Bakıda hava
USD AZN
EUR AZN
13:08Ayla Ayla Hamıya salam necəsiz Sürayyə yoxa çıxdın yenə
41463

İbrət dərsi

İbrət dərsi

Göz

Anası qızını çox sevir, həmişə ona "dünya gözəli" deyirdi. Elə o özü də buna şübhə etmirdi. Badam gözlü, ağ bənizli qızı kim sevməzdi ki? Ancaq məktəbə gedəndən sonra hər şey dəyişdi. Yoldaşları ona o qədər də gözəl olmadığını deyirdilər. Hətta çirkin deyənlər də tapılırdı. Qız əvvəlcə onlara inanmadı. Çünki onu qısqananlar da ola bilərdi. Ancaq çox keçməmiş həqiqət ortaya çıxdı. Onun "badam gözləri" çaş idi. Üstəlik, o, anası dediyi kimi "ağ bənizli" də deyildi. Deməli, anası uzun illər ona yalan danışmışdı. Get-gedə qızın anasına olan sevgisi "nifrətə" çevrildi. Ailə qurmaq vaxtı çatsa da, adını çəkən yox idi. Üstəlik, nə qədər müalicə etsələr də, gözləri düzəlmirdi. Hətta həkimlər gözlərinin nə vaxtsa tutulacağını deyirdilər. Nəhayət o, anasının yalanlarına dözməyib evdən getmək qərarına gəldi. Ancaq anası başqa bir şəhərdə iş tapdığını bəhanə edərək ondan əvvəl evdən getdi. Çox keçmədi ki, həkimlər dediyi kimi qızın gözləri tutuldu. O,öz qaranlıq dünyası ilə tək qalsa da, anasına olan nifrəti soyumurdu. Bir gün həkimlər onun gözlərini dəyişmək üçün yeni göz tapdıqlarını dedilər. Qız əvvəlcə razı olmaq istəmədi. Çünki gözü açılandan sonra eyni üzü görməkdən qorxurdu. Ancaq kor yaşamaq da çətin idi. Heç olmasa, başqalarına yük olmayacaqdı.

Əməliyyat çox uğurla keçdi. Qız əməliyyatdan sonra qorxa-qorxa güzgüyə yaxınlaşdı. Güzgüdə özünü görüb var gücü ilə qışqırdı. Qarşısında sanki dünya gözəli dayanmışdı. Üzündəki ləkələrdən əsər-əlamət qalmamışdı. Qulaqları əvvəlki kimi yöndəmsiz deyildi. Saçları da dalğa-dalğa olmuşdu. Qız yanındakı yaşlı həkimi bağrına basdı. Sevinclə: "Gözlərimə inana bilmirəm. Elə bil, dünyaya yenidən gəlmişəm. Yoxsa, üzümü, burnumu, qulağımı, saçımı da dəyişmisiniz?"-deyə soruşdu. Yaşlı həkim gülümsəyərək cavab verdi: "Yox, biz heç bir şey dəyişməmişik. Sadəcə olaraq, sənə ananın gözlərini qoymuşuq. İndi sən özünə onun gözləri ilə baxırsan".

İbrət dərsi

İşarə

Usta evinin zirzəmisində xarratlıqla məşğul idi. Qapı-pəncərə düzəltməkdə ad çıxarmışdı. Ancaq xeyli vaxt idi ki, plastik qapı-pəncərələr çıxmış, buna görə də taxta qapı-pəncərələrə "rəğbət" azalmışdı. İşlər əvvəlki kimi yaxşı getmirdi. Üstəlik, uşaqları da böyümüş, kiçik oğlundan başqa hamısı məktəbə başlamışdı. Xərcləri artdığı üçün şagirdi ilə də "vidalaşmalı" olmuşdu. İndi o hər səhər işə bir az da tez başlayır, şagirdinə ayırdığı pulu isə uşaqlarına xərcləyirdi...

