Yenə həmişəki kimi pəncərə önündə əyləşər, yağışın pəncərəyə intizarla çırpınar, damlalarını seyr edərək qulağında qulaqcıq mahnıya qulaq asar. Deyəsən nəyisə düşünürdü yenə. Onu fikirləşdirən bəlkə də sevgi, bəlkə də ondan qalan ağrılardır. Qəlbinin səsini bəlkə də yağışın damcılarının pəncərəyə çırpınaraq çıxardığı səslə eyni tutur, bəlkə də odur. Birdən qalxar qulaqcığı çıxardar və özünə gedib mətbəxdən bir stəkan şokaladlı südlü kofe süzər və yenidən filmə baxar kimi bir daha pəncərə önündə əyləşər. Dünəndən pəncərə önündə qalan qələm və dəftəri özünə tərəf çəkər. Dəftəri açar vərəqlər. Vərəqlədikcə yaşadıqları bir daha göz önündən keçər. Çağlar həyatının çılğın anları onu zamandan uzaq zamanlarda məhv etmişdi. O vərəqlədikcə gözlərinin içi bəbəyi elə bir öz-özlüyündə titrəyirdi. O köksünü ötürdükcə hər bir vərəq ona dahada nəisə yaşadırdı. Qələmi əlinə alıb yenidən nəsə yazmağa başladı.
Salam, sevgisiz sevgilim. Bax yenə də şahidim qələm və vərəq sənə yazacaqlarım, bəlkə də yazmadıqlarım və yaxud da bügünə kimi yazdıqlarımın içində ən təsirlisi bəlkə də ən mənasızıdır, lakin neynim, mənim ürəyimdə budur, sənə qarşı, "Səni sevirəm, çox sevirəm, sevgisiz sevgilim". Bəlkə də illərdi ayrılalı səndən nəinki adın, heç xatirələrin belə unudulmur, hər gecə evdəkilərdən yastığımdakı göz yaşlarımı gizlətməkdən, vərəqlərdəki sözlərini oxumaqdan şəklini qucaqlamaqdan, çiynimdəki, boynumdakı dodaqlarının nəfəsinin ətrini qoxlamaqdan belə bezdim. Heç nə sənin yanımda olduğun xoşbəxtliyi vermir mənə, sən bir xoşbəxtliyin səbəbkarısan mənim üçün, sən ruhumun gərəyi, nəfəsimin özüsən. Sən dalğalanan fikirlərimin topluluğu önəmliyisən.
Bəlkə də başqa bir yarın evində, ya qoynundasan, amma unutma ki, hər yaşadığın mənsiz həyat sənə çox baha başa gələvək o dünyada. Amma ona da razı deyiləm, çünki səni sevirəm. Sənə heç nə olmasın, mənə olsun amma. Bugün hər şeyə bir daha son vermək istədim. Sildim, cırdım, yandırdım şəkilləri, yazıları ,mesajları ,məktublarını, lakin silə bilmədim, nəfəsini, boynumdan əllərinin sığalını, saçlarımdan gözlərini, gözlərimdən, bağışla sənin qədər bunu bacaracaq bir şərəfsiz adına layiq görüləcək biri deyiləm, çünki səni sevirəm, həyatım, səni çox sevirəm.
Bir daha nə vaxtsa dönərsən deyə yazdığım bu gündəlik gündəliyimin son gündəliyidir ki, o da həmişə sonda bird aha görüşərik həvəsi ilə yaznın yerinə bir daha yazmayacam, kəlməsi ilə əvəz edəcəm, bacarsam, unudacam səni, çünki bunu çox istəyirsən, çünki sənin istədiyin hər bir şey mənim üçün qanun idi, indi də səbəbsiz və heçnəsiz elədi..
Yazdı gözləri qəhvəyi qadın. Sonra yazdıqlarını oxumadan göz yaşlarına baş barmağını sürtüb dəftərə bir neçə saniyə ərzində basılı saxladı. Qəhvədən bir qurtum içib dəftəri qaldırdı və sobanı yandırıb dəftəri oda atdı. Dəftər sobada yandıqca gözləri qəhvəyi qadının gözlərinsəki qığılcım daha da böyüyür, nəfəsi daha da yeyinləşirdi.
Görünür, gözləri ilə unudurdu onu, necə ki, dəftər yanırdı, o da sevgisini odda elə yandırırdı...
Müəllif: Elvir Onur
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İran prezidentini belə görmüşdünüz?
AZAL uçuşlarda endirim etdi
Qadınlar ən çox nəyə pul xərcləyirlər?
Balaca qızlarımız üçün palto və gödəkçələr
Türk pizzası (foto resept)
HAVA necə olacaq?
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Köklü, qozlu, darçınlı keks (foto resept)
Orduda ilk qadın general
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Yeni il üçün manikür modelləri
Məşhur modelə 250 minlik hədiyyə-FOTO
"Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığının genişləndirilməsi üçün birgə istehsal sahələri yaradılmalıdır"
Kişilər əsəbləşəndə kimə çevrilir?
Bengünün toyu üçün 5 yük maşınında gül gətiriləcək
Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi enib
Britni Spirsin 57 milyonluq davası
“Coker” filmi daha bir uğura imza atdı
Kartoflu konvert (foto resept)
İrem Derici KÖKƏLDİ-FOTO
İş axtaranların NƏZƏRİNƏ: Bu cümlələrdən qaçın
Bütün Dünya Bu qızdan danışır-SƏBƏB/VİDEO
Düşmənləri sevindirməmək üçün oxuyun
Bakıda qanunsuz tikililər ləğv ediləcək!
Seda Sayandan etiraf
Dekorasiya ideyaları
Şanlı ordumuzun qalib əsgərləri geri qayıdırlar - VİDEO
Yaşıl çayın sirləri
Leksika - 2
Azərbaycanda Novruz bayramıdır
Canlı yayımda verilən sual hər kəsi təəccübləndirdi
Azərbaycan qazı Avropa üçün önəmlidir
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Xankəndi tamamilə boşaldılıb – FOTO
UEFA iki futbolçusu koronavirusa yoluxmuş kluba texniki məğlubiyyət verdi
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
İnyesta "Real"a məğlubiyyətdən sonra: "Bir yumruq olmalıyıq..."
Yataq dəstləri
Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Sellülitə son
Evlilik ildönümlərini belə qeyd etdilər
Azərbaycanda bəzi körpələrə şəhər adları verilib - SİYAHI
Kəvərli şorba (foto resept)
Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT
Sağlam saçlara qovuşmağın yolları
İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi - RƏSMİ
Marsda həyat varmı?
Ermənilər Ağrı dağ tamahı
- ŞƏRHLƏR