Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

"Səfil" (II hissə) - Final

"Səfil" (II hissə) - Final

Artıq 14 yaşında idim. Məni oğru adlandırdılar. Nəyə görə? İndi, hamısını bir-bir danışaram. Uşaq evinə düşdüyüm gündən, yaşadığım hər an burnumdan gəlirdi. Orada rəhbərlik və baxıcılar üçün bütün uşaqların bir adı var idi – yetimçə. Mən də o “yetimçə”lərdən biri idim artıq. Bizə gündə iki dəfə yemək verirdilər. Nahar və qəlyanaltı. Gündüz saat 12-dən tez yataqdan qalxan və axşam 10-dan gec yatağa girən uşaq, 1 günün yeməyinə həsrət qalacaqdı. Uşaqlar üçün təşkil olunan ləziz yeməkləri özləri üçün saxlayan rəhbərliyin bizə verdikləri yemək yarıbişmiş kartof püresi idi. İki il bu əzabla yaşadıq. 11 yaşım tamam olmuşdu. Haqsızlıq nə olduğunu dərk edə bilirdim.

Bir gün bu haqsızlığa tab gətirmədim. Gecə yataq otağının pəncərəsindən tullanıb, gizlənərək yemək anbarına tərəf getdim. Polis geyimində olan mühavizəçi çəmənlikdə uzanıb eyni açarlar keçirilən iri halqanı əlində oynadırdı. Hərdən ayağa qalxıb ətrafa nəzarət etmək üçün gəzinirdi. Bir dəfə qalxanda açarları çəmənlikdə qoydu. Yavaş addımlarla gedib açarları götürüb anbara yaxınlaşdım. Açarların hamısı anbara məxsus idi. Cəld birini halqadan çıxarıb, halqanı çəmənliyə atıb qaçdım.

O gündən sonra, hər gecə bir neçə uşaqla anbardan yemək oğurlayıb qayıdırdıq. Hər gün bir çox uşağın qarnı ləziz yeməklərlə yarı tox olurdu. Amma, bu macəra çox sürmədi. Bir gün mühafizəçi məni iş başında yaxalayıb direktorun yanına apardı. “Oğru” adı altında töhmət damğası alıb uşaq evindən qovuldum.

Tək başına Bakı küçələrində dolanmağa başladım. Yaşamaq üçün boş dayanmamalı idim. İş istəmək üçün çox sayda mağaza, restoran gəzdim. Heç kim məni işə almadı. Aclıqdan dayana bilmirdim. Bir mağazaya iş üçün girəndə içəridə kimsə görmədim. Mağaza da kökələr göz qabağında idi. Mağaza sahibi gəlməmiş cəld iki kökə götürüb köynəyimin içərisində gizlədərək mağazadan uzaqlaşdım. Bir kənara çəkilib qarnımı bir qədər doyurub yenə iş axtarmağa başladım. Beləcə, iki ili ötürdüm, lakin, əhvalatımı bilən hər kəs məni işə almaqdan boyun qaçırdılar. Sadəcə, dəyəri artan bir şey oldu. O da ki, qarnımı doyurmaq üçün oğurladığım əşyalar. Son vaxtlar demək olar ki, iş axtarmırdım. Əlim oğurluqda mahir olmuşdu. Oğurladığım pullar sayəsində qarnımı doyururdum.

Artıq 21 yaşında idim. Məni qatil adlandırdılar. O gecə evə getməyə heç həvəsim yox idi. Ev dedikdə, köhnə xarabalıqların birində özüm üçün saldığım məskəni nəzərdə tuturam. Tək başına şəhərin küçələrində gəzirdim. Özümə hər şey ala biləcək qədər pulum olsa da belə, hələ də, iki il əvvəl bir qadının mənə bağışladığı köhnə cırıq və yamaqlı geyimdə idim. Oğurluqla qazandığım pullardan hissə-hissə ayıraraq gizlədib, özüm üçün gələcək hazırlayırdım. Saysız-hesabsız ehtiyyat pulum var idi. Elə, az əvvəl də ehtiyyat pulların sayını artırıb evdən çıxmışdım. Aramla küçələri dolanır və düşünürdüm. Düşünürdüm ki, bu 13 ili tək başına necə sağ qaldım. Törətdiyim izsiz soyğunlar varkən, niyə hələ də azadlıqda gəzirəm. Ən çox da, bunu düşünürdüm ki, görəsən onlar haradadır? Nə edirlər? Onlar da mı mənim kimi küçələrdədir? Yoxsa, hələ də, o alçaq analığın himayəsində zülmlə böyüyürlər? Evimizdən ayrılan gündən, bu düşüncə məni rahat buraxmırdı. Ancaq, evimizi belə xatırlamırdım. Guya, axtarıb tapsam nə edəcəcəkdim ki? Gedib nə deyəcəkdim? “Salam, bu mənəm. Səfil, tərbiyəsiz, oğru övladınız.” belə deyəcəkdim?

Birdən qulaqlarıma gələn qışqırıq və imdad səsləri məni xəyaldan ayırdı. Tez səs gələn tərəfə qaçdım. Bir cavan oğlanın, yaşlı kişini möhkəm döydüyünü gördüm. Kişi əyyaşa bənzəyirdi. Oğlan zavallını yerə yıxaraq amansızca təpikləyirdi. Əlbəttə ki, bu dəhşətli mənzərəni kənardan durub izləmək fikrində deyildim. Cəld köməyə qaçmağa başladım. Hadisə yerindən çox uzaqda olsam da, özümü ora çatdırmağa çalışırdım. Amma, birdən həyəcan və heyrət istər-istəməz mənim əl ayağımı dondurdu. Çünki, oğlan qocanın yaxasından yapışaraq qaldırdı və cibindən çıxardığı bıçağı onun bədəninə bir neçə dəfə sapladı. Yenə irəli qaçmağa başladım. Bu dəfə, daha sürətlə qaçmağa çalışırdım. Oğlan məni görüb qaçaraq aradan çıxdı. Ona çata bilməzdim. Odur ki, yerdə uzanaraq xırıltı ilə can verən yaşlı adama yaxınlaşdım. Bıçaq onun qarnına sacılıb qalmışdı. Həyəcandan heç nə düşünə bilmirdim. Tək niyyətim vardı. Qocanı xilas eləmək. Odur ki, bıçağı onun bədənindən çıxarıb bir kənara atdım. Birdən səslər eşitdim. Bu polis avtomobili səsləri idi. Deyəsən kimsə hadisəni görüb polisə xəbər etmişdi. Onlar hadisə yerinə çatdılar. Nəzərə çarpan 3 şey vardı. Yerdə qanlar içində hərəkətsiz uzanan qoca, mən və üzərində barmaq izlərim olan qanlı bıçaq.

Məni dindirdikdən sonra, nəzarət kamerasında saxladılar. 3 gün sonra isə, məhkəməm olacaqdı. Fikrim hələ də, o bıcaqlanan qocanın yanında idi. Həyəcan içimi bürümüşdü. Belə hadisələrlə, cəsədlərlə çox rastlaşmışdım o yaşıma kimi və əsla qorxmurdum. Bəs, ürəyimi o qocaya tərəf aparan nə idi elə? Bu üç günü, eyni fikirlə keçirdim.

Məhkəmə günü yetişdi. Əynimdəki əskik-üskükü çıxarıb, kostyum geyindirdilər. Məhkəmə salonuna gətirildim. Eşitdiklərim məni göydən yerə vurdu, sanki. Bıçaqlanan insanın kim olduğu açıqlandıqda, sanki, həmən bıçaq zərbələri mənə sancıldı. Bu adam, 13 il əvvəl məni evimdən, bacılarımdan ayrı salan, mənim səfil həyatında sürünməyimə səbəb olan həmin adam, yəni doğma atam idi. Ona nifrət etməyimə baxmayaraq, göz yaşlarımı saxlaya bilmədim. Siması hələ də ağlımda idi. Gör zaman onu nə hallara salmışdı. Məhkəmə bitdikdən sonra yenidən kameraya göndərildim. O gecəm ağlamaqla keçdi. Ürəyim boşalana qədər ağladım və ağladıqca içimdə ona qarşı hiss etdiyim çox cüzi övlad sevgisi, halına yanıqlıq yuyulub gedir və məni rahatladırdı. Sabahı, sanki adi bir insanın ölümü ilə rastlaşmışammış kimi açdım. Heç bir acı, heç bir kədər hiss etmədim. Amma, bir fikir hələ də beynimdə idi. Onu kim və niyə öldürdü.

Bir neçə ay həbsdə yatdıqdan sonra, əsl qatil tapılaraq, mənim günahsız olduğum təsdiqləndi. Qatil o qəddar qadının oğlu idi. O qadın ki, mən 6 yaşımda olanda atama görə öz oğlunu atmışdı.  

Artıq 28 yaşındayam və ətrafımdakılar məni “Patron” adlandırırlar. Yəni ehtiyat pullarımın sayəsində öz şirkətim, öz işim var. Əlbəttə ki, bütün işləri tək aparmıram. 20 il əvvəl itirib, 6 il əvvəl qovuşduğum bacılarım da yanımdadır. Üçümüz birlikdə acı keçmişə ölüm hökmü oxuyaraq, irəli addımlamağa başladıq.

Bu da, son. Nə gizlədim. Etdiyim soyğun cinayətlərin sayı-hesabı yox idi. Səhv anlamayın. Bununla əsla öyünmürəm. Amma, özümə bəraət qazandırmağa da haqqım var. Ümid edirəm, Allah bu qazandıqlarımı mənə haram bilməz. Çünki nə qədər soyğun etsəm də belə, nə bir kasıbın çörəyini əlindən aldım, nə də bir dinc insanı incitdim.

Onsuz da sonumun belə olacağı bəlli idi mənə. Günahsız günahlarımla yaşadım ömrümün 20 ilini. Axırda əsl yaşamağı öyrənə bildim. Müəllimim isə zaman oldu.

