Kiçik fleyta ifaçısı hava üfürmədiyi qısa zaman kəsiyində arzularının sərhədlərini isti şirin kökə və bir fincan kofe ilə məhdudlaşdırırdı. O, Vaxtanqov (teatr) divarına söykənərək sehrli fleytasını qaldırdı.
- Hansı tonda çalmaq lazımdır? - deyə gitaraçı ondan soruşdu.
- Hansında istəyirsənsə...
Dodaqları yumru və güclü idi.
Musiqiçi olan atam deyirdi ki, fleyta ifaçıları adətən dəli olurlar. Fleyta həddindən artıq çətin; fəthedilməz, xarab olmayan və qürurlu alətdir.
Amma o bacarırdı.
O, mənə musiqini göstərdi. Və kitabları. Mən Kastanede, Satpreme və Aurobindo barəsində ilk dəfə ondan eşitdim. Onunla söhbətimin uğurlu alınması üçün Nitsşenin "Zərdüşt belə deyirdi" kitabını da oxudum.
Amma, deyəsən, mən yalan danışdım. Kastenede barədə mənə aktrisa olan rəfiqəm danışmışdı, Şri Aurobindo haçansa necəsə əlimə düşmüşdü, Nitsşeni isə mənə tüklü ərim bağışlamışdı.
"Sevincliay" - bax, o, məni belə çağırırdı.
- Mənə iki min ayır, - onun mənə telefonda dediyi sonuncu söz bu oldu.
- Niyə?
- Mən Amerikaya gedirəm.
O, fleytasını da götürüb getdi.
O, Arbat və Vaxtanqovu da özüylə apardı.
Mən "Stoliçnaya" arağını sevsəm də, bunu qırmızı çaxır barəsində deyə bilməyəcəyəm. Onu içəndə qanaxmalarım başlayır. Kastenededə hər şey zibil günündəydi. Mən heç onu düz-əməlli oxumadım da. Mənim tüklü Adel-qerim aldığı bananlarla məni bezdirdi - onları görməyə gözüm yoxdur. Seriallar arasında bircə "Santa-Barbara"nı izləyirəm. Qalanları tamamilə zövqsüzlükdür.
Ayaqlarım Adel-qerinin çadırında soyuqdan donur.
Dünən - sözgəlişi dünən dedim - onun dostu məni yaman qorxutdu, elə bildim, oğrudur. Hələ üstəlik, qaz tapançasının səsini də çıxartdı, axmaq. Televizoru yandırdı: orada da arbatlı fleyta ifaçısı. İri planda. Öz qızılı fleytasıyla konsert verirdi.
- Dayan, keçi, - Adelə qışqırdım, - söndürmə, mən ki onu tanıyıram!
Lənət şeytana, həyatda nələr olmur ki?!
Müəllif: Viktoriya Fomina
Tərcümə edən: Səbuhi Şahmursoy
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün ulduz falı - 17.08.2013
Bir oğlanın sevdiyini necə bilmək olar?
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Hamiləlik dövründə faydalı olan qidalar
Milli Qəhrəman orden aldı
"Arşın mal alan" Marionet teatrının səhnəsində
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Buse Varolun geyimi tənqid olundu-FOTO
Baş nazirdən riskli vergi ödəyiciləri barədə QƏRAR
Zayn Malik izləyicilərinə əsəbləşdi-FOTO
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
Sevdiyinizlə münaqişə edərkən bunları etməyin!
Məşhur model göz qabaşdırdı-FOTO
Payız və qış gəlinləri üçün saç modelləri
Bakı küləyi yük maşınını aşırdı
Sevgililər günü üçün hədiyyələr
Cəbhə xəttində erməni təxribatı davam edir
Bakıda 8-9 ballıq zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA
Yeni il dekorasiyası
Qadın.Net xanımlarının "Sevgi hekayəsi"
"Xanım kaprizi" tortu (foto resept)
Prezidentdən vacib sərəncam
Viktor Hüqonun yeni əsəri tapıldı
Qaçış - gözəllik və həyat hərəkətdədir...
Fotoşopsuz sənət
Bu kəşf insanı uzun ömürlü edəcək
Azərbaycanda doğum səviyyəsi artıb
Tanınmış obrazlar fərqli qələmdən
Oxatan bürcünün 8 xarakterik xüsusiyyəti
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Bu qiymətə ayaqqabı olar?
Prezident İlham Əliyev "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nda dəyişikliklər etdi
Türkiyədə zəlzələ olub
Bakıda mənzil bahalaşıb
Kökəlməyin sirləri
Tanınmış aktrisa xəstəxanalıq oldu-SƏBƏB
HAVA necə olacaq? 21 Mart
Bergüzar bacısına qadağa qoydu
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR DƏYİŞDİ
Əhalinin sayı açıqlandı
Krab salatı (foto-resept)
Dünyada aclıq başlayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bakı bulvarının əsas pirsi bağlandı - SƏBƏB
Viza rüsumu ləğv olunur
Bədən və beyin arasındakı əlaqəyə söykənən 5 üsul
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Ehtiyatlı olun: Həyatınızı itirə bilərsiniz
Misir Mərdanov Mikayıl Cabbarovdan danışdı
- ŞƏRHLƏR