Bir gün yenə öz işi ilə məşğul idi ki, birdən işıqlar söndü. Xeyli gözləsə də, işıqlar yanmadı. Tərslikdən, o gün axşama kimi bəzi sifarişlərini çatdırmalı idi. Boş dayanmağı sevmədiyi üçün vaxtının bir hissəsini dəzgahı yağlamağa, bir hissəsini də sexi səliqəyə salmağa sərf etdi. Ancaq işıqlar hələ də yanmırdı. Çarəsiz qalıb evinə qalxdı. Pilləkənlə qalxırdı ki, gözü elektrik lövhəsinə sataşdı. Kimsə işıqları buradan söndürmüşdü. Elektrik açarını yuxarı qaldıran kimi işıqlar yandı. Təəccüblü olsa da, bunu kim edə bilərdi? Əgər zarafat idisə, bu heç zarafata da bənzəmirdi. Əgər düşmənçilik idisə, bu iş düşmənçiliyə də oxşamırdı...

Aşağı düşüb işə başlamışdı ki, işıqlar yenidən söndü. Ancaq bir fərqlə ki, bu dəfə "səbəbkar"-ı tapmışdı. 10 yaşlı oğlu pilləkənlərdən səssizcə aşağı enmiş, elektrik açarını aşağı salıb yuxarı çıxanda atasını qarşısında görmüşdü. Əlbəttə ki, bu yaşda bir uşağın bu səhvini bağışlamaq olmazdı. Ən azı ona görə ki, bütün günü onun bu yaramazlığı ucbatından alt-üst olmuşdu. Əgər oğlu bu səhvi bir dəfə etsə, bəlkə onu bağışlaya bilərdi. Ancaq onun eyni səhvi bir daha təkrar etməsi usta üçün az qala bir "fəlakət" idi. Buna görə də cəld oğlunu tutdu və ona bərk bir sillə vurdu. Əlbəttə ki, bu sillə oğlunu cəzalandırmaq üçün yox, "ağıllandırmaq" üçün idi. Bəlkə də vurduğu bu sillə nə vaxtsa onu adam edə bilərdi. Usta oğlunun göz yaşlarına məhəl qoymadı və iti addımlarla birbaşa evinə qalxdı...

Gün axşam olsa da, o hələ də oğlunun hərəkətini düşünürdü. Çünki indiyə qədər oğlundan belə bir hərəkət görməmişdi. Kim bilir, bəlkə də "yoldaşlarının" təsiri altına düşmüşdü. Bir qədər də fikirləşəndən sonra bunu yoxlamaq üçün ən asan yolun oğlunun gündəliyini oxumaq olduğunu qərara aldı. Yəqin ki, o, burda kiçik də olsa, bir "işarə" tapa bilərdi. Bu fikrini həyat yoldaşına açanda həyat yoldaşı əlbəttə ki, razı olmadı. Ancaq o öz fikrində qəti idi. Və çox keşmədi ki, oğlunun gündəliyini çantasından çıxararaq oxumağa başladı. Oğlu ən son səhifədə bu sözləri yazmışdı: "Bu gecə çox pis yuxu gördüm. Gördüm ki, atam sexdə işləyəndə onu elektrik vurur. Allahım, Sən atamı qoru. Mən də əlimdən gələni edəcəyəm".

Səslərin sayı: 4
27
2644
Şərhlər
Offline
Elif
mence bezi insanlar bilmir ibret nedi elediyin eleyir kohne hamam kohne tas
25 aprel 2015 23:35
Offline
Qəribə
Çox maraqlı və ibratəmiz hekayələrdir.Təşəkkürlər Səma xanım.
14 mart 2015 14:02
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fərid Rüzgar
Dəyməz. :) Povestin ikinci hissəsi yaxında yayımlanacaq. Söz. ) Çox sağolun
7 mart 2015 18:08
Offline
●♥ Səma ♥●
Fərid Rüzgar,həmin dediyiniz hekayəni məndə oxumuşdum.Mənə də çox pis təsir etmişdi.Bu hekayələr də diqqətimi cəlb etdi və paylaşmaq istədim.
İstedadlı insanlara həmişə böyük rəğbətim var.Saytda paylaşdığınız povestin ardını səbirsizliklə gözləyirəm.
Oxuyub fikir bildirdiyiniz üçün təşəkkürlər.
7 mart 2015 17:53
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Fərid Rüzgar
Super hekayəkərdir. :) Bu tipli yazıları xoşlayıram. Qabaq internetdən bir hekayə oxumuşdum. Çox qısa idi. Amma, həmin gün o hekayətin təsirindən çıxmadım. Qısaca sujetini yazım.

