene geldin, gelmeyib ne edecekdin"mezzemmetine esitmemek ucun analar mutleq qizlarinizi oxudun. Allah hec imi atasiz qardassiz etmesin.
7 sentyabr 2013 11:10
Offline
AFET
çox maraqli idi maraqla oxudum bir ara qeherde boğdu meni eh pis insana ata qardaş neylesin
7 sentyabr 2013 10:59
Offline
Nigar
cox sagolun heyatdada o qeder bele problemler var ki Allah cumlemizi pis insanlardan onlarin werrinden qorusun amin recourse
7 sentyabr 2013 10:56
imza: Allahın cümləmizə yar olsun amin
Offline
melek
Allah onun kimi insanlarin cezasini versin !!-verecekde . Amma onu deyim ki atasi qardasi olanlarda bu eziyeti cekir bu heyati yawayir.
7 sentyabr 2013 10:55
Offline
Ruhəngiz
Canım bacım,çox maraqla oxudum.ALLAH pis insanların ürəyinə rəhm salsın,ALLAH zülm çəkənlərə səbr versin.AMİN.Təşəkkürlər bacım.
7 sentyabr 2013 10:42
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Aysel İ.
Ona görə qızlarımız oxumalı, heç kimdən asılı olmamaq üçün ayaq üstə durmağı bacarmalıdır ki, belə əskik adamların qarşısında aciz qalmasın.
Səhər-səhər çox kövrəldim belə qadınlar çoxdur indi cəmiyyətimizdə.

Yekəpər stolun arxasında oturub, səhər-səhər nə isə yeyirdi, tikələri ağzında marçıldada-marçıldada udurdu, birinci tikəni udmamış digərini ağzına dürtürdü.
İnşallah boğular.....
7 sentyabr 2013 10:34
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
wwwwwwwwwwwwwwwww
allah bele (yekeperlerin)cezasini versin
7 sentyabr 2013 10:26
Offline
Louis Vuitton
Off Alisa, off, off...seher-seher gozumun yashini tokdu yene...
Ana beledir, analar fedakardir, ovlad ucun butun gozelliklere goz yummaga hazirdilar.
Bir cumle var hekayede ki, belke atasi qardashi olsaydi yekeper bele etmezdi. Yox, ele deyil, ezazil ele ezazildi, onu hec ne deyishmir...
Amma bu yazi menim fikrimce sirf heyatdan goturulmush bir epizoddur, cox tebiidir cunki..
Teshekkurler, Alisa...
7 sentyabr 2013 09:51
Offline
Sirli_dunyam
aydaa maragli geldiye tewekkur edirem o yekeper yenede doydu qizi goresen?
7 sentyabr 2013 09:30
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!