Bu axşam evə gəldiyim zaman həyat yoldaşım axşam yeməyini hazırlayırdı. Əlini tutdum və ona vacib söz demək istədiyimi söylədim. Stula əyləşdi və səssizcə yeməyini yeməyə başladı. Yenə gözlərində həmin qorxunu gördüm. Bir an qəlbim sıxıldı, ağızımı aça bilmirdim. Amma düşüncələrimi onunla bölüşməli idim. Odur ki, dedim: "Mən boşanmaq istəyirəm". Əsəbiləşmədi. Sözlərimə cavab vermədi, yalnız səbəbini soruşdu.
Cavab verə bilmədim və məhz buna çox əsəbiləşdi. Əlindəki çəngəl-bıçaqları atdı. Mənə qışqırdı və insan olmadığımı dedi. Həmin gecə heç bir söz danışmadıq. Həyat yoldaşım bütün gecə ağlamışdı. Hiss edirdim - evliliyimizin necə olacağını düşünürdü, amma onu təmin edəcək bir şey söyləyə bilməzdim. Mən Jannaya aşiq olmuşdum. Həyat yoldaşımı isə artıq sevmirdim.
Bu vicdan əzabı ilə bir boşanma müqaviləsi hazırladım. Evi, maşını və şirkətin 30%-ni ona verəcəkdim. Müqaviləyə qısa bir müddət baxdıqdan sonra cırdı. 10 il həyatımı paylaşdığım bu qadın mənə yad olmuşdu. Onun xərclədiyi zamana və enerjiyə kədərlənirdim, amma geri dönə bilməzdim. Jannaya çox aşiq olmuşdum. Sonra hıçqıra-hıçqıra ağlamaya başladı. Bu, məhz mənim gözlədiyim bir reaksiya idi. Onun ağlaması mənim yüngülləşməyimə səbəb olmuşdu. Neçə vaxt idi boşanmaq haqqında düşünürdüm və indi bu duyğunu daha da güclü hiss edirdim və doğru qərar verdiyimdən əmin idim.
Ertəsi gün axşam evə gec gəlmişdim və həyat yoldaşımın masa arxasında yazı yazdığını gördüm. Yuxum gəldiyi üçün axşam yeməyini yemədən yatağa getdim. Janna ilə keçirdiyim saatlar məni yormuşdu. Gecə yarısı yuxudan oyandım və onu hələ də yazı yazarkən gördüm. Amma bu mənim vecimə də deyildi, başımı yastığa qoyub yatmağa davam etdim.
Ertəsi səhər mənə şərtlərini yazılı şəkildə təqdim etdi. Məndən heç bir şey istəmirdi. Təkcə boşanmağımzı elan etmək üçün bir ay icazə istədi və bu vaxt ərzində normal bir ailə kimi rəftar etməyimizi xahiş etdi. Bunun səbəbi oğlumuzun bir ay sonra imtahanlarının olması idi. Bir şərti yenə vardı: "Bu bir ay müddətində hər səhər toy gecəmizdəki kimi yataq otağından qapıya qədər məni qucağında aparmalısan". Əvvəl ağlına şübhə etdim, amma son günlərimizin yaxşı keçməsi üçün qəbul etdim.
Həmin gün bu şərtlər haqda Jannaya danışdım. O da ürəkdən gülüb bunun çox axmaq fikir olduğunu və onsuz da boşanmanı qəbul etmək məcburiyyətində qalacağını dedi.
Həyat yoldaşımla boşanma mövzusunu açdığımdan bəri heç bir fiziki təmasda olmamışdıq. Buna görə də ilk gün onu qucağıma götürüb qapıya apardığım zaman qəribə bir duyğu yaşamışdım. Oğlumuz arxamızda dayanıb, alqışlamağa başladı: "Atam anamı qucağında aparır". Buna çox sevinmişdi. Amma sözləri qəlbimi çox incidirdi. Yataq otağından evin qapısına qədər 10 metr apardım. Həyat yoldaşım gözlərini bağladı və qulağıma: "Oğlumuza boşanacağımız barədə heç nə demə" deyə pıçıldadı. Mən də razılaşdım. Qapıya çatanda onu yerə qoydum. Hər səhər olduğu kimi avtobus dayanacağına gedib, işə gedəcəyi avtobusu gözləməyə başladı. Mən də şirkətə tələsdim. İkinci gün xoşbəxt evlilik oyununu oynamaq bizə daha asan gəlmişdi. Həyat yoldaşım başını bir anlıq sinəmə qoydu. Bu an onun qoxusunu hiss etdim. Ona uzun zamandır heç baxmadığımı anladım. Üzünə baxıb ailə qurduğumuz zamankı gəncliyindən əsər-əlamət qalmadığını gördüm. Üzündə yüngül qırışlar yaranıb, saçları bir az ağarmışdı. Ötüb keçən illər onu çox dəyişdirmişdi. O an özümdən ona niyə belə davrandığımı soruşdum. Cavabım olmadı...
Dördüncü gün onu qucağıma alanda etibar hissini duydum. O, mənə həyatının 10 ilini hədiyyə edən xanım olub.
Beşinci gün etibar duyğusu daha da böyüdü. Bu yaşadığım hissləri Jannaya danışmadım. Günlər keçdikcə onu daşımaq daha da asanlaşmışdı.
