"24.10.2014" olmuş hadisə...
Hava çiskin olan kimi mənə bayramdır. Elə xoşbəxt oluram ki, təsvviri belə çox çətindir. Dünən günorta saatlarında həmin o xoşbəxt günlərdən biri idi. Bayırda çiskin olduğundan əlimdəki işi saxlayıb bayıra çıxdım ki, xoşbəxt anları doya-doya yaşıyım. Elə təzəcə gülümsəmişdim ki, uzaqdan əlində nəsə olan çox yaşlı nurani ağsaqqal gözə sataşdı. Mənə tərəf yaxınlaşdı və əlindəkinin nə olduğu ilə maraqlandım, çünki ağır olduğu aydın idi. Dedim: "bəlkə, kömək lazımdır?" Dedi: "Yox, ay oğul, turşudu. Satıram." Ağsaqqaldan heç nə götürmədən turşuların pulunu vermək istəyi bir neçə saniyəlik beynimdən keçdi. Həm də fikirləşdim ki, xətrinə dəyər. Pulu verim turşuları götürüm. Dedim: "Ağsaqqal, bütün turşuları alıram, hesabla." Nə desə yaxşıdır? "Dilənçi özünsən. Alırsan yeyə biləcəyin qədər al-ye. Mənə hoqqa göstərmə!" 1 manat verib birini götürdüm. Dedi- "O, 1.50 qəpiklikdir, başqasını götür." Lap balacasını götürdüm. Dedi: "Bu götürdüyün 20 qəpikdir. 5-ni götür, xırdam yoxdur. Dedim: "Ağsaqqal, xırdası qalsın", keçdim içəri. Sözün açığı turşunu yemək niyyətim də yox idi. Onsuz da yemək üçün almadım. Bu ağsaqqalın vəziyyəti, bir tərəfdən də qüruru, onsuz da korlanmış keyfimə turşu doğradı. 15-20 dəqiqə keçmişdi ki, bir balaca oğlan uşağı içəri keçdi. Mənə 1 manat pul uzatdı ki, bəs dayı verdi, dedi "xırda tapmadım". Tez-tələsik qaçdım bayıra ki, kişinin pulunu qaytarım. Yağış bərkimişdi, bayırda artıq hamı o tərəf-bu tərəfə qaçışırdı. Bir az tinə, yola boylandım. Bir iki nəfərdən "turşu satanı görmədiniz?!" deyə soruşdum. Gördüm -deyən olmadı. Cücə kimi islanmış halda geri qayıtdım. Uşaq da yox idi. Əlimdəki manat özümdən betər islanmışdı. Ayaq altına qoyduğum qızdırıcıda bir təhər manatı qurutdum. Nə də olsa, mənim deyildi. Fikirləşdim, yəqin ağsaqqal turşuları satıb gələr pulununu götürər. Aradan bir neçə saat keçdi, yağış artıq səngimişdi. Düzdür hava qaralırdı, ancaq sakitçilik idi. Turşuları da, manatı da stolun üstündə qoyub, çox həvəsiz işdən fikirli-fikirli çıxıb qapını bağladım. Sözün açığı bütün bunlar mənə çox pis təsir etmişdi. Elə bilirdim kişinin turşularını oğurlamışam. Gecə yarı olmuşdu, hələ də yuxuya gedə bilmirdim."bəlkə də ağsaqqal pul üçün gəlib" deyə-deyə dodaqaltı mızıldanırdım. Səhər gəldim işə, yenə həvəssiz idim. Oturmuşdum ki, elə birdən gözüm təhlükəsizlik kamerasına sataşdı. Tez ayağa qalxıb həyacanlı-həyacanlı dünənki qeydlərə baxdım. İşdə olmadığım, yəni qapını bağladığım saatdan sonra 20:30 radələrində ağsaqqal geri qayıdır və qapını bir neçə dəfə taqqıldadıb, şüşədən içəri boylanır və başını yelləyə-yelləyə gedir...