Dərzi qadın evdə olmayanda, onun 4 yaşlı qızı qayçı ilə anasının tikdiyi bir paltarı kəsib-doğrayır. Bunu görən anası, qayçını uşaqdan alıb hirslə uşağın əllərinə qayçı ilə vurur. Uşağı əlləri gömgöy olur. Anası uşağı xəstəxanaya aparır. Uşağın əllərinin get gedə inkişafdan düşəcəyini görən təyin edən həkimlər onun əllərini kəsməyə məcbur qalırlar. Əməliyyatdan sonra ayılan uşaq əllərini görməyib deyir: "Anama deyin, əllərimi versin. bir də onun qayçısına dəymərəm"(((

Səma, paylaşdığına görə çox sağol )
7 mart 2015 13:19
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
İkinci hekayeni bu sayta men qoymusdum,ne eceb yene kopya qoyublar?Amma yene de eziyyetiniz ucun tesekkurler,cox gozel hekayelerdir...
3 mart 2015 15:31
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
●♥ Səma ♥●
AliŞah,
asi,
 ♥Gülicka♥Orxan ♥,
Fatma xanım,
Şəri Babayeva,Çox sağ olun,gözəl xanımlar. give_ros
2 mart 2015 22:27
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Şəri Babayeva
Birinci hekayəni oxumuşdum. Sonuncu hekayə məni çox kövrəltdi təşəkkür Səma xanım. give_ros
2 mart 2015 20:24
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Fatma xanım
Caan körpə atasını qoruyubmuş sən demə
Ana üçün övlad necə olur olsun yenədə hamıdan gözəldi
2 mart 2015 18:03
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
♥Gülay♥
Dogurdanda cox tesirli hekayelerdir cox sagolun recourse
2 mart 2015 16:15
Offline
asi
Heqiqeten ibrətamizdir cox sag olun winked
2 mart 2015 11:45
Offline
AliŞah
Bu ibratamiz hekayeleri oxumusam ve oxudugca da tesirlenmemek,kovrelmemek mumkun deyil. Tesekkurler
2 mart 2015 10:15
Offline
●♥ Səma ♥●
Ellada Babayeva,
seva cebrayilova,Vaxt ayırıb oxuduğunuz üçün siz sağ olun,xanımlar. give_ros give_ros
2 mart 2015 09:46
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Aysel İ.
Çox sağ ol,Dəniz.Axır ki,mənə də atdırdın tənbəlliyin daşını. İnşAllah davamı da olacaq.

İnşallah. Sənə uğurlar. give_ros
2 mart 2015 08:07
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Maraqla oxudum. İkinci hekayəni oxumuşdum. Bir daha oxumaq maraqlı oldu.
2 mart 2015 01:19
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
seva cebrayilova
Vallah gozlerim doludu usaqin hereketine.Təşəkkürlər.
1 mart 2015 23:13
Offline
●♥ Səma ♥●
Allah butun ata analarmizi sagliqli ve uzun omurlu etsin Insallah
Amin!Təşəkkürlər.
Bu cürə xəbərə görə sənə təşəkkür
Vaxt ayırıb oxuduğunuz və rəy bildirdiyiniz üçün siz sağ olun.
Səma davamlı olsun.
Çox sağ ol,Dəniz.Axır ki,mənə də atdırdın tənbəlliyin daşını. blush crazy İnşAllah davamı da olacaq.
1 mart 2015 23:11
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Aysel İ.
Çox maraqlı və ibratəmiz hekayələrdir. Təşəkkürlər bəyəndiyin üçün.Səma davamlı olsun. give_ros
1 mart 2015 22:54
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Gulum
Səmacım cox duyğulandım Canım bu cürə xəbərə görə sənə təşəkkür
1 mart 2015 22:51
Offline
gun ka
Bu gozel xeber ucun tesekkur edirem size heqiqeten menali ve olan bir xeberdi ananin gozunde ovladdan gozeli ovlad ucunde valideyinini itirmek qorxusudan qorxulu hecne yoxdu mence Allah butun ata analarmizi sagliqli ve uzun omurlu etsin Insallah
1 mart 2015 22:46
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış