YARPAQ ADAM
esse
Yaşıl gözləri yaşıl kirpiklərinin arsından dupduru uşaq gözü kimi boylanıb ağarmış saç-saqqalını işıqlandırdı. Əlini yerə dayayıb namazdan qalxdı, pəncərədən boylanan günəşi salamladı, dibçəkdəki gülləri suladı, çörək qabındakı qırıntıları ovcuna yığıb eyvanda dən axtaran sərçələrə səpdi. Titrək addımlarla otağa qayıdıb radionu yandırdı. Bülbülün ifasında “Sənsiz” dalğa-dalğa ətrafa yayıldı. Qoca köhnə kreslosuna yayxanıb gözlərini yumdu.
Ömür-gün yoldaşı Sara xatun yaşıl libasda gözlərinin qabağında peyda oldu.
- Bu paltar sənə çox yaraşır... - Qoca özü də hiss etmədən titrək səslə pıçıldadı.
Sara xatun gülümsədi, gözləri, kirpikləri, saçları yarpaqladı.
Qoca bir ömür dünyanın ən gözəl qadınını – yaşıl qadınını belə sevmişdi.
İllər sonra, ömrünün ahıl çağında möcüzə baş verdi, onun da ruhu titrədi, kirpikləri yarpaqladı. Əvvəl qorxdu, arvad ərinin təptəzə yarpaqlarını oxşayıb onu inandırdı ki, hər kəsin içində yaşıl bir ağac var. Kimsə bu ağacın kökünü yandırmasa, baltalamasa, sındırmasa, günlərin birində mütləq zoğ atacaq, yarpaqlayacaq, yaşıllaşacaq.
Qoca ömrünün naxışına inandı, yarpaqlarının qeydinə qaldı.
Sara xatun ömrünün son anlarında yaşıl yarpaqlarından birini qoparıb ərinin ovcunda gizlədib dünyanın o üzünə köçdü...
Qoca yaşıl yarpağın başına dolanırdı, sığallayırdı, qayğısına qalırdı. Bir gün sübh çağı bədəni başdan-başa yarpaqladı, yaşıllaşdı, adam özü boyda yaşıl ağaca çevrildi.
Adamlar ondan qorxub qaçmağa başladı, kimi onu bədbəxt, kimi xəstə saydı. Kimi bu möcüzədən havalanıb onu müqəddəslərə oxşatdı...
Yarpaq adamın içində zərrə boyda yaşıllığı olmayan adamlara yazığı gəldi, vaxtını büsbütün ibadətdə keçirdi.
Musiqi bitdi, Sara xatun gülümsəyib yarpaqların arasında gözdən itdi.
Qoca da gülümsədi, yarpaqlarını sulamaq üçün namaz otağına keçdi...
Təranə VAHİD
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Köhnəlmiş ayaqqabıları yeniləyək
Hollivudun məşhur siması vəfat etdi
Yataq örtükləri
Maraq zəkası - yaradıcı zəkanız
Bakıda avtobuslar yenilənir
Alcaqdabanlı rahat ayaqqabılar
Azərbaycanda torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı yenilik
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilmə qaydası müəyyənləşib
Qurama (Dərs-5)
Günün ulduz falı - 26.08.2013
Uşaqlarda məktəb fobiyası
ABŞ konqresmenləri: Azərbaycan siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir
Qara nöqətələrə qarşı ən effektli maska
Bakıda daha bir möhtəşəm tikili-FOTO
Qısa dırnaqlar üçün ideyalar
Smartfondan kiçik kondisioner hazırlandı
Fahriye hələ də xəstəxanadadır-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Yaz saç düzümü üçün 15 ideya
Yerə asteroid yaxınlaşır
Cennifer Lopez Toy Vaxtını Açıqladı-FOTO
Azərbaycanda təhsil sisteminin vahid məlumat bazası yaradılacaq
Zeytun yağlı badımcan (foto-resept)
Möcüzə içki, ağ çay
Qeyri-adi üzüklər
İrina və Bredli AYRILIR-FOTO
Ancelina Coli xəstəxanadan çıxdı - FOTO
Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir
Dünyanın ən cazibədar nənəsi sirrini açdı - FOTO
Fuad Poladov vəfat etdi
Bəstəboy kişilər daha yaxşıdır?
Kişi gözünə sürmə çəkə bilərmi?
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Maradonanın vəsiyyəti açıqlandı: Bədəninin balzamlaşdırılmasını istəyib
Microsoft şirkəti Surface planşetlərinin ikinci nəslini təqdim etdi
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Hava necə olacaq?
HAVA necə olacaq? 30 İyun
Bakıda satış yarmarkaları təşkil ediləcək
Karantində olanların sayı açıqlandı
Çində yaşayan türk müğənnisi Virus haqqında danışdı
Filippində güclü zəlzələ olub
Stresin sonsuzluq müalicəsinə təsiri
Səfirlik: "Macarıstana səfər etmək istəyən azərbaycanlı turistlərin sayı dəfələrlə artıb
Müasir internet qorxusu
Azərbaycanda çaylar kükrəyir - SEL TƏHLÜKƏSİ
Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?
Ətli pirojnalar və suxarili pendir çubuqları
Bakıda Zəfər atəşfəşanlığı - VİDEO
İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi
- ŞƏRHLƏR