Kameradakı qeydlər sayəsində tanış-bilişə bu görüntüləri göstərib ağsaqqalın ümvanını tapıb, ora yollandım. Açığı əli boş idim. Sadəcə evini dəqiqləşdirmək üçün getmişdim. Fikirləşdim sonra bir şey alıb gedərəm ağsaqqalı ziyarətə. Əyin-başından, simasından bilinirdi ki, çox miskindi. Hardasa 30 dəqiqəlik yoldan sonra, gedib bir uçuq-sökük daxmaya çatdım. Həyətin qapısı qarğuyla düzəldilmişdi və qapı içəridəki mənzərənin nə halda olduğunu bildirirdi. Qarğulu qapını bir təhər aralayıb içəri daxil oldum. Açığı fərqli mənzərə qarşısında bir az tutuldum. Haradasa 10-15 adam yığışmışdı. Küncdə balaca bir mağar da qurulmuşdu. Salamlaşdım və məni mağara dəvət etdilər. Yəqin məni qonağlardan bildikləri üçün kim olduğumu soruşmadılar. Çaşqın halda içəri daxil oldum və mağarda turşu satan ağsaqqalın şəklini görəndə sanki başım fırlandı. Tez oturdum yerə. Yanımda əyləşən insandan soruşdum kişi nədən dünyasını dəyişib? Dedi, dünən evə qayıdanda maşın vurub... Bir təhər ayağa qalxıb oranı tərk etdim və o 1 manatı düz 1 ildi hələ də özümdə saxlıyıram...
Tukon Qulxəlil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evdə edə biləcəyiniz 3 idman
Hər bir kişi bunu yoxlamalıdır
Bu rayonda qaz olmayacaq
Azərbaycanda Neftçilər Günü qeyd olunur
Almanın qaralmasının qarşısını alan üsul
Facebook-dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı
Kağız halva -12
Beyni aktivləşdirməyin ən asan yolu
Onurğa sağlamlığını qorumağın 13 üsulu
2012-nin gəlinlik tac və aksessuarları
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Nyu-York moda həftəsinin ən yaxşı 20 çantası
Yumalı olduğunuz ərzaqlar
“Harri Potter”in ulduzu ilk dəfə ata olacaq
SAĞLIĞINDA QİYMƏT VERƏK İNSANLARA
Qırmızı meyvəli keks (foto-resept)
Britaniyanın Baş naziri koronavirusa yoluxdu
BMT milyarderlərdən kömək istədi
Abituriyentlərin ixtisas seçimi və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatdı
Bölgəyə yağan qar bu sürücüləri peşman elədi
Merkel Nobel mükafatına namizəd göstərildi
"Qarabağ"ın kapitanı benzinin bahalaşmasından danışdı
Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir
Dəfn mərasimində Ərdoğanın "əkiz"i göründü
Günün qoroskopu: Uğurlu gündür!
Ağrıyan dişi 5 dəqiqəyə sakitləşdirin
Buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə qəbul aparılacaq
İnsan ayaqdan, at dırnaqdan xəstələnər
Dərman ehtiyatı artırılacaq
İÇV-nin yayılma yolları
Su fitnessi
Ermənilər kəndimizi vurdu: iki yaralı
Hamiləyəm?
Ay bizi tərk edir: Milyardlarla insanın ölümünə səbəb olacaq - DƏHŞƏTLİ PROQNOZ
İldırım zamanı yerə NAMƏLUM OBYEKT düşdü - VİDEO
Model küçə satıcısını necə varlandırdı? - Foto
Dəhşətli proqnoz: milyardlarla insanın həyatı təhlükədədir - VİDEO
Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı
Azərbaycan əhalisinin sayı açıqlandı
Qızını (oğlunu) döyən dizini döyür...
Kliçko azərbaycanlı idmançını alqışladı
Çərəzli şokolad (foto resept)
Robotun məqaləsi dərc olundu-TARİXDƏ BİR İLK
Smartfondan kiçik kondisioner hazırlandı
Həcc ziyarətinin BAŞLANMA və BİTMƏ tarixi
“Hercai”də Gözlənilməz Ayrılıq
Azərbaycanda daha 5 nəfər koronavirusdan vəfat etdi - 534 yeni yoluxma
Günün ulduz falı
Ebru Şallı bu gün ərə gedir
Mercedes SLS AMG-nin salonu lüks oldu
- ŞƏRHLƏR