İndi özəl şirkəti, imarəti və həyətində 4 avtomobili olan bir patronam. Lakin bunlara baxmayaraq yenə də daxilimdə özümü, köhnə doğma evə həsrət çəkən, həyatını küçələrdə keçirən və bir küncdə oturub kürəyini divara sökəyərək, hələ də anasından velosiped gözləyən o səfil uşaq kimi görürəm.

S   O   N

Səslərin sayı: 6
35
3202
Şərhlər
Offline
Runya
hekayenin eveli birterefe qalsin axiri mene oqeder tesir elediki gozlerim doldu her halda herdefe ona patron deyende ona ogru deyenleri xatirlayir
9 oktyabr 2013 21:27
Offline
Qəribə
Allah hec kime gostermesin.
9 oktyabr 2013 21:19
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
♥YAQUT♥
çox kederlendim onsuzda kövrelirem her kesin derdini özümünkü sayıram recourse recourse recourse recourse recourse give_ros
9 oktyabr 2013 20:24
Offline
PƏRVANƏ ƏLİYEVA......
Hem boyuk maraqla oxudum hemde aqladim.Cox pis oldum.Allah hec kime gostermesin.O ki qaldi atasina duzdu gerey bashina o cur bedbext hadise gelmiyeydi.Ama Allah ele insanlari cezasiz qoymur.Allah gec eliyer guc eliyer.Her kes bir gun etdiklerine gore cavab vermelidi qani bahasina olsa bele.Axirinada cox sevindimki oqlanin aqibeti yaxshi oldu.Insanin evvelinin yaxshi olmasinnansa axiri yaxshi olsun.Heyatimizda ne olursa olsun yaxshiliqa doqru olur.Teshakkur edirem Ferid bey.Davamli olsun.
9 oktyabr 2013 20:19
Offline
BIBIXANIM
OXUDUM VE COX KOVRELDIM SALYANDA BELELERI MENI GORENDE SEVINDIYINDEN UCULAR ELIMDE NE OLSA VERREM OLAR BELE OLMASI MENCE SEFIL HEYAT SURMELERI OLUR ALLAH KOMEYLERI OLSUN BELE INSANLAR DA OLMASIN AMIN!
9 oktyabr 2013 20:09
Offline
Ramile
ne qeder agladim inanin her defe harasa gedende gorurem usaqlari ureyim yanir xususile ezizbeyov metrosunda ureyim tike tike olure dunen o cur soyuqda bir ana gordum ana demek olarsada balaca 5 yasinda oglunu elil arabasina qoyub qisa soetikde gezdirir usagin ayaqlarinda nese problem var idi amma inanin ki men qalin kurtkada qalin eyin basda idim o usaq ise qisa sortikde ele istedim usagi elinden alim doze bilmireme bele seylere ALLAHİN KOMEYİ OLSUN HER BİRİNƏ
9 oktyabr 2013 19:46
Offline
Şəri Babayeva
Allah valideynlərimizi cray qorusun,maraqla oxudum,çox sağolun,birazda kövrəldim...
9 oktyabr 2013 19:36
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Xedice 033
Allah hec bir usaqi ATA -ANAsiz etmesiz
9 oktyabr 2013 19:14
Offline
9 oktyabr 2013 19:06
Offline
Sirli_dunyam
COX CETINDIR OZUNUZUN AC UWAQ OLUB MECBURIYYET QARWISINDA QALIB OGULUQ ETMEYINIZE HECNE DEMIREM AMMA HARAM PULLARLA OZUNE GELECEK QURMAQ BU DUZGUN DEYIL GUNAHDIR OLMAZ...
9 oktyabr 2013 18:46
Offline
wwwwwwwwwwwwwwwww
kecmisini unudan insan geleceyin lezzetini dada bilmez
9 oktyabr 2013 18:41
Offline
nigar
Maraqli idi .Allah hec kesi sahibsiz qoymasinnnnnnnnnnnnnnnnnnn
9 oktyabr 2013 18:34
Offline
lala
Cox maraqla oxudum Allah hec bir ushagi yiyesiz evsiz esiksiz ata anasiz qoymasin.
9 oktyabr 2013 18:23
Offline
9 oktyabr 2013 18:18
Offline
♥♥♥ Elena♥♥♥
İndi özəl şirkəti, imarəti və həyətində 4 avtomobili olan bir patronam. Lakin bunlara baxmayaraq yenə də daxilimdə özümü, köhnə doğma evə həsrət çəkən, həyatını küçələrdə keçirən və bir küncdə oturub kürəyini divara sökəyərək, hələ də anasından velosiped gözləyən o səfil uşaq kimi görürəm.
bu gun heyatimde sukur her sey var ve men yenede kecmisle bagli yasayiram.bu sonlugda oldugu kimi cray
9 oktyabr 2013 18:16
imza: Sən gülərkən mən yaşamaq üçün bir gün daha əlavə edirəm təqvimə...
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )