Sən demə biz çoxdan "qovuşmuşuq"
...tam bir model tipi vardı. Şux qamətli, incə belli, buruq saçlı, bir də özünə məxsus ədası. Hə, bir də gülümsəyəndə batan yanaqları... O gün iş axtarırdım. Bu adla çıxmışdım evdən. Sözün düzü mən işi fikirlərləşməklə tapacağımı düşündüyümdən heç vaxt iş tapa bilmirəm. Kövrəlmək mərhələsinə gedən yolda üç-beş tüstü vurmuşdum fikirdən. Çox uzun yoldu, çox yorulmuşdum. Fikrimin bu başında uşaqlıq, o başında buruq saçlı xanım vardı. Yolun tam ortasındaydım geriyə baxsam uşaqlığım, irəli baxsam "O" vardı. Açığı geriyə getmək istəmirdim. Baxmayaraq ki, hamı bunu istəyir. Keçmişi xəyalla aldatmaq olmazdı, ancaq gələcəyi fikirlə, xəyalla aldada bilirdim. Nə də olsa, ümid vardı ki, o mənə tərəf gəlir... .... Taksidən düşdü. Heç bir yükü də yox idi. Düşən kimi boynundakı şalıyla yaşmaqlanıb, əllərini qoynuna aldı və ayaqlarının altına baxa-baxa adımlamağa başladı. Sözün düzü, həmin an yağış yağdığından siqaretim də sönmüşdü, lap ümidim kimi.. Sönmüş siqaretə bir-iki tüstü vurub, bu gəlişi qeyri-ixtiyari süzməyə başladım. Bütün vücudum keyimişdi. Tam mənə çatırdı, ancaq nədənsə həm də uzaqlaşırdı. Gözlərimi ovxaladım və birdən o yox oldu. Bir də, bir də ovxaladım və o həqiqətən də yox idi... Mən axı, 30 ildir onu gözləyirdim?! Deyinə-deyinə uzaqlaşmağa başladım ordan. Yağış bərkidiyindən heç kim yox idi ətrafda. Birdən başımı qaldırıb mat-mat dənizə baxan gördüm onu.. Geriyə döndüm "axı bayaq orda idi?" Gözlərim bərəlmişdi, sanki ağlımı itirəcəkdim. Taksidən düşdüyü yerdə uşaq gəzişirdi. Yenidən irəliyə baxdım və o hönkürtü ilə ağlayırdı. Tam başdakı kimi, bu dəfə tam ortada qalmışdım. Əcaba mən indi bütün bunları fikirləşmirdimmi?! Bədənimi bum-buz soyuq tər basdı. Titrəməyə başladım. Bir addım geriyə, bir addım önə atdım. Mənə elə gəlirdi ki, o uşaq uşaqlığım, o qadınsa, xəyalımdakı qadındır. İndi dəli olmuş səfil kimi düşünürdüm. Öz-özümə deyinməyə başladım:"uşaqlığda sətəlcəmdən ölüb-ölümdən dönərdin, get körpənin yanına". Başqa bir səs "məgər sən bu qadının gəlməyi üçün həyatını puç etmədinmi?!" Bilsəydim həqiqətən də gələcək, xəyalları həqiqətlərə çevirərdim.
Amma necə?! Burada günəş də çıxmırdı, isti düşünməyə. İnsanlar qapqara geyinir, qaş-qabağlı davranırdı. Kimə deyə bilərdim ki, "O" gələcək?! Adamı diri-diri "oğraş" çıxarardılar, vallah. Əlimdən "iş" adıyla evdən çıxıb "Onu" düşünmək gəlirdi... Sənə deyəcəyim çox şey var əslində. Lap başdan başlamağa icazə ver. Hə onda gedim uşaqlığımı da gətirim, bir yerdə danışaq. Bax bu əla fikirdi. O məni uşaqlığdan tanımalıdır: "Sən orda dayan mən uşağı götürüb gəlirəm. Getmə haaa, xahiş edirəm..." Balacanın yanına çatdım və başladı ağlamağa. "Anamı istəyirəm". Onun əlindən tutub çox kövrəldim. Hə bu mənəm dedim öz-özümə. Mən də anamı istəyirdim... Başımı qaldırıb gördüm ki, 30 illik məsafədən "balam" deyib bizə tərəf qaçır. Açığı çox sevindim, fikirləşdim ki, biz nəhayət qovuşduq. Uşaqlığım, sevdiyim qadın və mən. Xoşbəxtlik budur, deyilmi?!... Dizlərini övladının qarşısına atıb, "balam" deyə-deyə balasını bu qədər duz kimi yalayan ana görməmişdim. Sevincindən mənim üzümə belə baxmadan uzaqlaşırdı tələsik... Bircə onu eşitdim ki, "Turhan ananın yanından heç vaxt ayrılma"... Qəribədir, mənim də adım Turhandır..... Sən demə biz çoxdan qovuşmuşuq...
Tukon Qulxalil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Milyarder peykin yaradılmasına 400 milyon dollar yatırır
Günün ulduz falı - 10.08.2013
İş axtaranların nəzərinə: Bukingem sarayında aşpaz vakansiyası var
Cütlüklər arasında güclü bağlılıq olduğunu göstərən əlamətlər
Geyim tərzinizi özünüz seçin
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Qadın.Netlilərin tərcümeyi-halı - 6
NASA-dan xəbərdarlıq: Bu il çox nadir bir hadisə olacaq
Bələkdəkilərə dərs
BMW Z4 daha təmtəraqlı oldu
Ərdoğan: “Azərbaycanda qardaşlarımızın yanında biz varıq”
Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?
Qurban bayramı günündə bunu etmək olar?
Ölkələrə görə qadağalar
Şvartsneggerin qızı ərə getdi-FOTO
Ceyms Uorlik kimə işləyir?
BÜRCLƏR bizə nə vəd edir? - 15 APREL
Sinoptiklərdən xəbərdarlıq
Qırışların yaranmasının qarşısını alan maska
Gəliniklərin tarixi
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Davamlı yaranan aclıq hissinin qəribə səbəbləri
Bu gün 2019-cu ilin ilk iş gündür!
Alimlər xərçəngin yaranmasının əsas səbəblərini açıqlayıblar
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Məktəblərə XƏBƏRDARLIQ
I Pinco Pallino- dan uşaq geyimləri
"Qaraçı qanı"
Kəvərli kolbasalı piroq(foto-resept)
Dərsliklərdə qadağa
Babet modelləri
Məşhur professor koronavirusdan qorunmağın ƏN ETİBARLI SİRRİNİ açdı
Metro ilə gedənlərə müjdə
Dənizdə böyük faciə; 400 ölü
Çardaqdan otaq yaradın
Kiçik yaşda Oskarla tanış olan 5 uşaq
Barış Arduç avtomobilini satdı-SƏBƏB
Dünyanın İT şirkətləri Azərbaycanda birgə istehsal yarada bilərlər
Azərbaycanda məcburi köçkünlərə xəbərdarlıq
Mina çiçəyi
Uşaqlarınızın qabiliyyətini kəşf edin
Ağciyərə faydalı olan bitkilər
Bu yazın ən sevimlisi kimonolar
Vaxtı keçmiş məhsullar yenidən satışa çıxarıldı - FOTO
Dodaq ətrafı qırışları necə yox etməli?
Çində polis suyun üzərində qaçmağı bacardı – VİDEO
Surət Hüseynov saxlanıldı?
Azərbaycana yay fəsli bu tarixdə daxil olacaq
Gürcüstan yaşıl zonada qaldı
- ŞƏRHLƏR