Artıq narahat olmuşdum bu qədər arıqladığına görə. Son gün onu qucağımda aparanda hərəkət etmədim. Oğlumuz məktəbdə idi və həyat yoldaşıma həyatımızdaki yaxınlığın nə qədər azaldığını dedim. Şirkətə getdim. Maşından düşdüm, qapını kilidləməyə belə vaxtım yox idi. Hər anın qərarımı dəyişdirməyindən qorxurdum. Pilləkənlərlə yuxarı çıxıb, qapını döydüm. Janna qapını açdı. Ona xanımımdan boşanmayacağımı dedim.
Donub qalmış bir üz ifadəsi ilə əlini alnıma qoydu: "Sənin qızdırman var?" deyə soruşdu. "Təəssüf edirəm, Janna. Amma mən artıq boşanmaq istəmirəm" dedim. "Evliliyimizin rəngsiz qalması sevgi əskikliyindən deyilmiş. Bir-birimizin qiymətini, dəyərini unutduğumuzdan imiş. İndi ağlıma gəldi ki, evləndiyimiz gün onu qapıdan içəri aparanda ömrümüzün sonuna qədər sadiq qalacağıma söz vermişdim". Janna üzümə bir sillə vurub, qapını bağladı. İçərdən ağlamaq səsi gəlirdi. Buna əhəmiyyət vermədən pillələri ildırım sürəti ilə endim. Yolda ilk işim çiçək mağazasına girib, həyat yoldaşım üçün bir dəstə gül almaq oldu. Üzərindəki kağız parçasına "Səni həyatımın sonuna qədər hər səhər qucağımda daşıyacağam" yazdım.
Evə çatanda yanağıma təbəssüm qondu. Əlimdə çiçəklərlə yataq otağına getdim və həyat yoldaşımın yatağın üstündə öldüyünü gördüm. Yoldaşım neçə aydır xərçəng xəstəliyi ilə mübarizə aparırmış. Mən isə Janna ilə maraqlandığımdan bunu hiss etməmişdim. Çox yaşamayacağını bilirdi və məni oğlumuzun gözündən salmamaq üçün bu şərtləri qoymuşdu. Heç olmasa oğlumun gözündə yaxşı bir həyat yoldaşı olaraq qalmağımı istəmişdi...
Əhəmiyyətli olan münasibətlərdəki xırdalıqlardır. Villalar, avtomobillər, çoxlu pul deyil. Bunlar həyatı asanlaşdırır, amma əsla xoşbəxtliyin təməli deyil. Birlikdə olduğunuz insana vaxt ayırın. Münasibətlərinizə güvənərək rahatlıq bəxş edən xırdalıqlarla məşğul olun. Xoşbəxt bir evlilik yaşayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
15 dərəcə isti olacaq
Sarı dırnaq dəbi
Qardaş Türkiyədən informasiya mübarizəsində Azərbaycana dəstək: Ermənistanın törətdiyi təxribatlar faktlarla
Avokadonun faydaları
Evi yananlara ev veriləcək
"Eurovision"un qaydaları dəyişdi
Azərbaycana yaz gəldi
Bunu da görəcəyik
Hindistanlı maharacanın onu təhqir edən satıcıya verdiyi ibrət dərsi
Google+-un "beyni" işdən gedir
Telefonunuzun dinlənildiyini necə müəyyən edə bilərsiniz?
Dünyaya sərt mesaj verdi
Ən yaxşı fransız filmləri
Məkkədə gözlənilməz hadisə
İlham Əliyev: “Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək”
Metropoliten həftəsonu qadağası ilə bağlı açıqlama yaydı
Bağçaları necə seçək?
Xəyal qurun
Zabitimiz Lələ təpəni necə almağımızdan danışır
Hava haqqında
"Şokoladlı albalı" tortu (foto resept)
Gəlin ki, olmuşam...
Səadətimizdən daha önəmli nədir?
"Tour d`Azerbaidjan-2015" başa çatdı
Xərçəngə qalib gəlib Türkiyə gözəli oldu!-FOTO
Selena Qomez də koronavirusla mübarizəyə qoşuldu
Azərbaycandan Avropaya etiraz
Pop kraliçası Eurovision səhnəsində
Ermənistan ordusu 4 əsgər itirdi
Ukrayna ordusu 2 şəhəri separatçılardan təmizlədi
Şəkillərdə gözəl düşmək üçün hansı pozaları bilməliyik?
ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı
Rusiyadan ABŞ-a xəbərdarlıq
Daniel Klein saatları
Böyrək daşlarından birdəfəlik xilas olmaq mümkündürmü?
Azərbaycanda daha 39 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Dünyanın ən unikal nəqliyyat vasitəsi hazırlandı - FOTO
Sabah leysan yağacaq, dolu düşəcək
Günün qoroskopu: ömür dediyin...
Neslihan:"Qorxularımla üzləşirəm"
Meqan və şahzadə Harridən GÖLƏNİLMƏZ QƏRAR
Prezident Qubadlıda şəhid Milli Qəhrəman Şükür Həmidovdan danışdı
Milli tariximizin əbədiyaşar siması
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Şokoladlı çiyələk ( foto resept)
HAVA necə olacaq?
Azərbaycanda gəlinlərin həyatı niyə əzaba dönür?
TRT Türk telekanalında Azərbaycanın müasir memarlığına dair proqram nümayiş etdiriləcək
Atmosferə uzanan kosmik lift
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
- ŞƏRHLƏR