İmkan ver də, Ramil! İndi gəldin ki, otağa. Bu mənim uşaqlıq dostum və yeni işçimiz Mədinə. Mədinə, bu da bizim ən zarafatçıl polisimiz Ramil.
- Özü Təhlükəsizlik xidməti üzrə fəaliyyət göstərir.
- Tanışlığımıza şad oldum, xanım. Üzünüz mənə tanış gəlir, mən sizi daha öncə haradasa görməmişəm?
- Düşünürəm ki, xeyr. Çünki mən sizi tanımıram.
İş günü beləcə sona çatdı. Mədinə çox xoşbəxt idi. Həm rəfiqəsinə qovuşmuşdu, həm də artıq ilk gündəcə xoş olan işə sahiblənmişdi. Günlər beləcə davam edirdi.
Artıq Mədinə işi tam mənimsəmişdi. Kollektivlə də xoş ünsiyyət yaranmışdı. Digər işçilər də qısa müddətdə ona rəğbət bəsləməyə başlamışdılar. Mədinə də onlara, ələxsus Ramilə alışmışdı. Son zamanlar belə ürəkdən ancaq Eltacla danışdığı müddətdə belə tez-tez gülərdi. Lakin, Eltacın gedişi üzündən gülüşü də alıb aparmışdı. Ramil onun itmiş təbəssümünü yenidən bərpa edə bilmişdi. Mədinə bundan sonra həyatında hər şeyin daha yaxşı olacağına ürəkdən inanmağa başlamışdı.
Mədinə kompüterdə komandirin tapşırığını yerinə yetirirdi. Həcər ona daha bir kağız uzatdı.
- Mədinə, bu şəkli skan edib, altına “axtarışdadır” yazmaq lazımdır. Ardınca bizim idarənin əlaqə nömrəsini və ünvanı da yazarsan.
Mədinə şəkilə baxanda, bir anlıq canına üşütmə gəldi. Yay fəsli olduğu üçün, bunu onun qollarına baxdıqda da aydın görmək olurdu.
- Sənə nə oldu?
- İnan ki, özüm də bilmədim. Sanki bu adamı tanıyırmışam kimi bir hiss keçdi içimdən. Halbuki heç görmədiyimdən, tanımadığımdan əminəm. Adı nədir bu adamın?
- Tacir olmalıdır. O da əgər öz adıdırsa.
Həcər bunu deyib otağı tərk etdi. Mədinə isə fikrə dalmışdı. Artıq əlində başqa iş olduğunu da unutmuşdu. Bu adamın onda yaratdığı təəssürata özü də mat qalmışdı. Nəsibənin çağırışı onu ayıltdı.
- Mədinə, eşitmirsən? Səni iki dəqiqədir aramsız çağırıram.
- Bağışla, canım. Həcərin verdiyi şəkilə fikrim getdi. Sanki bu adamı mən tanıyıram. Amma heç görməmişəm, çox qəribə hissdir. Özüm də izah edə bilmirəm.
- Fikir vermə belə şeylərə, sənə elə gəlib, çox gümanki. Komandir yazını gözləyir. Tamamla, çapa ver, qadası.
- Yaxşı, bu dəqiqə.
Növbəti həftə yan otaqda güclü səs küy idi. Mədinə tələb olunan sənədləri komandirə təhvil vermək üçün qapını döydü. İçəri daxil olduqda şübhəli şəxs qismində oturan kəs “-Yoldaş komandir, vallah bu dəfə mənim işim deyil. Mən ölüm, oğurluq etməmişəm” kimi özünə bəraət qazandırmaqda davam edirdi.
Mədinə bu səsi minlərlə səsin içindən ayırd edə bilərdi. Bir başqasının səsi bu dərəcədə oxşar ola bilməzdi Eltacın səsinə. Səsin cəlb etmə qüvvəsi o qədər güclü idi ki, Mədinə heç nəyə əhəmiyyət vermədən çönüb həmin şəxsə baxdı. Bu keçən həftə şəklini çap etdiyi Tacir adlı axtarılan şəxs idi. Tacirlə Mədinənin baxışları bir anlıq qarşılaşdı. Lakin Tacir sanki o baxışlardan hansısa həqiqətin oxuna biləcəyindən qorxub baxışlarını qaçırdı.
- Gedə bilərsən, Mədinə, çox sağ ol.
Mədinə otağı tərk etdi və dəhlizdə donmuş vəziyyətdə bir neçə dəqiqə durdu. Başqa cür ola bilməzdi. Bu o idi. Eltac kimi tanıdığı dost Tacir adında bir məhbus imiş. Polislə əlaqəli olan işi də bu ehtimalı dəqiqləşdirirdi.
Taciri uzun-uzadı bəhanələrinə baxmayaraq həbsə aldılar. Tacir zəng etmə hüququndan heç zaman istifadə etməzdi. Bu Tacirin şöbəyə olan ilk ziyarəti deyildi və bütün işçilər onu yaxşı tanıyırdılar. Hər dəfə yüngül şəkildə cəzasını alar və sanki əzizlərinə baş çəkmiş olan qohum kimi vidalaşıb gedərdi.
- Mirzoyev, gəlin bunu daimi “otağına” aparun. Onsuz heç kimə zəng də etmir.
- Komandir, bu dəfə hüququmdan istifadə etmək istəyirəm.
- Yaxşı, nə deyirəm ki. İlk zəngin olduğu üçün sənə əlavə bonus da verirəm. 5 dəqiqə danışa bilərsən. Öz adamımızsan (bu zarafatına özündən başqa heç kimin gülməyə cürəti çatmadığından özü deyib, özü gülür).
Mədinənin nömrəsi Tacirin öz nömrəsindən sonra əzbərə bildiyi ikinci və bəlkə də yeganə nömrə idi. Mədinənin hətta əşyalarına qarşı necə həssas olduğunu bilirdi. Çox böyük ehtimalla nömrəsini dəyişməmişdi. Bunu ümid edərək zəng etdi.
Mədinə artıq evində idi. Birdən mobil telefonu zəng çaldı. Nömrə gizli idi. Heç nə anlamadan zəngə cavab verdi.
- Alo?
- Mədinə, mənəm, xahiş edirəm sadəcə dinlə. Dəstəyi qoyma, bu mənim son zəngimdi. Növbəti şansım olmayacaq. Mədinəm, bağışla məni! Səni yalançı həyatıma yaxın saldığım üçün. Ancaq səsini eşidən ilk andan mən artıq özümü idarə qabiliyyətimi itirdim. İlk öncə buna ötəri əyləncə kimi yanaşmışdım. Ancaq sənin ürəyini tanıdıqca bu zalım dünyanın hələ tapıb kirlətmədiyi adamların da var olduğunu bildim. Mənim qaranlıq dünyamın işığı oldun sən. Oğurluğun, qumarın daşını da atacaqdım. Ancaq bacarmadım. Düşmənlərim hədsiz çox idi. Səni də özümlə bərabər uçuruma aparmaqdan qorxdum. Səninlə danışdığım müddətdə beynimlə ürəyim daim mübarizə aparırdı, bilirsən bunu? Ürəyim qalib gəldiyi anlarda dözməyib səninlə ünsiyyəti davam etdirər, beynim əmr verdikdə isə bir qırağa çəkilirdim. Bağışla məni, mələyim! Sən mənim unudulmaz zəngim idin. Daim də elə qalacaqsan. Xahiş edirəm, məni hər zaman Eltac kimi xatırla! Əlvida, Mədinəm!
Səhərisi gün Taciri cəzaçəkmə otağında ölü tapdılar. Nəbzini kəsmişdi.
Bu hadisədən sonra Mədinə uzun müddət xəstəxanada müalicə aldı. O durmadan “Söndürün o telefonu” deyə çığırardı. Tam sağalmasından ötrü xeyli zaman tələb olundu. Lakin xəstəxanadan çıxdıqdan sonra Mədinə bir daha telefondan istifadə etmədi.
Qeyd: Bu hadisə tam şəkildə olmasa da real hadisələrə əsaslanmışdır. Daha dəqiq desəm, Mədinə və Eltac (bütün adlar dəyişdirilib) realda mövcud olan kəslərdir. Eltac hal hazırda başqa bir xanımla ailəlidir. Övladı da var. Onun Mədinə ilə görüşü tək qalmaq istəyinin səbəbini bildirdiyi gündə kəsildi. Daha sonra hər birinin həyatında yeni yol açıldı. Yaxın keçmişdə Mədinə onunla son əlaqəsini yaratmaq şansı əldə etdi və evli, mutlu, çocuklu olduğunu bilib, Eltaca dostcasına xoşbəxtlik arzu etdi. Həm Eltac ona sona kimi virtual dost olaraq qalmışdı. Hekayəmin sonluğunu faciəvi şəkildə bitirdiyim üçün üzürlü bilin. Təki real həyatımız xoş sonluqla nəticələnsin. Buradan son olaraq, gənclərə səslənmək istərdim. Ürəyinizdə kiməsə qarşı fərqli hisslə yanaşsanız, bunu ona hökmən bildirin, cavab ürəkaçan olmasa belə. Ən azından illər sonra etmədiyiniz bir şeyin peşmançılığını çəkmiş olmayacaqsınız. Oxuyan gözləriniz var olsun!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanın orta məktəblərində islahatlar belə olacaq
Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışı oldu
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Vitaminlərin sirləri(2)
Seda Bakan ana olacaq!-FOTO
Hadise paylaşdığı rəqsi haqqında danışdı
Dərinizə uyğun makiyaj rəngləri
Ən qəribə kulinar adətləri
Ramazanın 23-cü gününün duası
Azərbaycan torpaqlarının geri qaytarılması üçün yeni qanunun qəbul edilməsi təklif olunub
“Çukur”un çəkilişləri dayandırıldı
Gülben Ergen bu mahnıya 150 min xərclədi
Qəbizlikdən xilas olmağın ən sürətli yolları
Paris sularında koronavirus aşkar edildi
Qubadlı rayonundan görüntülər - VİDEO
3 rəngli brokoli salatı (foto-resept)
Xocalı qurbanlarına qeyri adi abidə ucaldıldı
İtaliyanı "Eurovison"da təmsil etmək istəmir-FOTO
Antonio Banderas Şah İsmayıl oldu
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Birinci Avropa Oyunlarında Almaniyanın 67 üzgüçüsü mübarizə aparacaq
Toz fırtınası Azərbaycana təsir edəcək? - Rəsmi açıqlama
Dilqəm və Şahbaz yolunda yeni dava
2013-cü ilin ən uğursuz filmləri
Gizli insan üzlərini tapın
Hicablı qadınlar üçün 2019 yaz dəbi
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Polis hovuza düşən maralı xilas etdi – FOTO
Evdə bu tədbirlərin keçirilməsi QADAДћAN EDİLDİ
Rəngarəng gəlinliklər
Ürküdücü yerlər-2
100 yaşlı nənənin toyu oldu - VİDEO - FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 6 MAY
Azərbaycanda depressiya artır
İştahanı azaltmanın 6 yolu
Bülent Ersoydan səs-küylü AÇIQLAMA
ABŞ-dan İrəvana tərs şillə
İnamsızlıq, yalan, ən yaxın dostun xəyanəti və...
Bağırsaq polipləri
HAVA necə olacaq?
Bu gün Yaşar Nurinin doğum günüdür
Badamlı plov (foto-resept)
Ziyafət üçün saç düzümü
"Dərs vaxtı"nın 18 sentyabr cədvəli açıqlandı
Acı bibərin faydaları
Dağıdıcı smartfon gəlir
30 gün əvvəldən bilet almaq mümkündür!
Gənc görünmək üçün nə etməli?
Adını dəyişmək istəyən şəxs nə etməlidir?
Yaponların qeyri-adi icadı
- ŞƏRHLƏR